Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə88/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   84   85   86   87   88   89   90   91   ...   107

§6.2.2. Makrofiqurlar

Bu fiqurlar cümlələrin və daha böyük sintaksis vahid­lə­rin strukturunun transformasiyası ilə bağlıdır.

Makrofiqurlar kifayət qədər dəqiq şəkildə fiqurativ prak­tikanın nisbətən müstəqil sahəsi kimi qavranılır. Bu yəqin ona görədir ki, makrofiqurlar aydın şəkildə məntiqi qanun­la­rın, anlayışların müəyyən edilməsi və bölünməsi qayda­la­rının və ilkin hökmlərdən əqli nəticə çıxartma qanunlarının dəyiş­dirilməsi ilə bağlı deyil. Amma bir sıra hallarda müvafiq mak­ro­fiqurların analizi zamanı bu dəyişikliklərə rast gəlmək müm­­­­­kündür. Makrofiqurlar, yuxarıda deyildiyi kimi, hər şey­dən əvvəl normativ sintaksis qaydalar ilə ziddiyyət təşkil edir.

Məlum olduğu kimi, normativ sintaktika nöqteyi-nəzə­rindən cümlənin strukturu ideal şəkildə aydın, hissələr baxı­mın­dan mütənasib olmalıdır. Normativ sintaktika baxımından cümlə qurarkən bir tərəfdən, hər cür təkrarlardan uzaq olmaq (konstruktiv artıqlıq), digər tərəfdən isə – əksinə hər cür “açıl­malar”dan qaçmaq (konstruktiv azlıq) lazımdır.

Onlardan mümkün kənara çıxmalara görə paraloqika məsuliyyət daşıyır. Paraloqika sintaktika sahəsində müm­kün qayda pozuntularının müəyyən münasib sxemlərini nə­zərdə tutur. Bu sxemləri iki qrupda birləşdirmək olar: kon­st­ruktiv fiqurlar və destruktiv fiqurlar.

Konstruktiv fiqurlar adı altında sintaktis strukturunu daha çox tarazlıqda saxlayan fiqurlar (bu əsasən hər cür təkrarlar sayəsində mümkün olur) başa düşülür. Destruktiv fiqurlar adı altında isə sintaksis strukturu məhv edən fiqurlar (bu əsasən sintaksis konstruksiyaların kəsilməsi sayəsində mümkün olur) nəzərdə tutulur.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin