Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə160/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   156   157   158   159   160   161   162   163   ...   317
NUR-TƏFSİRİ-12

qiyamət nə vaxtdır?” 
 
Nöqtələr 
 
◘Hazırkı surə və “Bələd” surəsi “la uqsimu” cümləsi ilə başlayır. Bir çox 
təfsirçilərin nəzərincə, “la” hissəsi (“la uqsimu”) inkar yox, təkid bildirir. Amma bəziləri 
həmin hissənin inkar mənasında işlədildiyini qeyd edirlər. Yəni mövzu o qədər aşkardır 
ki, hətta and içmirəm. 
◘Başlanğıc ayələrdə həm qiyamətə, həm də “ləvvamə”, özünü danlayan nəfsə and 
içilir. Olsun ki, bunun səbəbi insanın kiçik vücud dünyasında ləvvamə nəfs adlı 


158 
məhkəmənin varlığıdır. Bəli, insan daxilində ləvvamə nəfs, varlıq aləmində qiyamət adlı 
məhkəmə mövcuddur.
1
◘Həzrət Peyğəmbər (s) ibn Məsuda buyurur: “Çalış yaxşı işlərin çox olsun. 
Qiyamətdə yaxşı iş görənlər də, günahkarlar da peşman olacaq. Yaxşı iş görənlər peşman 
olacaqlar ki, nə üçün gördükləri yaxşı işlər daha çox olmayıb. Günahkarlar öz 
səhlənkarlıqları və təqsirlərinə görə peşman olacaqlar.” Sonra həzrət hazırkı ayəni 
oxuyur.
2
Quranda nəfs mövzusu 
 
◘Ayə və rəvayətlərdə, eləcə də dualarda insan nəfsi bir neçə şəkildə təsvir olunur: 
a) Əmmarə nəfs: bu nəfs insanı daim oisliyə çağırır. Əgər o ağıl və imanla 
cilovlanmasa insanı süquta uğradar. Qurani-kərimdə buyurulur ki, həqiqətən, Rəbbim 
rəhm etməsə, nəfs çirkin işlər görməyə əmr edər.”
3
Əmmarə nəfs insanı əsarət altına alanadək öz istəklərini təkrarlayır. Həzrət Əli (ə) 
buyurur: “Əmmarə nəfs münafiq fərd kimi insana yaltaqlanır, özünü dost göstərməyə 
çalışır. Bu yolla insana hakim olmaq və onu növbəti mərhələlərə sürükləmək istəyir.”
4
Qurani-kərim “Yusuf” surəsində buyurur: “Yusufun qardaşları Benyamini Misirdə 
qoyub atalarının yanına qayıtdılar. Bildirdilər ki, Benyamin oğurluq itdihamı ilə həbs 
edilib. Həzrət Yaqub buyurdu: “Olsun ki nəfs bu çirkin işi sizə gözəl göstərmiş, sizi ona 
doğru çəkmişdir.”
5
Digər bir hədisdə oxuyuruq: “Namazdan sonra Allahdan belə istəyin: “Pərvərdigara, 
məni bir göz qırpımı da nəfsimin ümidinə buraxma.”
6
İmam Zeynəl-abidin “şaqtin” minacatında Allaha belə ərz edir: “Mən sənə pisliyə 
çağıran nəfsdən şikayətlənirəm. O xətalara doğru gedir, günaha tələsir. Bir şərlə 
rastlaşdıqda fəryad qoparır. Birini xeyir verməli olduqda paxıllıq göstərir. Mənasız işlərə 
çox meyllidir. Qəflət, xətaya qərq olmuşdur. Məni günaha tələsdirir. Tövbəmə mane 
olur.” 
b) Ləvvamə nəfs: bu surədə işarə olunan mövzulardan biri də ləvvamə nəfs 
mövzusudur. Olsun ki, ləvvamə nəfs dedikdə əxlaqi vicdan nəzərdə tutulmuşdur. Bəli, 
insan pis işlərinə və ya xeyir işlərinin azlığına görə dünya və axirətdə özünü danlayır. 
Belə bir peşimançılıq həm tövbə üçün müqəddimə ola bilər, həm də insanı ümidsizləşdirə 
bilər. 
c) Mütməinnə nəfs: insan davamlı ibadət və Allah zikri sayəsində mütməinnə nəfs 
sahibi olur. Bu halda onun ruhiyyəsinə ilahi bir arxayınlıq hakim kəsilir. Qurani-kərim 
buyurur: “Namazı bərpa et ki, mənim fikrimə çatasan.”
7
Başqa bir ayədə oxuyuruq: 
“Agah olun ki, qəlblər yalnız Allah zikri ilə aramlıq tapar.”
8
Mütməinnə, yəni arxayın nəfs sahibi ölümdən qorxmur, şəhadət eşqi ilə yaşayır. 
Belə bir insan dünyanın aldadıcı zinətlərinə biganədir, Allahın müqəddəratından razıdır. 
1
“Təfsiri-nümunə” 
2
“Bihar”, c. 74, s. 104 
3
“Yusuf”, 53 
4
“Ğurərul-hikəm” 
5
“Yusuf”, 83 
6
“Kafi”, c. 3, s. 346 
7
“Taha”, 14 
8
“Rəd”, 28 


159 
◘Məadı inkar edənlər bəzən qiyamətlə bağlı suallar verirlər. Məsələn soruşurlar ki, 
bu çürümüş sümükləri kimi dirildəcək?
1
Bəzən də açıq-aşkar qiyaməti inkar edir və 
deyirlər: “Dünya həyatından başqa həyat yoxdur.”
2
◘Müxaliflərin məada şəkki əslində Allahın qüdrətinə şəkdir. Quran Allahın yenidən 
yaratmağa qadir olduğunu vurğulayaraq nümunələr göstərir: Allah onlar kimisini yenidən 
yaratmağa qadirdir
3
; Allah ölüləri diriltməyə qadirdir
4
; Allah onu geri qaytarmağa 
qadirdir. 
Bu ayədə isə buyurulur ki, Allah nəinki insanı yenidən dirildə bilər, hətta onun 
barmaq xətlərini bərpa edər. Bəli, bu iş Allah üçün çətin deyil.
◘Hər bir insanın barmaqlarında yalnız ona məxsus xətlər var. İki şəxsin barmaq 
xətləri eyni cür ola bilməz. Bu səbəbdən də şəxsiyyətin müəyyənləşməsi üçün onun 
barmaq izlərindən istifadə olunur. Bəli, Allahın elm və qüdrəti hər bir fərdin vücudundakı 
zərrələrə də hakimdir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin