Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə178/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   174   175   176   177   178   179   180   181   ...   317
NUR-TƏFSİRİ-12

“MURSƏLAT” SURƏSİ 
 
(77-Cİ SURƏ; 50 AYƏ) 
 
İYİRMİ DOQQUZUNCU CÜZ 
 
“MURSƏLAT” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 50 ayədən ibarətdir. 
Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. “Mursəlat” dedikdə Allah 
tərəfindən müxtəlif məqsədlərlə göndərilmiş mələklər nəzərdə tutulur. 
Bu surə “Ənbiya”, “Qəmər”, “Həcc”, “Vaqeə”, “Haqqə”, “Qiyamət”, “Nəbə”, 
“Təkvir”, “İnfitar”, “İnşiqaq”, “Ğaşiə”, “Qariə”, “Zilzal” surələri kimi məada aid ayələrlə 
başlayır. 
Bu surədə də “Fatir”, “Zariyat”, “Naziat” surələrində olduğu kimi mələklərə andla 
sözə başlanılır.
Surədə “vəylun” yəvməizn lil mukəzzibin” ayəsi 10 dəfə təkrarlanmışdır. Təkrar 
baxımından surə “Ər Rəhman” və “Qəmər” surələrinə bənzəyir. 
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə"
 
Ayə 1, 2, 3, 4, 5, 6, 7: 
 ِتاَق ِراَفْلاَف﴿﴾اارْشَن ِتاَرِشا نلا َو﴿﴾اافْصَع ِتاَف ِصاَعْلاَف﴿﴾ااف ْرُع ِت َلاَس ْرُمْلا َو﴿
﴾ٌعِقا َوَل َنوُدَعوُت اَم نِإ﴿﴾اارْذُن ْوَأ اارْذُع﴿﴾اارْكِذ ِتاَیِقْلُمْلاَف﴿﴾ااق ْرَف
 
“And olsun ardıcıl göndərilənlərə; şiddətli tufanlara (and olsun); (haqqı) nəşr 
edib yayanlara and olsun; o kəslərə ki (haqqı batildən) kamil şəkildə 
fərqləndirərlər; (peyğəmbərlərə vəhyi) zikri təlqin edənlərə and olsun; üzr, ya 
xəbərdarlıq üçün (vəhyi çatdıranlara); həqiqətən, sizə vəd olunan şey 
gerçəkləşəsidir.” 
 
Nöqtələr 
 
◘”Urf” dedikdə işin ardıcıllığı nəzərdə tutulur. Atın düzümlü yalına da urf deyirlər. 
Bu söz yaxşı, bəyənilmiş mənalarını da ifadə edir. “Məruf” sözü bu sözdəndir. 
◘Surənin başlanğıcındakı beş and üç şəkildə təfsir olunur:
a) Bəzi təfsirçilərin nəzərincə ayələrdə külək və tufanlar nəzərdə tutulur
1

b) Bəzilərinin əqidəsincə, ayələrdə müxtəlif mələklər nəzərdə tutulmuşdur
2

c) Bəziləri isə elə düşünürlər ki, 1-ci və 2-ci ayədə külək və tufan, 3-cü, 4-cü və 5-ci 
ayələrdə mələklər nəzərdə tutulur. 3-cü ayənin əvvəlindəki “vav” (“və”) bağlaıcısı uyğun 
ölçüyə səbəb sayılır. Çünki “vav” ayrılma, “fa” birləşmə göstəricisidir. 
1
“Təfsiri-kəbiri Fəxr Razi” 
2
“Təfsirul-mizan” 


177 
◘”Əl asifat” sözü şiddətli külək mənasını bildirən “asəf”, sözünün cəm formasıdır. 
“Yunus” surəsinin 12-ci ayəsində uyğun söz şiddətli külək mənasında işlədilmişdir. 
Başqa surələrdə də həmin təbirlə rastlaşırıq.
1
◘Əgər “asifat” sözünü mələklər mənasında tərcümə etsək ayə belə anlaşılar ki, 
mələklər Allahın əmrlərini ciddi və sürətlə yerinə yetirilər. Oxşar məzmunlu başqa ayələr 
də var.
2
◘Küləklər və mələklərə yanaşı şəkildə and içilməsinin səbəbi onlar arasındakı 
oxşarlıq ola bilər. Həm mələklər, həm də küləklər lətif və sürətlidir, yaranış və 
müdiriyyətdə müəyyən rol oynayırlar. 
◘”Mulqiyat” sözü cəm formada işlədilmişdir. Bunun səbəbi vəhy mələyi Cəbraillə 
yanaşı mələklərin nazil edilməsi ola bilər. Başqa bir səbəb də göstərmək mümkündür. 
İnsana xəbərdarlıq və təlqin həm mələklər, həm fərdlər, həm də hadisələrlə həyata keçə 
bilər. 
◘Allah-taala insanlara xəbərdarlığı başa çatdırır, höccəti tamamlayır. Bununla da heç 
bir bəhanə və üzürxahlığa yer qalmır. “Taha” surəsinin 134-cü ayəsində oxuyuruq: “Əgər 
peyğəmbərlərin gəlişindən qabaq insanları həlak etsəydik üzr istəyib deyərdilər: nə üçün 
bundan öncə peyğəmbər göndərmədin ki, ona tabe olub əzaba düşməyək?!” 
◘”Naşirat”, “fariqat”, “mulqiyat” sifətlərində tabii bir ardıcıllıq var. Yəni öncə 
mələklər maarifi yaymalı, sonra yayılmış maarif sayəsində haqq batildən seçilməli, 
nəhayət, zikr təlqin edilməlidir.
3

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin