Pişiyin əsas əlamətləri hansıdır?
Ümumiləşdirilmiş cavab (çoxlu ayrı-ayrı cavabların ümumiləşdirilməsi).
Pişik-tüklü (rəngi müxtəlif ola bilər), quyruqlu ev (bəzən də vəhşi) heyvanı olub dörd yumşaq pəncəyə malikdir, miyoldayır, xoruldayır, insanlara deyil, evə öyrənir, gecələr görür, südü xoşlayır, sudan qorxur.
Maraqlıdır ki, həqiqətən mühüm olan əlamətlərdən yalnız biri – «heyvan» bu ümumiləşdirlmiş cavabda öz əksini tapıb. Digər əlamətlər qeyri-mühümdür, daha doğrusu «predmet» kimi pişiyi xarakterizə etmir. Ensiklopedik lüğətlər, məsələn (məhz lüğətlər predmetin mühüm əlamətlərinə əsaslanaraq onun hərtərəfli xarakteristikasını verməlidirlər) pişiyi yırtıcı (1), məməli (2), pişikkimilər ailəsinə (3) mənsub olan heyvan (4) kimi xarakterizə edirlər və çox zaman bununla da kifayətlənirlər, daha doğrusu dörd mühüm əlamət sadalayırlar. Bəzən bu əlamətlərə yumru baş (5), elastik bədən (6) və yerimə zamanı çıxandığı caynaq (7) da əlavə edilir.
Bu halda bizim qarşımızdakı «pişiyin taskonomiya» variantı, daha doğrusu, əslində «predmet dünya»sında pişiyin tutduğu «yer»dir.
Amma predmet dünyasında bu və ya digər predmetin yerini və həqiqətən ona xas olan əlamətləri müəyyənləşdirməyi necə öyrənmək olar?
Dərk etmənin taksonomik üsulu bütün bu suallara cavabı nəzərdə tutur. Bu invensiya prosesini həyata keçirmək üçün tövsiyyə edilən üsullardan biri idi və danışanın onu maraqlandıran «predmeti» hansı «predmet»lərin tərkibində axtarmasını dərk etməsinə təminat verirdi. Bu dərketmə üsulu messa di voçeni araşdırarkən artıq nəzərdən keçirdiyimiz «dərəcə pillə»lərinə əsaslanırdı.
Aydındır ki, aktual nitq situasiyasında asanlıqla istifadə edilən pilləni seçmək üçün danışanın sərəncamında taksonomik sxem olmalıdır. Taksonomik sxem digər predmetlərin tərkibində predmetin yerini göstərir, həmçinin mühüm və ikinci dərəcəli əlamətlərin cəmi kimi predmetin strukturunu nümayiş etdirir. Taksonomik sxem, məsələn, belə görünə bilər.
intensional aspekt
↓
əsas əlamətlər
↓
(əsas+) ikinci dərəcəli əlamətlər
↓
(əsas+ikinci dərəcəli+) üçüncü dərəcəli əlamətlər
↓
(əsas+ikinci dərəcəli+üçüncü dərəcəli +) dördüncü dərəcəli əlamətlər
|
Predmet
ekstensional aspekt
ən ali soy, summum genus (bütün aşağı səviyyələri özündə ehtiva edən sinif)
↓↑
soy, genus (bütün aşağı səviyyələri özündə ehtiva edən sinif)
↓↑
növ, spesies (bütün aşağı səviyyələri özündə ehtiva edən sinif)
↓↑
(növ müxtəlifliyi)
ən aşağı sinif, infima spesies
(yalnız özündən ibarət olan sinif)
|
intensional aspekt
ən ali soyun əlamətləri
(-)
soyun əlamətləri
növün əlamətləri
fərdi əlamətlər
↑
soyun əlamətləri
(+)
ən ali soyun əlamətləri
(-)
növün əlamətləri
fərdi əlamətlər
↑
növün əlamətləri
(+)
soyun əlamətləri
ən ali soyun əlamətləri
(-)
fərdi əlamətlər
↑
fərdi əlamətlər
(+)
növün əlamətləri
ən ali soyun əlamətləri
↑
|
Kənardan mürəkkəb görünməsinə baxmayaraq, məsələn, orta cərgəni belə göstərsək bu taksonomik sxem kifayət qədər sadə «oxunar»
heyvan
↓↑
pişik
↓↑
siam pişikləri
↓↑
Mariya-Antuanetta
(konkret pişik, məsələn, mənim pişiyim)
Bizim qarşımızda Mariya-Antuanetta adlanan «predmet»in ekstensional (latınca extensio-genişlənmə) və ya bir soydan olan növün xarakteristikasıdır.1 Aydındır ki, Mariya-Antuanetta beləliklə, ardıcıl olaraq aşağıdakı bütün siniflərə:
- cinsə (siam olaraq);
- soya (pişik olaraq);
- ən ali soya (heyvan olaraq) – daxildir.
Amma məlum məsələdir ki, Mariya-Antuanetta özündə daxil olduğu sinfin bütün əlamətlərini ehtiva etmir, daha doğrusu:
(cins) siam pişiyi olaraq eyni zamanda həm də sibir pişiyi olmur;
(soy) siam pişiyi olaraq eyni zamanda həm də toyuq olmur;
(ən ali soy) heyvan olaraq eyni zamanda həm də çiçək olmur.
Beləliklə, «dünya»nın hissələri ilə müqayisədə Mariya-Antuanettanı tam şəkildə «dünya»nın bir hissəsi kimi (ekstensional) xarakterizə etmək olar, yəni onu sadə element kimi mürəkkəb tamın tərkibinə daxil etmək mümkündür. Amma Mariya-Antuanettanı intensional (lat. intensio - güclənmə), daha doğrusu mürəkkəb tam kimi də xarakterizə etmək olar. Bu baxımdan Mariya-Antuanetta:
- fərdi əlamətlərə (məs., şıltaqdır!);
- siam cinsinin növ əlamətlərinə (məs., yumşaq tüklü);
- pişiyin soy əlamətlərinə (məs., yumru baş)
- heyvanların ən ali soy əlamətlərinə (məs., hazır üzvü birləşmələrdən qida maddələri alır») – malikdir.
Qeyd edək ki, Mariya-Antuanetta sinif kimi maksimum
miqdarda əlamətlərə malikdir, halbuki Mariya-Antuanetta bütün ələmətləri ilə birgə digər siniflərə daxil deyil. Məsələn, heç də bütün heyvanlar:
- pişik;
- siam pişiyi;
- şıltaq siam pişiyi deyillər.
Burada isə qəribə taksonomik qanunauyğunluq fəaliyyət göstərir. Bu qanunauyğunluğu bilmədən invensiya prosesini uğurla həyata keçirmək mümkün deyil. Qanunauyğunluq: predmet məzmunca nə qədər geniş götürülərsə, onu ictimai marağın predmetinə çevirmək də bir o qədər çətin olar. Buna görə də fərd kimi Mariya-Antuanetta haqqında bir qədər az, pişiyin nümayəndəsi kimi daha az, heyvan kimi isə demək olar ki, heç bir şey danışmaq mümkün deyil.
Bu səbəbdən də həmişə yadımızda saxlamalıyıq: «dinləyicilərin düşüncələrinə təsir göstərmək» heç də «ictimai maraq sahəsinə daxil olmaq» demək deyil.
Ümumi mövzular ətrafında edilən söhbətlər adətən maraqlı olmur; «Mənim Mariya-Antuanettam necə də şıltaqdır!» mövzusunda edilən söhbət buna maraq göstərən elə də böyük auditoriyanı əhatə edə bilməz.
İnvensiya dinləyicilərə bir tərəfdən, həddindən artıq dar mövzular (Mariya-Antuanetta, qazma quyu, messa di voçe), digər tərəfdən isə, həddindən artıq geniş mövzular (bütün pişiklər heyvandır) təqdim etməməyi məsləhət görür. Birinci hal sanki «bağışlayın, heç nə aydın deyil», ikinci hal isə «təşəkkür edirəm, hər şey onsuz da aydındır» modelini nəzərdə tutur: hər iki modelin səmərəsiz olduğu aydındır.
«Qızıl sərhədi» gözləmək lazımdır. Amma təəssüf ki, məsələ belə asanlıqla həll edilmir. Məsələn, messa di voçeyə dair mövzunu qurmağa çalışaq:
mövzu: mövzu
Dostları ilə paylaş: |