Dünya bazarı Quran ayələrinə xülasə bir baxış belə bir təsəvvür yaradır ki, dünya bazara bənzəyir.
Bu bazarda insanlar öz ömürlərini, qüvvələrini, istedadlarını satışa çıxarmışlar. Bu
bazarda olanını satmaq məcburidir. Həzrət Əli (ə) buyurur: “İnsanın çəkdiyi nəfəs ölümə
doğru bir addımdır.”
3
Demək, insan məcburi şəkildə hər an ömür sərmayəsini əldən
çıxarır. İnsan bu zərərin qarşısını almaqda acizdir. İstəsək də, istəməsək də gücümüz və
vaxtımız azalır. Bu bazarda ən mühümü sərfəli müştəri tapmaqdır. Bir qrup insan
müamilə üçün Allahı özünə tərəf seçir. Bütün olanlarını ona təqdim edir. Öz dünyasını
behiştə, Allahın razılığına satır. Belələri sonda razı qalır. Çünki onların müştəri varlıq
aləminin sahibi olan Allahdır. Digər bir tərəfdən Allah dəyərsiz şeyləri də alır.
4
Allah hər
şeyi baha, behişt qiymətinə alır.
5
Allah xeyir iş görmək istəyən, amma bu işi başa vura
bilməyənlərin də mükafatını verir.
6
Allah qiyməti bir neçə qat artıq ödəyir.
7
Quranın
buyuruğuna əsasən insana 700 qat artığadək ödənir. Bir buğda dəni infaqdan 7 şaxə
qalxır, hər şaxədə 100 dən olur.
Amma dünya bazarında ömrünü nəfs istəklərinə və başqalarına satanlar ağır zərərə
düşürlər. Quran belələrini müxtəlif təbirlərlə yad edir. Onlar pis ticarətə qatılmışlar
8
;
ticarətlərinin faydası yoxdur
9
; onlar zərər etmişlər
10
; onların zərəri aşkardır
11
; onlar zərərə
qərq olmuşlar
12
.
Nəfs istəyi ilə mümailə yolunu seçənlərin nəzərincə, halal-harama baxmadan özünə
rifahlı həyat qurmağı bacaran adamlar zirəkdir. Belələri şan-şöhrətdən uzaq, vəzifəsiz,
yoxsul insanı bədbəxt sayırlar. İslamda isə nəfsi ilə hesab çəkənlər zirək sayılır. Belələri
əbədi bir həyat üçün çalışır. Sabahları bu günlərindən üstündür. Onlar ölümdən qəflətdə
deyillər. Hərislik və zülm əvəzinə təqva, qənaət və ədalət sorağınca gedirlər.
1
“Təfsiri-kəbir”
2
“Bəqərə, 64
3
“Nəhcül-bəlağə”, hikmət 74
4
“Zilzal”, 7
5
“Ali-İmran”, 15
6
“Nəcm”, 39
7
“Ali-İmran”, 130
8
“Bəqərə”, 90
9
“Bəqərə”, 16
10
“Əraf”, 53
11
“Nisa”, 119
12
“Əsr”, 2