﴿قَدْ أَفْلَحَ مَن تَزَكَّى﴾﴿وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى﴾
14. “Həqiqətən, özünü paklayan nicat tapdı”; 15. “Rəbbinin adını zikr edib namaz qıldı.”
Nöqtələr
◘“Təzkiyə” dedikdə insanın düşüncəsinin puç əqidələrdən, nəfsinin çirkin əxlaqdan, cisminin alçaq rəftarlardan paklanması nəzərdə tutulur. Zəkat dedikdə ruhu çirkin xasiyyətlərdən, malı məhrumların haqqından paklamaq nəzərdə tutulur.
◘Peyğəmbər məktəbində paklar, azğın məktəblərdə zorlular qurtuluş əhli sayılır. Firon deyirdi ki, qalib gələn nicat tapmışdır.1 (Qeyd)
◘Quranda həm möminlərin, həm də özünü paklayanların qurtuluş əhli olduğu bildirilir.2 (Qeyd)Demək həqiqi mömin özünü paklayan şəxsdir.
Bildirişlər
1. Quran bəzi ayələrin sonunda “ümid var ki, nicat tapasınız” buyurur. Çünki özünü paklamamış insanların xeyir işləri riyakarlıq və ya təkəbbür səbəbindən puça çıxır. Yalnız özünü paklayanlar qurtuluş əhli sayılır.
2. Təzkiyə öz-özünə hasil olmur, bu yolda çalışmaq lazımdır.
3. Namaz və ibadətsiz təzkiyə düzgün deyil.
Dostları ilə paylaş: |