Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə126/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   122   123   124   125   126   127   128   129   ...   348
Ayə 5, 6, 7, 8, 9:

﴿قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا﴾﴿فَلَمْ يَزِدْهُمْ دُعَآءِى إِلَّا فِرَارًا﴾﴿وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُواْ أَصَابِعَهُمْ فِي ءَاذَانِهِمْ وَٱسْتَغْشَوْاْ ثِيَابَهُمْ وَأَصَرُّواْ وَٱسْتَكْبَرُواْ ٱسْتِكْبَارًا﴾﴿ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَارًا﴾﴿ثُمَّ إِنِّي أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا﴾

(Nuh) Dedi: “Pərvərdigara, həqiqətən, mən öz qövmümü gecə-gündüz dəvət etdim; amma mənim dəvətim yalnız onları daha çox qaçırdı; əlbəttə, nə vaxt onları bağışlayasan deyə dəvət etdim, barmaqlarını qulaqlarına qoydular, libaslarını başlarına çəkdilər. (Asiliklərində) İsrarlı oldular, çox təkəbbür göstərdilər; mən onları uca bir səslə dəvət etdim; sonra bəzən aşkar, bəzən gizli (onlarla) danışdım.”


Nöqtələr
◘Nuh qövmü onunla pis davranırdı. Bəzən övladlarının əlindən tutub onun yanına gedir və deyirdilər: “Atalarımız bizə tapşırdığı kimi, biz də sizə tapşırırıq ki, bu kişinin sözlərinə qulaq asmayın.”

◘Nuh dövrünün kafirləri ilə İslam peyğəmbəri (s) dövrünün kafirləri arasında oxşarlıqlar var: haqdan qaçmaq(Qeyd)1; onların bağışlanmaya dəvəti(Qeyd)2; təkəbbür(Qeyd)3; vəhyi dinləməmək. (Qeyd)4


Bildirişlər
1. Allah insanın batinindən xəbərdar olsa da, dua və minacat zəruridir.

2. Allah dərgahına ah-nalə peyğəmbərlərin qaydasıdır.

3. İnsanlar ardıcıl şəkildə dəvət edilməlidir.

4. Əgər qəbul üçün zəmin olmasa peyğəmbərlərin də gecə-gündüz dəvəti səmərə verməz.

5. İnsanlar yol seçimində azaddırlar. Onlar peyğəmbəri qəbul da edə bilər, inkar da.

6. Həzrət Nuhun dəvətləri həmişə etirazla qarşılandı.

7. İnadkarlıq elə bir həddə çatır ki, inadkar şəxs nə öz işindən əl çəkir, nə də baxıb dinləyir.

8. Təbliğdə zaman və məkan, insanların ruhiyyəsi nəzərə alınmalıdır. Bəzən məxvi və xüsusi söhbətə ehtiyac olur.

9. Peyğəmbər öz missiyasını yerinə yetirərkən səhlənkarlıq göstərməmişdir.
Ayə 10, 11, 12:

﴿فَقُلْتُ ٱسْتَغْفِرُواْ رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا﴾﴿يُرْسِلِ السَّمَآءَ عَلَيْكُم مِّدْرَارًا﴾﴿وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّاتٍ وَيَجْعَل لَّكُمْ أَنْهَارًا﴾

Dedim ki, Rəbbinizdən bağışlanma diləyin. O çox bağışlayandır; O sizə səmadan yağış göndərir; sizə malınız və övladlarınızla yardım göstərir; sizin üçün (həmin yağış suyundan) bağlar yaradır, çaylar axıdır.”


Nöqtələr
◘”Midra” sözü “dərr” sözündən olub bol yağış yağması mənasını bildirir.

◘Quranın çoxsaylı ayələrində imansızlıq və günahın qıtlıq və yoxsulluqla, iman və saleh əməlin rifah və əmin-amanlıqla əlaqəsi qeyd olunur. Ayələrdən birində buyurulur ki, əgər insanlar təqvalı və imanlı olsalar, göyün bərəkətini onlara endirərik. (Qeyd)1 Başqa bir ayədə oxuyuruq ki, quru və suda müşküllər insanların əməllərindən qaynaqlanır. (Qeyd)2

◘Peyğəmbərlərin məqsədi bəşəriyyəti Allahın qəzəbindən qurtarmaqdır. Surənin başlanğıcından hazırkı ayəsinədək üç dəfə istiğfar, tövbə mövzusu xatırlanır.
Bildirişlər
1. İnsan tövbə qılmalı, Allah bağışlamalıdır.

2. Əfv və bəxşiş Allahın sünnələrindəndir.

3. Xeyirə çağırış üçün mənəvi və maddi təşviqə ehtiyac var.

4. Günahların bağışlanması növbəti ilahi lütflər üçün zəmindir.

5. Yağış Allahın ən mühüm nemətlərindəndir.

6. İmanın təsirlərindən biri sağlam həyatdır.

7. Var-dövlət, övladlar, bağlar və çaylar Allahın nemət və mükafatlarındandır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin