Model: XX əsr: göbələyin əlindən gizlənməyə yer tapmaq olmur: ağ, qırmızı, yaşıl, mavi, qumdan hazırlanmış, atom!
Nümunə: Hakimiyyət nümayəndələri, deyirlər, paytaxtı yenidən gözdən keçirir, deyirlər, kurorta gedir, deyirlər, yalan danışır, deyirlər mübahisə edir.
Bu nümunədə asindetonun imkanlarından cəsarətlə istifadə olunub. Burada bir-birindən fərqlənən həmcins üzvlər kifayət qədər qəribə sıra əmələ gətirir; fərqlənməyən həmcins üzvlər də (bir neçə dəfə təkrar edilən “deyirlər” sözü) bu sıraya daxildir.
Aydındır ki, bütün bu həmcins üzvlər arasındakı əlaqənin göstərilməsi üçün müxtəlif bağlayıcıların istifadəsi bir qədər çətinlik yaradardı, amma paraloqika bir sırada yalnız həqiqətən həmcins üzvlərin birləşdirilməsinə dair məntiqi qaydanı nəzərə almamaqla bu çətinliyi aradan götürür.
Sıra: çətirlər, alman kolbasası, kasıblar, pivə, mafiya… Hamburq; Başlayırsan, atırsan, peşman olursan, geri qayıdırsan, gecdir, hər şey keçib, yox olub…
12) (66) Polisindeton (yunancadan tərcümədə poly – çoxlu, güclü və syndetos – bir-birinə əlaqəli deməkdir) asindetonun əksi olan, daha doğrusu, bağlayıcıların çox olmasını nəzərdə tutan makrofiqurdur: onların sayı cümlədə lazım olandan da artıq olur. Aydın məsələdir ki, çoxlu bağlayıcıların işlənməsi də (xüsusən də polisindetonda olduğu kimi eyni bağlayıcıların təkrarlanması) sintaksis strukturun həmcins olmasını xüsusi olaraq nəzərə çarpdıran konstruktiv vasitədir.
Polisindeton kifayət qədər paradoksal fiqurdur. Elə təsəvvür yarana bilər ki, belə çoxlu sayda bağlayıcıların mövcud olması anlayış (həmcins cümlə üzvləri ilə bağlı olan hallarda) və kompozisiya baxımından (müxtəlif cümlə üzvləri ilə bağlı olan hallarda) sıranın həmcins olmasını təmin etməlidir. Amma bu vaxtından əvvəl nəticə çıxartmadır. Əgər bağlayıcıların müvafiq elementləri bir-birinə uyğun gəlməyə məcbur etdiyini xatırlasaq, onda bağlayıcıların fonunda onların bir-birinə uyğun gəlmədiyini daha aydın müşahidə etməyin mümkünlüyünü anlamaq çətin deyil.
Bağlayıcının köməyi olmadan bir-biri ilə əlaqələi olan anlayışlara (cümlələrə) qarşı hər hansı iddia irəli sürülmür. Eyni bağlayıcı vasitəsilə bir-biri ilə əlaqəli olan anlayışlara (cümlələrə) qarşı isə çoxlu iddialar irəli sürülür. Ən kiçik uyğunsuzluq belə diqqəti dərhal cəlb edir, buna görə də təkrarlanan bağlayıcıların çoxluğu bir-birinin ardınca gələn sintaksis hadisələrin semantik strukturunu xüsusilə aydın şəkildə göstərir.
Model: Bu da düzdür, o birisi də düzdür, ümumiyyətlə, hər bir şey anlaşılmazdır, hər şeyin düzgün olmadığı gözümüzə görsənir.
Nümunə: Xəstələr gəlir, həkimlər isə yoxdur, həkimlər isə tətil edirlər, tətillər isə, belə çıxır ki, xəstələrin əleyhinə yönəlib!
Bağlayıcıların köməyi ilə qurulan polisindetona nisbətən bağlayıcıların köməyi ilə qurulan polisindetona nisbətən ziddiyyət bağlayıcıların köməyi ilə qurulan polisindetona nadir hallarda rast gəlmək mümkündür, amma bununla belə polisindetonun axırıncı variantı da çox səmərəlidir.
Bu nümunədə bizim qarşımızda hər bir sonrakı elementin əvvəlki element ilə ziddiyyət təşkil etdliyi sıra iştirak edir ki, bunun da nəticəsində dairə yaranır. Bu nümunə faktiki olaraq bir ziddiyyəti – xəstələr ilə həkimlər arasındakı ziddiyyəti təsvir edir, amma bunu kiçik addımlar seriyası ilə həyata keçirir.
Normativ sintaksis qanunları belə zəncirlər sistemini istisna edir, amma, göründüyü kimi, bu qadağanın paraloqikaya aiddiyyatı yoxdur.
Sıra: Həm rəssam, həm varlı sifarişçilər, həm varlı sifarişçilərin dostları, həm də rəssamın həyat yoldaşı – hamı bu işdən məmnun oldular. Düzü, vicdan buna qarşı çıxır.
13) (67) Apokoynu (yunancadan tərcümədə apo -dan,
-dən və koinos – ümumi deməkdir) çox qədim fiqurdur. İlk vaxtlarda xüsusən səslərin təkrarlanması ilə bağlı olsa da sonralar ondan paraloqik, sintaksis vasitə kimi istifadə etməyə başladılar. Müasir dövrdə apokoyna adı altında elə xüsusi şəkildə qurulmuş sintaksis tam nəzərdə tutulur ki, burada eyni element eyni vaxtda iki qonşu cümlələrə məxsus olur və həm bir, həm də digər cümlə ilə heç bir əlaqə göstəricisi olmadan onlar arasında yerləşir.
Etiraf edək ki, bu fiqurdan gündəlik nitq praktikasında çox nadir hallarda istifadə edirlər, amma onu nəzərdən keçirmək faydalı olardı; qismən ona görə ki, qəzetlərdə və reklamlarda hələ də bu fiqurdan istifadə edirlər.
Model: Bu barədə artıq danışılıb dəfələrlə (bu barədə artıq danışılıb bu barədə)
Nümunə: Dəfələrlə danışılıb (ətir reklamı). Sonsuz olaraq təkrarlanan xoş iy, təkrarlanan sonsuz!
Normativ sintaksis qaydalar baxımından apokoynaya hansı iradların tutulacağı ümumiyyətlə, aydındır: sintaksis baxımından belə struktur mövcud ola bilməz, amma, göründüyü kimi, paraloqika buna əhəmiyyət vermir.
14) (68) Kiklos da (yunancadan tərcümədə kyklos – dairə deməkdir) eyni cümlədə eyni sözlərin təkrar edilməsini nəzərdə tutur, amma bu təkrarlanma müəyyən ciddi sxem əsasında həyata keçirilir. Cümlənin birinci sözü bu cümləni tamamlayan axırıncı söz kimi yenidən təkrar olunur.
Hər bir dairəvi konstruksiya kimi kiklos da tamamilə müəyyən semantik effektə malikdir: o, sözü əvvəlki şəkildə təkrar etmir, söz kontekstin təsiri altında artıq dəyişikliyə məruz qalır. Kontekstin təsiri altında, aydın məsələdir ki, söz hansısa əlavə məna kəsb edir. Təsadüfi deyildir ki, kiklosun ikinci adı prosapodosisdir (yunancadan tərcümədə – əlavə artım deməkdir).
Model: Əlasan, daha sözüm yoxdur, əlasan!
Nümunə: Tətil deyil hər nə ilə bitən tətil!
Bu nümunədə izlədiyimiz kimi, qısa bir cümlənin tərkibində kiklos təkrarlanan sözün mənasını bir qədər dəyişdirir. Kiklos kifayət qədər tez-tez gözlənilməz məna dəyişikliklərinə gətirib çıxarır.
Eyni sintaksis strukturun tərkibində leksik yeknəsəqliyə imkan verən paraloqika bu halda leksik yeknəsəqliyin heç də həmişə səhv olmadığını göstərir. Müəyyən məqsədlə bu “səhvin” üstün cəhətlərindən istifadə etmək olar: mülahizənin əvvəlində bir qədər səthi xarakter daşıyan leksik vahid mülahizənin tamamlanma məqamında gözlənilmədən daha “dərin” məna kəsb edir.
Sıra: Çıxın, vətəndaşlar, zəhmət olmasa, çıxın; Niyə bu düzgün deyil ki, deyin, niyə; zəhərlənmiş su - su deyil, zəhərlənmiş sudur.
15) (69) Homeotelevton (yunancadan homeo – xatırladan, telos isə – son, axır kimi tərcümə edilir) son zamanlara kimi gündəlik diskursda çox nadir hallarda istifadə edilən makrofiqurdur, çünki bu makrofiqur nəsrlə ifadə edilən nitq üçün səciyyəvi olmayan fiqur kimi qəbul edilirdi. Homeotelevton cümlənin ritmik şəkildə bir-biri ilə əlaqələnən hissələri arasında yaranan ibtidai (yəni başlanğıc halında olan) qafiyədir.
Reklamların inkişafı gündəlik diskursda qafiyələrə olan baxışın bir qədər dəyişilməsinə gətiriğ çıxarır. Belə hesab edirlər ki, əlavə olaraq səslərin təkrarlanmasından istifadə olunaraq qurulan reklam mətnləri daha yaxşı yadda qalır.
Homeotelevtondan qəzet sahəsində də istifadə edilir. Hər bir kəsə xas olan kiçicik qafiyələndirmə bacarığını artıq “poetik xüsusiyyət” kimi nəzərdən keçirmirlər. Beləliklə, ictimai şüurda şer (incəsənət növü və virşi (adi nitq praktikasının növü) arasındakı fərqi hiss etməyə başladılar.
Bu fərq hiss edildikdən, daha doğrusu, məlumatda qafiyənin mövcudluğu yüksək poeziyanın əlaməti kimi qəbul edilmədikdən sonra qafiyə gündəlik diskursun formalaşdırılmasının adi vasitəsi kimi çıxış etməyə başladı. Burada homeotelevtonun ritorik funksiyaları mühüm rol oynayır.
Model: (reklam). «Vaniş» - təmizlikdə incə iş!
Nümunə: (alman reklamı): “İmodium akut” nimmt man-und…
“İmodium akut”: qəbul etdim – və…” kimi tərcümə olunan bu reklam, hətta poeziyaya aid xüsusi istedadı olmayan alman da «gut”» sözləri ilə tamamlayar. Reklamın qarşısında duran məqsəd də elə budur. Reklamın bundan daha effektli olacağını gözləmək olmaz. Belə ki, imodium akut hər zaman lazım olan dərman deyil” (O, mədənin fəaliyyətini stabilləşdirir).
Praktiki olaraq heç bir faydalı informasiyanı özündə ehtiva etməyən (heç kim tərəfindən təsdiq edilməmiş müsbət nəticəni göstərməkdən başqa) məlumat məhz buradakı qafiyə baxımdan almanlara effektiv təsir göstərə bilər. Amma normativ sintaksis qaydalara görə gündəlik nitqdə qafiyələrdən istifadə arzu edilən hal deyil.
Sıra: dissident oldu prezident (Vatslav Havel haqqında); Buşun budları qəzir uzaqları (toyuq haqqında qəzet materialları).
Dostları ilə paylaş: |