Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə123/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   119   120   121   122   123   124   125   126   ...   348
Ayə 40, 41, 42, 43, 44:

﴿فَلَا أُقْسِمُ بِرَبِّ ٱلْمَشَارِقِ وَٱلْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ﴾﴿عَلَى أَن نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ﴾﴿فَذَرْهُمْ يَخُوضُواْ وَيَلْعَبُواْ حَتَّى يُلَاقُواْ يَوْمَهُمُ ٱلَّذِي يُوعَدُونَ﴾﴿يَوْمَ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَى نُصُبٍ يُوفِضُونَ﴾﴿خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ذَلِكَ ٱلْيَوْمُ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ﴾

Şərqlərin və qərblərin Rəbbinə and olsun ki, biz qadirik; belə ki, onların yerinə onlardan üstününü gətirək. Biz qətiyyən məğlub və zəif deyilik; onları öz ixtiyarlarında qoy, vəd verilmiş günədək pis danışıb əylənsinlər; bir gün ki qəbirlərdən tələsik qalxarlar. Sanki sancılmış nişanlara doğru qaçırlar; gözləri yerə dikilmişdir, zillət onları bürümüşdür. Budur onlara vəd olunmuş gün!”


Nöqtələr
◘Şərqlər və qərblər dedikdə günəşin tülu və qürub nöqtələri nəzərdə tutulur. Ayrı-ayrı günlərdə günəş ayrı-ayrı nöqtələrdən tülu edib batır. (Qeyd)1

◘”Xəyrən minhum” dedikdə imanda üstünlük nəzərdə tutulur. Yəni Allah münafiqləri aradan götürüb, onların yerinə imanlı insanları gətirməyə qadirdir. Həmin iman əhli haqqa tabe olar, inkara yol verməz.

◘Şərq və qərb təbirləri Quranda üç şəkildə işlədilir: tək şəkildə, cüt şəkildə, və cəm şəkildə. (Qeyd)2 Ümumi şəkildə nəzər saldıqda bir tərəf şərq, o biri tərəf qərbdir. Yay və qışda orbitlər dəyişdiyindən günəş iki nöqtədən tülu edir, iki nöqtədə batır. Daha dəqiq baxdıqda günəş hər gün ayrı-ayrı nöqtələrdən tülu edib, ayrı-ayrı nöqtələrdə batır. Belə olduqda 365 şərq, 365 qərb olur. Həzrət Əlidən (ə) nəql olunmuş hədis də bu mənanı təsdiqləyir. (Qeyd)3

◘41-ci ayədə olduğu kimi Allah-taala başqa ayələrdə də kafirlər, müşriklər və münafiqləri hər şeyə qadir olmasıyla hədələyir. (Qeyd)4

◘Hazırkı surənin 42 ayəsi “Zuxruf” surəsinin 83-cü ayəsinə bənzəyir.

◘İnsanlar qəbirlərdən sürətlə çıxar. (Qeyd)5

◘”Nusub”, dedikdə yola sancılmış nişanlar nəzərdə tutulur. Bəzi təfsirçilər “Maidə” surəsinin 3-cü ayəsinə əsasən bu sözün bütlərə işarə olduğunu bildirir. Amma bu məna münasib görünmür. (Qeyd)6

◘”Qələm” surəsinin 44-cü ayəsində bildirilir ki, təkzib edənləri öz ixtiyarlarına burax, onları qəzəbimizlə yaxalayaq. Əlbəttə ki, böyük tədbir sahibi olan Allah onlara möhlət verir.

◘Peyğəmbərə (s) qarşı müxalifət insanı dünya və axirətdə zəlil edir. (Qeyd)7

◘Dünya həyatında gözləri ilə Peyğəmbəri (s) sancmaq istəyənlər axirətdə başı aşağı və xəcalətli olar. (Qeyd)2


Bildirişlər
1. Allahın şərq və qərbə and içməsi insanları bu barədə düşünməyə vadar etməlidir.

2. Şərq və qərb Allahın müdiriyyəti altındadır.

3. Varlıq nizamı qanunlar və hökmlərə tabedir. Tülu və qürubları hər gün üçün dəqiq hesablamaq olar.

4. Həm yaranış, həm də yaranışın əvəz olunması Allahın əlindədir.

5. Heç vaxt özünüzü üstün bilməyin, Allah sizdən üstününü yaradar.

6. Nə qədər ki sözün təsirinə ümid var, təbliğ olmalıdır. Ümid üzüldükdən sonra müxaliflər öz ixtiyarına buraxılır.

7. Din və dini rəhbərlərə münasibətdə təhqiramiz sözlər insanı günah bataqlığına çəkir, onun başını qatır.

8. Nə qədər ki dəvətin qəbul ediləcəyinə ümid var, bu iş dayandırılmamalıdır. Amma qarşı tərəf hər şeyi oyun sayıb, tutduğu yoldan əl çəkmədikdə başına buraxılmalıdır.

9. İnadkarların öz başına buraxılması möhlət məqsədi daşıyır.

10. Məad cismanidir.

11. Toplum sürəti qiyamətdə kafirlərin qorxu və iztirab içində olduğunu göstərir.

12. Rüsvayçılıq və zillət qiyamətdə kafirləri başdan ayağa bürüyər.

13. Peyğəmbərlər insanlara qiyamət günü ilə bağlı daim xəbərdarlıq etmişlər.
NUH” SURƏSİ


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin