Nöqtələr
◘Təqva ilə yanaşı əta dedikdə xalis niyyətlə, minnətsiz, halaldan, Allah yolunda əta nəzərdə tutula bilər. Bütün bu səciyyələr təqva sözündə xülasələşmişdir.
◘Allah yalnız insanların fərqli təlaşlarına görə onların bəzisi üçün xeyir, bəzisi üçün şər yol açır.
◘Nəql olunur ki, varlı bir şəxsin meyvə ağacından düşən meyvələri qonşunun uşaqları yeyərdi. Ağac sahibi meyvəni uşaqların ağzından çıxarardı. Həmin uşaqların atası məsələni Peyğəmbərə (s) danışdı. Həzrət Peyğəmbər (s) ağac sahibinin yanına gedib behişt ağacı müqabilində həmin ağacı Peyğəmbərə (s) satmasını təklif etdi. Ağac sahibi bu təklifi rədd edib dedi: “Nağd dünyanı nisyə axirətə satmıram.” Peyğəmbər (s) həmin yeri tərk etdi. Peyğəmbərin (s) yaxınlarından biri soruşdu: “Ya Rəsuləllah (s), həmin ağacı məndən də həmin qiymətə alarsınızmı?” Həzrət (s) buyurdu: “Bəli.” Həmin şəxs ağac sahibinin yanına gedib küllü miqdarda pul verərək Peyğəmbərin (s) ixtiyarına verdi. Peyğəmbər (s) yoxsulun evinə gəlib ağacı onlara bağışladı. Həmin vaxt hazırkı ayələr nazil oldu.1 (Qeyd)
◘Hər kəs iman və təqva əsasında səxavət yolunda ilk addım atsa, Allah həmin şəxsin tutumunu və ruhi durumunu bir çox işlər üçün hazırlayar, onu xeyir işlərə müvəffəq edər. Bu şəxsin təcrübəsi, düşüncəsi, bacarığı güclənər. Allah ona ilham, istedad verər. Həmin şəxsin ictimai nüfuzu artar, qarşısında xeyir işlər üçün yol açılar. Bütün bunlar hazırkı ayələrin nümunəsidir.
◘İncə nöqtələrdən biri budur ki, Quran buyurur: “Biz onu ən asan yol üçün hazırlayırıq.” Buyurulmur ki, onun işini asanlaşdırarıq. Bu iki təbir arasında fərq var. Yolun asanlaşması ilə işin asanlaşması fərqli məfhumlardır. İnsan təvəkkül, dua, ilahi qüdrətə bağlanmaqla qəlbini o qədər genişləndirib aramlaşdıra bilər ki, bütün işlər ona asan gələr, xeyir işdən çəkinməz.
◘Kərbəla tarixçəsində oxuyuruq ki, xanım Zeynəb (s.ə.) imam Hüseynin (ə) tikə-tikə doğranmış cisminə görüb dedi: “Pərvərdigara, bu şəhid Sənin əzəmətin qarşısında kiçikdir. Onu qəbul et!” Bəli, iman və təqva insanı bütün hadisələrə hazırlayır, onu dözümlü edir. İmam Hüseyn (ə) qılınc ağrılarını hiss etmirdi.
◘”Yusra” və “usra” sözləri asan və çətin işlərə, yollara işarədir.
Əsas məsələ bağışlamaqdır. Nədən bağışlamaq, nə qədər bağışlamaq mühüm deyil.
◘”Husna” sözü ya “ruca” sözü kimi məsdərdir, ya da “əhsən” sözünün müənnəs (qadın cinsi) formasıdır.
◘İmam Baqir (ə) hazırkı ayələrlə bağlı buyurur: “İnsan hansı işə üz tutarsa Allah həmin işi onun üçün asanlaşdırar.”1 (Qeyd) Növbəti ayələrin təfsirində buyurulur: “İnsan şər bir iş görmək qərarına gələndə Allah həmin işin yerinə yetirilməsini asanlaşdırır.”2 (Qeyd)
Dostları ilə paylaş: |