Bildirişlər
1. Başqalarının hansısa kamilliklərini etiraf etmək özü də bir kamillikdir. Həzrət Musa (ə) “ülul-əzm” (böyük) peyğəmbərlərdən olsa da, qardaşının hansısa yönümlərdən üstünlüyünü etiraf etdi.
2. Rəvan bəyan, fəsahətli danışıq diqqətin cəlb olunmasında və təbliğdə təsirli amillərdəndir.
3. Haqqın təbliğində ən üstün insanlardan istifadə edək.
4. Hər qüvvədən öz yerində istifadə edək. (Harunun fəsahətli bəyanı vardı. Tapşırılmış işin həyata keçməsində belə bir danışıq əsas rol oynayır. Ona görə də həzrət Musa (ə) Harunu özü üçün yoldaş istədi.)
5. Zəruri deyil ki, məsullar hərtərəfli kamilliyə malik olsunlar. Onların ictimai nüfuz baxımından ləyaqətli olması yetər. (Əsas məsuliyyət Musanın (ə) üzərinə düşsə də, bəzi cəhətlərdən Harun daha qüvvəli idi.)
6. Bəzən çətinliyi aradan qaldırmaq üçün təklif verib layiqli şəxsi göstərmək lazım gəlir.
7. Gələcəklə bağlı narahatlıq adi qorxudan fərqlənir.
8. İlahi missiyanın həyata keçməsi üçün ikinci şəxsi də Allah özü təyin etməlidir. Biz bu əqidədəyik ki, peyğəmbərin canişini də Allah tərəfindən təyin olunur.
9. Yaxınların iman və himayəsi təbliğatçını gücləndirir, onun ətrafa təsirini daha da çoxaldır.
10. Peyğəmbərlərin dua və istəyi qəbuldur. Həzrət Musa (ə) Harunu (ə) köməkçi istədi, Allah da onun duasını qəbul etdi.
11. Ən üstün qardaşlıq haqqın təsdiqində qardaşlıq, Allah yolunda bir-birinə arxa olmaqdır.
12. Peyğəmbərlər ilahi ayələr sayəsində qabiliyyətə çatırlar.
13. Peyğəmbərlərin də əminliyə ehtiyacları var. Allah Musa (ə), Harun (ə) və onların ardıcıllarına qələbə vəd etdi və bununla onlara ümid verdi.
Dostları ilə paylaş: |