● Ayə 112:
﴿وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا﴾
“Hər kəs saleh işlər görüb mömin olsa, sitəm və (mükafatda) əskiklikdən qorxmasın.”
Nöqtələr
“Həzm” dedikdə əskilmə mənası başa düşülür. Ola bilsin ki, bu səbəbdən qidanın bədənə hopması “həzm” adlandırılmışdır. Bu prosesdə adətən qida getdikcə azalır.1
Quran və rəvayətlərdən məlum olur ki, insanın əməl və ruhiyyəsi qarşılıqlı təsirə malikdir. Bu səbəbdən də puç ruhiyyəyə malik münafiq, müşrik, riyakar şəxsin yaxşı əməli qəbul olunmur. Əgər kafir bir insan ixtira və kəşf kimi yaxşı bir iş görsə, haqqı anlayaraq inkar etdiyi halda yaxşı işinə görə mükafatlandırılmayacaq. Saf şərbəti çirkli qaba tökəndə də belə olur. Belə bir şərbətdən imtina olunur.
Son on ayədə Qiyamətin bərpası xülasə şəkildə təsvir olundu: Sur üfürülər, ölülər dirilər; günahkarlar səhnəyə gətirilər; dağlar parçalanar; hamı ilahi çağırışçının dəvətini gözləyər; Allahın izni olmadan kimsəyə şəfaət verilməz; Allah Öz elmi əhatəsi ilə bütün hesabları sona çatdırar; hamı ilahi hökm qarşısında təslim olar; zalımlar məyus olar; saleh möminlər aramlığa qovuşar.2
Dostları ilə paylaş: |