“YASİN” SURƏSİ (36-cı surə, 83 ayə) “Yasin” surəsinin siması
Məkkədə nazil olmuş bu surə 83 ayədən ibarətdir. Surə onun ilk ayəsindəki müqəttəə hərflərlə uyğun olaraq “Ya-sin” adlandırılmışdır.
Surədə əsas mövzu əqidələr və onların övladlara təlimi, Quran qiraəti savabının dünyasını dəyişənlərə hədiyyə edilməsidir.
Surə Allah-təalanın girami İslam Peyğəmbərinin (s) risalətinə şəhadəti ilə başlayır, digər üç ilahi peyğəmbərin risalətinin bəyanı ilə davam edir. Surənin müəyyən ayələrində Allahın varlıq aləmindəki bəzi əzəmət nişanələri tövhid nişanələri kimi yada salınır, digər ayələrdə məad, Qiyamət sorğusu, behişt və cəhənnəmin xüsusiyyətlərindən danışılır.
“Ya-sin” surəsi rəvayətlərdə “Quranın ürəyi” adı ilə təqdim olunur.1
Dostları ilə paylaş: |