Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə57/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   53   54   55   56   57   58   59   60   ...   317
NUR-TƏFSİRİ-12

“TƏHRİM” SURƏSİ 
 
(66-CI SURƏ; 12 AYƏ) 
 
İYİRMİ SƏKKİZİNCİ CÜZ 
 
“TƏHRİM” SURƏSİNİN SİMASI 
 
Mədinədə nazil olmuş bu surə 12 ayədən ibarətdir. Surənin adı onun ilk ayəsindən 
götürülmüşdür. Həmin ayədə Allah insana halal edilənlərin haram sayılmasını (“təhrim”) 
məzəmmət edir. Halalların halal sayılmasının fərdi və ictimai səbəbləri var. 
Surənin ilk ayəsində bəzi Peyğəmbər (ə) zövcələrinin xoşagəlməz rəftarı məzəmmət 
olunur. Növbəti ayədə möminlərə müraciət olunur, onlara ailə-övladlarına münasibətdə 
diqqətli olmaq tapşırılır. Bildirilir ki, əks təqdirdə onları cəhənnəm gözləyir. Daha sonra 
müsbət və mənfi qadın nümunələri açıqlanır. Həzrət Nuh və Lutun zövcələri mənfi, 
Fironun zövcəsi və xanım Məryəm müsbət nümunə kimi təqdim edilir. 
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə"
 
Ayə 1, 2: 
 ِح ر ٌروُفَغ ُ لِلّٱ َو َك ِجا َو ْزَأ َتاَض ْرَم يِغَتْبَت َكَل ُ لِلّٱ لَحَأ آَم ُم ِ رَحُت َمِل ُّيِب نلٱ اَهُّیَأ اَی﴿
 ْدَق﴿﴾ٌمی
﴾ُمیِكَحْلٱ ُمیِلَعْلٱ َوُه َو ْمُك َلً ْوَم ُ لِلّٱ َو ْمُكِناَمْیَأ َة ل ِحَت ْمُكَل ُ لِلّٱ َضَرَف
 
“Ey peyğəmbər! Nə üçün Allahın sənə halal etdiyini zövcələrinin razılığını 
qazanmaq üçün özünə haram edirsən?! Allah bağışlayan və mehribandır. 
Həqiqətən, Allah sizin üçün haqlarınızdan (kəffarə ödəməklə) qurtuluş yolu 
müəyyənləşdirmişdir. Allah sizin haminizdir, elm və hikmət sahibidir.” 
 
Nöqtələr 
 
◘Bu ayənin nazil olma şəni ilə bağlı müxtəlif fikirlər bildirilmişdir. Bir şey aydındır 
ki, bəzən Peyğəmbərin (s) zövcələri bir-birinə həsəd aparırdılar və Peyğəmbər (s) ümumi 
razılığa xatir öz haqqından keçirdi. Peyğəmbərin (s) uyğun rəftarı öz-özlüyündə şəxsi bir 
iş idi. Amma Peyğəmbər (s) cəmiyyət üçün nümunə olduğundan başqaları onun 
hərəkətini qanun kimi qəbul edə bilərdi. Bu səbəbdən də Allah-taala Peyğəmbəri (s) 
uyğun rəftardan çəkindirir və xalqın nəzərinə çatdırılır ki, Peyğəmbərin uyğun rəftarları 
örnək deyil, şəxsi bir işdir. 
◘Qurani-kərimin Allah tərəfindən nazil olma dəlillərindən biri də ilahi kitabda 
müəyyən məqamlarda Peyğəmbərə (s) xəbərdarlıq olunmasıdır. Məlum məsələdir ki, 
müəllif özünü məzəmmət etməz. Uyğun məzəmmətlər göstərir ki, səmavi kitab təhrif 
olunmamışdır. Bu ayənin oxşarı ilə “Tövbə” surəsində rastlaşırıq. Uyğun surənin 23-cü 
ayəsində bəzi rahatlıq axtaranlara Peyğəmbər (s) tərəfindən cəbhəni tərk etmək icazəsinin 
verilməsi qeyd edilir. 


63 
◘”Əhəm və mühüm” prinsipini, yəni məsələlərin əhəmiyyət baxımından dərəcələrə 
bölünməsini unutmayaq. And içmək əhəmiyyətli bir işdir. Amma dini hökmlərin hifzi 
daha mühümdür. Əgər bir şəxs and içərək halal bir işi özünə haram etmişsə, kəffaə 
ödəməklə düşdüyü vəziyyətdən çıxa bilər. Kəffarə miqdarı “Maidə” surəsinin 89-cu 
ayəsində bəyan olunmuşdur. 
◘Peyğəmbərin (s) and içərək hansısa işləri özünə qadağan etməsi şəxsi xarakter 
daşıyır. Bu vəziyyətdən çıxış yolu göstərilir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin