Bildirişlər
1. Möcüzələri sehr adlandıran kafirlərin təkzibləri qarşısında Allaha təvəkkül etmək lazımdır.
2. Puç iddiaları ilahi şüarlarla susduraq.
3. Allah heç bir dəstəni rəhbərsiz və bələdçisiz buraxmamışdır.
4. Hidayət olunanlar xoş aqibətə çatasıdırlar.
5. Peyğəmbərin proqramlarında məada diqqət öndə gəlir.
6. Peyğəmbərləri sehrbaz adlandıranlar pis aqibətli sitəmkarlardırlar.
Ayə 38:
﴿وَقَالَ فِرْعَوْنُ يَا أَيُّهَا الْمَلَأُ مَا عَلِمْتُ لَكُم مِّنْ إِلَهٍ غَيْرِي فَأَوْقِدْ لِي يَا هَامَانُ عَلَى الطِّينِ فَاجْعَل لِّي صَرْحًا لَّعَلِّي أَطَّلِعُ إِلَى إِلَهِ مُوسَى وَإِنِّي لَأَظُنُّهُ مِنَ الْكَاذِبِينَ﴾
“Firon dedi: “Ey qövm başçıları! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənə gil üçün bir ocaq qala (kərpic bişir) və uca bir qüllə tik. Ola bilsin ki, (yuxarı qalxıb) Musanın (ə) Allahına yetişəm. Həqiqətən, mən onu yalan danışanlardan sayıram.”
Dostları ilə paylaş: |