291
“ADİYAT” SURƏSİ
(100-CÜ SURƏ; 11 AYƏ)
OTUZUNCU CÜZ
“ADİYAT” SURƏSİNİN SİMASI
“Adiyat” surəsinin də “Zilzal” surəsi kimi Məkkədə və ya Mədinədə nazil olduğu
mübahisəlidir. Bir çox təfsirçilər onu Məkkə surəsi hesab edirlər. Onların dəlili surələrin
kiçikliyi və əsasən məad mövzusunda danışılmasıdır. Amma bəzi rəvayətlərdə bu surənin
“Zatus Səlasil” savaşından sonra nazil olduğu bildirilir. Bu isə Mədinəyə təsadüf edir.
“Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Adiyat” dedikdə qaçan atlar
mənası anlaşılır. Surədə cihad meydanından, insanın Rəbbinə qarşı nankorluğundan,
qiyamət hadisələrindən danışılır.
Həzrət Peyğəmbər (s) buyurur: “Bu surəni oxuyan kəsə müzdəlifədəki hacıların hər
biri müqabilində on savab verilər.”
Dostları ilə paylaş: