Model: Mən sabah ad günü münasibətilə ona tapança bağışlayacam, sən isə – konfet.
Sıra: Sən – mənə, mən – sənə; qülüş – onlar yeni mətbuat xidməti ideyasını müzakirə edirlər.
19) (73) Parsellyasiya (fransızcadan tərcümədə parcelle – hissə deməkdir) hissənin tamdan ayrılmasını nəzərdə tutan fiqurdur. Bu fiqur nisbətən sonralar yaranıb, amma həddindən artıq maraqlı məna effekti sayəsində çox sürətlə və müvəffəqiyyətlə yayılıb. Bu fiqurun texniki tərəflərinə əsasən cümlənin ayrıca hissələri müstəqil və tamdan ayrılmış hissələr kimi nəzərdən keçirilir. Amma bununla belə aydındır ki, onlar müstəqil hissələr kimi mövcud ola bilməzlər, buna görə də onları durğu işarələri və ya intonasiya vasitəsilə ayırırlar.
Parsellyasiya üçün mühüm olan cəhət odur ki, beləliklə, tamdan ayrılmış cümlə üzvləri prinsipcə struktur baxımından da seçilməlidir, daha doğrusu, digər cümlə üzvləri ilə müqayisədə cümlədə az və ya çox dərəcədə “rahat” yerdə olmalıdır. Amma bu məsələ hər bir ayrıca sintaksis struktura nəzərən fərdi qaydada həll edilir və bu səbəbdən də burada ümumiləşdirmələr aparmaq olmaz.
Model: Gəl çıxaq. Sözün var.
Nümunə: Bu məsələnin həllini üç günə… iki günə… bir günə qədər də təxirə salmaq olmaz.
Bu nümunədə əslində bir fikir ehtiva olunur: Bu məsələnin həllini ümumiyyətlə, təxirə salmaq olmaz”. Bu mülahizədə nəzərdə tutulan fikir «hissələrə” bölünüb» və onlar ardıcıl olaraq ifadə edilib. Bu hissələrin zaman baxımından bir-birindən fərqlənməsi parsellyasiyanı həyata keçirməyə imkan verir.
Təbii ki, normativ sintaksis qaydaları belə strukturu məqbul hesab etmir: bu mənada o, ən yaxşı halda parsellyasiyanı potensial baxımından mümkün hesab edər, amma bununla belə onu istisna hal kimi nəzərdən keçirər. Paraloqika isə onu mətnin “lazım olan” fraqmentlərini xüsusi olaraq nəzərə çarpdırmağa imkan verən qaydalardan biri kimi nəzərdən keçirir.
Sıra: Mən onu gördüm! Hiss etdim! Başa düşdüm; Prezident gəldi ki, hər şeyi ayırd etsin. İşə müdaxilə etsin. Hər şeyi yoluna qoysun.
20) (74) Hiperbaton da (yunancadan tərcümədə hyperbaton – yeri dəyişdirilmiş deməkdir) ayrılmanı, amma daha açıq-aydın sürətdə ayrılmanı nəzərdə tutur.
Bu fiqur vasitəsilə cümləni təşkil edən hissələrdən biri onun sərhədlərindən kənara çıxarılır. Hiperbaton işarə təsiri bağışlayır: danışan sanki buraxılması hazır olmayan nəyi isə buraxdığını «xatırlayır”» və itirilmiş hissə vasitəsilə mülahizəni tamamlayır. Yeri gəlmişkən, bu hissə yalnız zahirən işarə təsiri bağışlayar bilər, əslində isə bütün bildirilənlərdən daha əhəmiyyətli ola bilər.
Hiperbatonun ritorik xüsusiyyəti də məhz bundan ibarətdir: “mötərizə xaricinə” çıxarılmış hissə o qədər də açıq-aydın sürətdə diqqəti cəlb etmir, amma bununla belə tam və onun hissəsi arasında çox zaman kifayət qədər qəribə semantik münasibətlər yaranır.
Model: Yeni kitablar və köhnələr.
Nümunə: And içirəm ki, mənim ayağım bir də bu evə dəyməyəcək. Səninki də.
Bu nümunə faktiki olaraq həm sintaksisə (müvafiq konstruksiyanın istisna edilməsi səbəbindən), həm də məntiq baxımından (anlayışın düzgün olmayan şəkildə bölünməsi səbəbindən) qadağan edilən paraloqik əməliyyatlar üzərində qurulur. Bununla belə hiperbaton güclü məna effekti yaradır.
Sıra: Eksponatlar illərlə arxivlərdə şəraiti bizə yaxşı məlum olan yerlərdə tozlanır. Və məhv olurlar.
21) (75) Tmesis (yunancadan tərcümədə tmesis daxil etmə, əlavə etmə deməkdir) tərkibində bütün elementlərin iştirak etdiyi sintaksis struktura (söz birləşməsinə, bəzən isə söz və ya cümləyə) daxil edilən elementi nəzərdə tutur. Beləliklə, tmesis heç də lazım olan daxiletmə deyil. Əksinə, bu boş yerin olmadığı məkana soxulan və sanki hər şeyə mane olan daxil etmə hadisəsidir. Bu səbəbdən də bəzən tmesisi “zəruri olmayan daxiletmə” adlandırırlar ki, bu zaman həm də məlumatın ritorik funksiyası baxımından bu “zəruri olmayan daxil etmənin” həddindən artıq zəruri ola bilməsi də nəzərdə tutulur. Belə ki, tmesis olmasa, məlumatın mənasından daha çox məlumatın danışan üçün lazım olan mənası itə bilər.
Əsas məsələ mülahizənin “əsas hissəsi” ilə tmesis arasında semantik cəhətdən maraqlı əlaqələr qurmaqdır. Tmesisin özünəməxsusluğu ondadır ki, praktiki olaraq tmesisə daxil edilmiş istənilən informasiya artıq bütövlükdə mülahizəyə nəzərən yerləşməsi səbəbindən hiss olunacaq müstəqillik əldə edir. Burada mühüm olan odur ki, müstəqillik yalnız sintaksis aksenti kimi çıxış etməsin, onu həm də məna aksentinə çevirsin.
Dostları ilə paylaş: |