Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə91/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   87   88   89   90   91   92   93   94   ...   107
Sıra: seçkiqabağı kampaniya qurtardı. “Qurtardı” - o indiyə kimi davam edir ki!

09) (63) Xiazm (yunancadan tərcümədə chiasmos yunan hərfi z (xi) və ya latın hərfi x-yə uyğun olaraq çarpazlaşdırma deməkdir). Cümlə üzvlərinin “xaça oxşar” şəkildə yerləş­məsi­ni nəzərdə tutur. Bu zaman cümlənin bir tərəfdən birinci və dördüncü, digər tərəfdən isə ikinci və üçüncü üzvləri bir-birinə uyğun gəlir.

Xiazm demək olar ki, həmişə bu zaman istifadə edilən antitezadan (bəzən isə antimetaboladan) asılıdır və bu belə izah edilir: Birincisi, müqayisəetmə olmasa, bu fiqur ümumiy­yətlə, öz mənasını itirər; ikincisi, isə bu fiqur hətta “adi vaxt­da” aralarında heç bir ziddiyyəti olmayan anlayışları da qarşı-qarşıya qoyur.

Xiazmın bu xüsusiyyətindən ritorik məqsədlər üçün, da­ha doğrusu, anlayışlar arasında semantik baxımından ma­raqlı əlaqələr qurmaq istəyi ilə istifadə edilir. Amma xiazmın əsas xüsusiyyətini yadda saxlamaq lazımdır: xiazmın üçüncü üzvü həmişə avtomatik olaraq diqqət mərkəzində olur, xüsusi ola­raq o, nəzərə çarpdırılır.



Nümunə: (reklam) motosikl sərfəli deyil – sərfəli velosi­peddir.

Özünəməxsus spekulyativ xarakter daşıyan xiazmdır: ümumi şəkildə qəbul edilən əlamət əyani olaraq o qədər qeyri-müəyyəndir ki, onu istənilən məqsəd üçün istifadə etmək olar (bəzi hallarda motosikl, bəzi hallarda isə velosiped həqiqətən sərfəli ola və ya olmaya bilər). Burada əsas məqsəd velosipedi reklam etməkdir və ümumi əlamət də məhz buna xidmət edir.

Məharətlə və dəqiqliklə qurulmuş bütün xiazmlarda olduğu kimi bizim nümunədə də nəzərə alınmayan məntiqi qaydaya görə müqayisə edilən anlayışların həqiqətən ümumi və mühüm əlamətlərinə əsaslanmaq lazımdır.

Sıra: satıcı həmişə haqlı deyil – haqlı olan alıcıdır.

10) (64) Epanodos (yunancadan tərcümədə geri çəkilmə, uzaqlaşma deməkdir) dəqiq sürətdə əks olunmanı nəzərdə tutan fiqurdur: belə ki, cümlədə bütün sözlər əks istiqamətdə təkrar edilir. Prinsipcə ona yaxın olan palindromdan (sözün əksinə oxunmasından) fərqli olaraq epanodas həddindən artıq əlverişli fiqurdur: əgər palindrom nadir hallarda maraqlı se­mantik effektlər yaradırsa, epanodos əksinə elə bu məqsədlə yaradılıb. Epanodosun özünəməxsusluğu ondadır ki, anlayışlar arasında ilkin olaraq, açıq-aydın ziddiyyət olmasına baxmaya­raq, bu fiqur son nəticədə onları qarşı-qarşıya qoymağı bacarır.

Leonardo da Vinçiyə məxsus olan aşağıdakı klassik epa­nodos nümunəsində bu fiqurun semantik imkanlarını görmək çətin deyil: “Kim ki, nə istədiyini bilmir, o, bildiyini istə­mə­lidir”. Aydın şəkildə göründüyü kimi, epanodos fəlsəfi müha­kimələr üçün həddindən artıq əlverişli şərait yaradır və onun köməyi ilə kifayət qədər gözlənilməz olan mülahizələr irəli sürmək olar. Bunun səbəbi mülahizənin “təkrar düzülüşü”n­dədir. Hər bir mülahizənin heç olmazsa, bir dəfə düzülüşünü dəyişmək olar; həm də qeyd etmək lazımdır ki, “təkrar düzülüş” əvvəlkindən daha maraqlı olur.

Model: Birincilər axırıncı olur, axırıncılar isə – birinci.

Nümunə: Kommunistlər demokratlara çevrilir, demokrat­lar isə kommunistlərə.

Bu nümunədə istifadə olunan epanodos müasir Rusiyada baş verən real prosesləri çox düzgün əks etdirir. Siyasi qüvvələrin “qarşılıqlı” olaraq bir-birini əvəz etməsi bu fiqurdan müvəffəqiyyətlə istifadəni şərtləndirir. Amma burada istənilən analogiyanın əsasında duran simmetriklik qaydası faktiki ola­raq absurd vəziyyətə (eynilə palindromda olduğu kimi) gətirib çıxarılır. Paraloqik əməliyyat – analogiya üçün əsas olmayan yerdə simmetriyanın qurulması nitq situasiyasının kontekstinə əsasən düzgün sayılır.



Sıra: Məqsədə yaxınlaşmaq istəyi istəyi məqsədə ya­xınlaşdırır: arzular gerçəkliyin qurtardığı yerdə başlayır, ger­çəkliyin qurtardığı yerdə arzular başlayır.

11) (65) Asindetonun (yunancadan tərcümədə asyndetos – bir-biri ilə əlaqəsi olmayan deməkdir) konstruktiv fiqurların arasında nəzərdən keçirilməsi (xüsusən də onun yunancadan tərcüməsini nəzərə alsaq) təəccüb doğura bilər. Amma əslində asindenton mürəkkəb cümlənin həmcins üzvləri və ya hissələri arasında əlaqənin olmaması deyil, onlar arasında bağlayıcının işlənməməsini nəzərdə tutur. Aydın məsələdir ki, “rabitənin olmaması” və “bağlayıcının işlənməməsi” tamamilə eyni şey deyil. Belə ki, sözlər və cümlələr arasında intonasiya vasitəsilə də əlaqə yaratmaq olar. Buna görə də “asyndetos” sözünün yunancadan qrammatik cəhətdən bir-biri ilə əlaqəsi olmayan kimi tərcüməsi yəqin ki, daha məqsədəuyğun olardı.

Asindetondan istifadə etməklə nəyə nail olmaq olar? Bağlayıcının köməyi olmadan bir-birilə əlaqə yaradan sözlər arasında kifayət qədər maraqlı məna əlaqələri var. Məsələ bundadır ki, bağlayıcılar, bir qayda olaraq, bir-birinin ardınca gələn söz və ya cümlələri bir-biri ilə daha dəqiq sürətdə məna cəhətdən uyğun gəlməyə vadar edir. Bağlayıcı olmayanda isə daxilən daha sərbəst strukturun qurulması üçün imkan yaranır. Asindetonun da həyata keçirilməsi məhz bu baxımdan maraqlıdır.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin