61
“Allahdır yeddi göyü və onlar kimi yeri yaradan. İlahi əmrlər onlar arasında
nazil olur ki, Allahın hər şeyə qadir olduğunu, elminin hər şeyi əhatə etdiyini
biləsiniz.”
Nöqtələr
◘Yeddi qat göy dedikdə bir neçə məna anlaşıla bilər:
yerə oxşayan yeddi planet;
yerin soğan qabağını xatırladan qatları; yer üzündəki yeddi iqlim;
qədim alimlər yer
üzünü yeddi hissəyə, materikə bölürdülər.
1
◘Bu ayədə göylərin və yerin yaranışı, onlarda baş verən hadisələrin idarəçiliyi
haqqında danışılır,
ilahi elm və mərifət, tövhidi təkamül insanın nəzərinə çatdırılır.
“Hud” surəsinin 7-ci ayəsində göylərin və yerin yaranış məqsədi olaraq insanın
sınağa çəkilməsi qeyd olunur. Həmin surənin 119-cu ayəsində bəşəriyyətin yaranış amili
kimi Allahın mərhəməti yada salınır. “Zariyat” surəsinin 56-cı ayəsində qeyd olunur ki,
insan Allaha ibadət məqsədi ilə yaradılmışdır. Bütün bu ayələrdən belə bir nəticəyə
gəlmək olar ki, varlıq aləminin və insanın yaranış
məqsədi elm, əməl, ibadət və ilahi
mərhəmətdən faydalanmadır.
Bildirişlər
1.
Əmin olun ki, Allah öz vədlərinə əməl edir. Çünki o misilsiz qüdrət sahibidir,
varlıq aləmini yaratmışdır.
2. Varlıq aləmində bir növ tarazlıq var.
3. Həm varlığın yaranışı, həm də ona müdiriyyət Allahın əlindədir.
4. Allahın əmrləri bəzən təşrii (şəriət yolu ilə), bəzən təkvini (təbiət yolu ilə)
gerçəkləşir.
2
5. Varlıq aləmi dərs otağı kimidir.
6. Bəşəriyyətin kamilliyi və təkamülü bütün yaranışın mehvəridir.
7. İnsanın varlığa müdiriyyət məsələsindən xəbərdarlığı önəmlidir.
8. Yaradan kəs öz yaratdığına hakim ola bilər.
9. Allah bütün varlıq aləmindən kamil və dəqiq şəkildə xəbərdardır.
1
“Təfsiri-əl mizan”
2
“Təlaq”, 8