Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə83/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   79   80   81   82   83   84   85   86   ...   107

§6.2. Fiqurlar

Əvvəlki paraqrafda tropların (onlardan bəzilərini fiqur kimi də nəzərdən keçirmək olar) analizi göstərdi ki, troplar hər şeydən əvvəl sözün mənasının transformasiyası ilə bağlıdır və məntiq qanunlarının (çox zaman analogiya qaydalarının) pozulması onlardan hər birinin əsasında dayanır.

Fiqurlar, artıq qeyd edildiyi kimi, hər şeydən əvvəl struk­turun transformasiyasını nəzərdə tutur: sözün strukturunun (mik­­ro­fiqurlar) və ya cümlənin strukturunun (makrofiqurlar) trans­formasiyası yenə də ritorik funksiyanın həyata keçirilmə vasi­təsidir.

Yeri gəlmişkən, məhz bu səbəbdən fiqurları elə fiqurlar adlandırırlar. Beləliklə, belə hesab edirlər ki, artıq bir-birinə nə­zərən müəyyən şəkildə yerləşmiş müəyyən miqdarda kom­po­­­nentləri başqa şəkildə də düzmək olar. Yəqin ki, "fiqur" anla­­yışı adı altında troplardan fərqli olaraq fiqurlara artıq for­malaşmış tamın tərkibində struktur dəyişikliyi kimi baxmağa imkan verən işarə nəzərdə tutulur.

Belə "formalaşmış tam" kimi, məsələn, müəyyən kompo­nent sistemini (məsələn, səsləri) nəzərdə tutan sözün strukturu çıxış edə bilər. Komponentlər sisteminin qurulması qaydası fonetikanın qanunları və sözdüzəltmə qanunları vasitəsilə tən­zim edilir. Sözün strukturunda həyata keçirilən istənilən yeni­dənqurma yeni struktur formalaşdırır. Amma bu struktur yenə də əvvəlki komponentlərdən təşkil olunur və bu səbəbdən də artıq məlum olan, amma transformasiyaya məruz qalan struktur kimi qəbul edilir. Buna görə də, o, ritorik cəhətdən maraqlıdır: əvvəlki strukturun yeni struktur ilə müqayisə edilməsi məna cəhətdən məsafəni təmin edir. Hər bir konkret halda bu məna cəhətdən yaranan məsafə «məna baxımından» effekt yaradır.

Digər tərəfdən, "formalaşmış tam" kimi cümlənin struk­turu da çıxış edə bilər. Sintaksis vahidi kimi cümlə də tama­mi­lə müəyyən komponentlər sistemini nəzərdə tutur.

Bu sistem normativ sintaksis qaydaları vasitəsilə tənzim edilir. Bu sintaksis vahidin strukturunun dəyişdirilməsi makro­fi­qurun, daha doğrusu, yeni strukturun yaranmasına gətirib çı­xarır. Bu yenidən qurma yenə də yalnız qismən yeni struktur ki­mi qəbul edilir: yenidən qurulmuş variantda adətən, əvvəlki strukturun ümumi cizgilərini asanlıqla müşahidə etmək olar, köhnə və yeni strukturlar arasındakı əlaqələr semantik baxım­dan maraqlı ahəngdarlıq yaradır.

Troplar kimi mikro və makrofiqurlar sahəsi də paralo­gikanın adı ilə bağlıdır. Paralogika burada ənənəvi qrammatika ilə ziddiyyət təşkil edir və həmişə buradakı qanunları nəzərə almır. Bunun nəticəsi kimi isə "məlum komponentlərin yeni struk­­turu" və bu zaman yaranan gözlənilməz məna effekt­lə­ri­dir. Adətən, bütün məlumat miqyasında rellaşdırılan, daha doğ­rusu, hipersintaksis tam yaradan fiqurlar xüsusən mürəkkəb məna effektləri yaradır.

Yeri gəlmişkən, belə mürəkkəb fiqurları "bəzi standart mə­na effektləri" yaradan daha sadə fiqurlardan fərqləndirməyi linqvistik ensiklopedik lüğətdə "Nitq fiqurları" məqaləsinin müəllifi V.N.Toporov da zəruri hesab edir. Burada fiqurun "hən­dəsi təsnifatı" göstərilir: "... elementar sintaksis növlər (onlar da səs vahidlərinə və ya morfoloji səviyyəyə aid edilir) dil paradiqmasının vahidi kimi nitqdə (mətndə) məkan baxı­mından təşkil etmənin bəzi prinsiplərinə uyğun olaraq özü­­nəməxsus həndəsi fiqurlara oxşar şəkildə nizamlanır, amma məkan cə­hət­­dən belə təşkil etmə dilin özünün strukturuna xas deyil.

Başqa sözlə, mətndə məkan baxımından semiotikanın ümumi prinsiplərinə uyğun olaraq məkan baxımından nizam­lanmaya məruz qalan dil elementləri məkan proyeksiyasında ifadə oluna bilən nitq fiqurlarına çevrilir. Məsələn, təkrar­lanma: aaaa...; əvəzlənmə: abab...; şişirtmə: ab şəraitində abc; azaltma (ellipsis): abc şəraitində ab; simmetriya: ab/ba və s., müxtəlif növ həndəsi fiqurlar: qavrama, xiatus, invensiya və s.". (Toporov V.N. Fiqurı reçi / Linqvistiçeskiy gnüik­lo­pe­diçeskiy slovarğ. – M. 1990, s. 543).

Amma bununla belə biz bu dərslikdə fiqurları paralogikanın köməyi ilə həyata keçirilən yenidənqurma kimi nəzərdən keçirəcəyik. Bu yenidənqurma həm qrammatika, həm də məntiq ilə ziddiyyət təşkil edilərkən artıq özü ilə eyniyyət təşkil etmir və bununla da əsas məntiq qanunlarından biri olan eyniyyət qanununun tələblərini pozur.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin