istəyən kəs ondan öyüd alar.” Nöqtələr ◘”Humur” sözü vəhşi ulaq mənasını bildirən “himar” sözünün cəm formasıdır. Bu
ulağa səhrə ulağı da deyirlər.
◘Kafirlərin Qurandan qaçması ulağın şirdən qaçmasına bənzədilir: ulağ şirdən
düşüncəsiz şəkildə qaçır; o qorxu içində qaçır; ulağ şirdən qaçarkən haraya üz tutmur;
qaçanın nəfəs dərməyə imkanı olmur, sonda əsir düşür.
◘”Qəsvərə” sözü “qəsr” sözündən olub qəzəb, qələbə mənasını bildirir. Bəzən şir də
bu adla adlandırılır. “Qəsvərə” dedikdə bəzən ovçu mənası anlaşılır. Olsun ki ayədə vəhşi
ulağın şir və ya ovçudan qaçması nəzərdə tutulmuşdur.
◘Bəzi rəvayətlərdə nəql olunur ki, Əbu Cəhl və Qüreyşdən bir dəstə şəxs
Peyğəmbərə (s) belə dedilər: “Sənə yalnız o vaxt iman gətirərik ki, səmadan gətirdiyin
namədə belə yazılmış olsun: “Aləmlərin Rəbbindən filankəs oğlu filankəsə.” Əgər həmin
namədə bizə rəsmən əmr olunsa, sənə iman gətirərik.”
1
◘Qurani-kərimin müxtəlif ayələrində kafirlərin yersiz istəkləri yada salınır. “İsra”
surəsinin 93-cü ayəsində kafirlər deyirlər: “Bizə oxuyacağımız bir kitab nazil olmasa heç
vaxt sənə iman gətirmərik.” “Ənam” surəsinin 52-ci ayəsində deyirlər: “Peyğəmbərə
gələndən bizə gəlməyincə iman gətirmərik.” Allah onların yersiz istəklərini belə
cavablandırır: “Allah daha yaxşı bilir ki, Öz risalətini harada qərar versin.”
2
Qiyamətdə şəfaət verənlər Ayə və rəvayətlərdə oxuyuruq ki, Allah-taala qiyamətdə bəzilərinə şəfaət icazəsi
verər. Həzrət Peyğəmbər (s) buyurur: “Şəfaət verəcək ilk kəs mənəm.”
3
Əmirəl-möminin
Əli ibn Əbu Talib (ə) buyurur: “Qiyamət günü Quran da şəfaət verənlərdəndir.”
4
Rəvayətlərdə bildirilir ki, qiyamət günü peyğəmbərlər də şəfaətçidirlər.
5
Rəvayətlərdə
məsum imamlar və həqiqi şiələrin də şəfaətindən danışılır: “Qiyamətdə şəfaət bizə və
bizim şiələrimizə məxsusdur.”
6
Qiyamət günü mələklərə və şəhidlərə də şəfaət icazəsi
verilər.
7
Qiyamət günü şəfaət səbəblərindən biri bəndələrin ibadətidir.
8
◘Kimlərə şəfaət verilər?
Ayə və rəvayətlərdə şəfaətə nail olmaq şərtləri bildirilir:
a) İman, namaz, Allah yolunda infaq, səmərəli həyat;
b) Şəfaət üçün Allahın icazəsi
9
;
1
“Təfsiri-Məraği”
2
“Ənam”, 125
3
“Səhihi-Müslim”, c. 2, s. 130
4
“Nəhcül-bəlağə”, xütbə 176
5
“Məsnədi-Əhməd”, c. 3, s. 12
6
“Xilas”, c. 624
7
“Məsnədi-Əhməd”, c. 5, s. 43
8
“Məsnədi-Əhməd”, c. 2, s. 174
9
“Bəqərə”, 255
156
c) Dünyadan imanla getmək;
ç) Şəfaət edənlə şəfaət olunan arasında rabitə; şəfaətçi ilə əqidə bağlılığı olmayan
şəfaətə nail olmaz.