Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə84/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   80   81   82   83   84   85   86   87   ...   107

§6.2.1. Mikrofiqurlar



Mikrofiqurlar adı altında, artıq qeyd etdiyimiz kimi, sö­zün strukturunda həyata keçirilən transformasiya nəzərdə tutu­lur.

1) (38) Metateza. Yunancadan tərcümədə "metathesis" yer­dəyişdirmə deməkdir. Metateza heç bir müəyyən növ yer­dəyişdirməni nəzərdə tutmur – beləliklə, praktiki olaraq istə­nilən yerdəyişdirmə metateza kimi təsnif edilə bilər. Xüsusən də, kalambur modifikasiyalarından biri, konkret olaraq üçüncü modifikasiyada (omofoniya zamanı kalambur) metateza kimi nəzərdən keçirilə bilər: onları ayırmaq əslində mümkün deyil. Yalnız onu qeyd etmək olar ki, biz kalamburu xarakterizə edər­kən hər şeydən əvvəl sözün mənasının dəyişdirilməsini, me­ta­tezanı xarakterizə edərkən isə hər şeydən əvvəl sözün struk­turunun dəyişdirilməsini nəzərdə tuturuq.

Geniş mənada metateza ümumiyyətlə, dilə xas olan əla­mətdir. (O, əsasən dialektlər və loru dil vasitəsilə dilə daxil olur.). Amma bizi metatezanın fiqur kimi istifadə imkanları maraqlandırır.

Nümunə: (qəzet başlığı) Priblatika ölkələrində korrup­siya.

Aydın məsələdir ki, belə yerdəyişmə sadə danışıqda baş verən və semantik baxımdan əsaslandırılmamış yerdəyişmə­lərdən fərqli olaraq ritorik funksiyaya malikdir, daha doğrusu, o, məlum olan, amma bir qədər transformasiya edilmiş sözdə yeni məna əmələ gətirən fiqur kimi çıxış edir. Gözlənilmədən həmin söz ilə eyni kökə malik olan blat (oğru dili, jarqonu) sözünün ətrafında formalaşan yeni məna korrupsiyaya həsr edilmiş mətn üçün hiss ediləcək perspektivlər yaradır.

Məntiqi baxımdan "Priblatika" sözü mövcud ola bilməz, çünki o, faktiki olaraq eyniyyət qanunu ilə ziddiyyət təşkil edir. Belə ki, bu qanunun tələblərinə görə "hər bir mahiyyət özü-özü ilə eyniyyət təşkil etməlidir". "Priblatika" və "Pri­bla­tika" sözlərinin mahiyyəti, göründüyü kimi, eyniyyət təşkil etmir: mənada desək, "Priblatika" "Pribaltika" ilə birlikdə həm də müəllifin ona şamil etdiyi əlamətdən ibarətdir. Bu şərtin, həmçinin söz düzəltmə qanunlarının (bu qanunlar baxımından da "Priblatika" sözü mövcud deyil) nəzərə alınmaması paralo­gik effekt yaradır.

2) (39) Anaqrammada (latıncadan tərcümədə anqramma­tismos – hərfin yerdəyişməsi deməkdir) yerdəyişdirmə ilə bağ­lı olan mikrofiqurlardan biridir, amma bu yerdəyişdirmə çox vaxt miqrasiya xarakteri daşıyır. Miqrasiya dedikdə, bir-birinə çox yaxın olan sözlərin tərkibində bəzi səs qruplarının miqra­siyası nəzərdə tutulur. Beləliklə, anaqrammada çox şey bir sözün tərkibində digər sözün bir hissəsinin nə dərəcədə asan­lıqla dərk edilməsindən asılıdır.

Əgər "verən" və "qəbul edən" sözlər asanlıqla dərk edi­lir­sə, anaqrammanın oxunması zamanı elə bir çətinlik yaran­mır. Əgər çətinlik yaranarsa, onda anaqramma şifrə çevrilir: keçmişdə anaqrammadan həqiqətən bu məqsədlə də istifadə ediblər. Anaqrammanın köməyi ilə məsələn, allahların adlarını şifrləyirdilər.

Daha sonrakı dövrlərdə anarammanı ya məna ilə yüklən­məmiş poetik məharət, ya da ritorik funksiyaya malik olan və bununla da müəyyən "məqsəd" daşıyan fiqur kimi qəbul edir­dilər. Bu məqsəd adətən, komik effekt yaratmaqdan ibarətdir, amma burada başqa məqsədlər də ola bilər. (Məsələn, müla­hizənin hissələri arasındakı əlaqələri gərginləşdirmək, qeyri-adi xarakteristika və s.)



Model: (tələbə zarafatı) diktaturiat proletarı.

Anaqrammanı reallaşdıran paralogik prinsip analogiya qanunlarının dəyişdirilməsindən (eyniyyət qanununun və söz düzəltmə qaydalarının tələblərinin pozulmasından başqa) iba­rət­dir: bir-birinə zidd olan anlayışlar müqayisə edilir, qeyri-tranzitiv əlamətlər tranzitiv əlamətlər kimi nəzərdən keçirilir. Bu isə müvafiq əlamətlərin dəyişdirilməsinə şərait yaradır.



Sıra: Yarıfabrikantlar, xoyuq və toruz və s.

3) (40) Annominasiyanın (annominatio – tərcümədə baş­qa cür adlandırma deməkdir) mahiyyəti iki sözün səslənmə­sindəki oxşarlığı müəyyən etməkdən və bu oxşarlıqdan isti­fa­də edərək üçüncü sözü yaratmaqdan ibarətdir; bu yeni söz qis­mən özündə iki digər sözü yeni sintezdə ehtiva edir.

Annominasiyanı həyata keçirmək həqiqətən çox çətindir və bunun üçün dili mükəmməl bilmək lazımdır. Amma bunun­la belə bu fiqur son zamanlarda xüsusən reklam və qəzet sahə­sin­dəki nitq praktikasında daha populyar olur. Yaxşı anno­mina­siya heç bir şərhi tələb etmir.

Annominasiyanın semantik cəhətdən yaratdığı effekt aydın­­dır: təqdim olunan yeni söz əvvəllər bir-biri ilə o qədər də əlaqəsi olmayan, amma yaxşı məlum olan mənaların gözlə­nilməz ahəngini özündə ehtiva edir. Bu kəskin məna baxı­mın­dan sıçrayış məhz annominasiyanın yaratdığı effektdir.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin