Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə90/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   86   87   88   89   90   91   92   93   ...   107
Sıra: Birinci cümləyə mən «hə”» cavabı verirəm. İkinci cümləyə də mən «hə”» deyirəm. İndi mən üçüncüyə də «hə”» deməli olacam.

06) (60) Anadiplozis yunancadan tərcümədə ikiqat artı­rılmış deməkdir. Bu fiquru bundan əvvəlki hər iki fiqurun əksi kimi də qəbul etmək olar: Burada bir cümlənin axırı digər – qonşu cümlənin əvvəlində təkrar edilir. Anadiplozisi də məh­dudlaşdırılmış təkraretmələr qrupunda nəzərdən keçirmək prak­tik cəhətdən əlverişlidir.

Anadiplozis iki cümlənin bir-birində dəqiq əks olun­ma­sını nəzərdə tutur. Bu zaman isə faktiki olaraq bir-biri ilə o qədər də yaxın əlaqəsi olmayan iki mənanı bir-biri ilə əla­qələndirmək olar (analogiya qaydasını yenidən xatırlayaq): hissələr arasındakı struktur oxşarlığı asanlıqla onlar arasındakı məna oxşarlığına da gətirib çıxarır. Anadiplozisin bu xüsu­siy­yəti ritorika tərəfindən yüksək qiymətləndirilir.

Model: Sizə and verirəm. And verirəm ki, mənim bu işə atdtyyatım yoxdur.

Nümunə: Axırıncı şeyini yalnız axmaqlar kiməsə verə bilər. Yalnız axmaqların kiməsə verə biləcəyi qədər az şeyi olar.

Bu nümunə çox yüksək səviyyədə qurulmuş fiqura əsas­lanır. Burada həyata keçirilən anadiplozis çox zəngin se­mantik perspektivə malikdir. “Yalnız axmaqların kiməsə nəsə verməsi” cümlələrdə çox dəqiq şəkildə təkrar edilir, amma məna baxımından əslində bu hissələr bir-birindən fərqlənir: axmaqlar “ürəyinin genişliyi” səbəbindən axırıncı şeyini ki­məsə vermir, “həmişə kasıb olması” səbəbindən axırıncı şe­yini kiməsə verir. Məlumat aşağıdakı şəkildə başa düşülür: yalnız axmaqlar onlarda hər şeyin axırıncı olması səbəbindən axı­rıncı şeyini kiməsə verir.

Bu nümunədə anadiplozisin “yoluxdurma” qabiliyyəti yaxşı əks olunub: o, yalnız hissələrin oxşar olması səbəbindən bütövlükdə cümləni “oxşarlıq xəstəliyi ilə yoluxdura” bilər. Təbii ki, paraloqik əməliyyatı (qonşu konstruksiyaları”n qəs­dən bir cür qurulması) məntiqi baxımdan mühakimə etmək olmaz.

Sıra: Müttəhim, qalxın. Qalxın və buranı tərk edin; O, haq­lı deyil. Qəzəblənən hər bir kəs haqlı ola bilməz; Bizdə Yu­na­nıstanda olduğu kimidir. Yunanıstanda hər bir şey var.

07) (61) Simploka (yunancadan tərcümədə symploke – toxuma, hörmə deməkdir) özündə faktiki olaraq anafora və epiforanın sintezini əks etdirir. Bu bir-biri ilə çox yaxın əlaqədə olan cümlələrdəki təkrarın bir növüdür, amma burada onların həm başlanğıc, həm də sonuncu hissəsi təkrar edilir.

İlk baxışda bu fiquru asanlıqla paralelizm ilə qarışıq sal­maq olar. Amma bu həqiqətən yalnız ilk baxışda belədir. Əslin­də isə simploka ilə paralelizm arasında ümumi cəhətlər çox azdır. Paralelizm zamanı tam və dəqiq şəkildə söz yox, konstruksiya təkrar edilir: paralel strukturlardakı sözlər hə­mişə müxtəlifdir. Simplokaya gəldikdə isə onun köməyi ilə söz və yalnız bu səbəbdən də onun nəticəsi kimi konstruksiya təkrar edilir. Bununla belə konstruksiya tam şəkildə təkrar edil­məyə də bilər: aydındır ki, təkrar edilməyən orta hissə müx­təlif şəkildə strukturlaşa bilər.

“Toxuma”nı ən çox sevilən nitq fiquru adlandırmaq çə­tindir: Bu fiqurdan çox nadir hallarda istifadə edirlər. Sim­ploka – bu qrupa daxil olan fiqurların içərisində daha çox əyani təsir bağışlayan fiqurdur, buna görə də onun üzərində qurulmuş məlumat “həddindən artıq nizamlı”, daha doğrusu, bir qədər süni görünür. Gündəlik məişət nitqində simplokanı uğurla həyata keçirmək böyük məharət tələb edir. Onu elə həyata keçirmək lazımdır ki, o, həddindən artıq diqqəti cəlb etməsin.



Nümunə: Heç bir inqilab bizim ölkəni xilas etməyəcək. Heç bir uzunmüddətli islahatlar da onu xilas etməyəcək.

Bu mülahizədə simplokanın daşıdığı ritorik funksiya zəif də olsa öz əksini tapıb. Semantik cəhətdən bir-birinin əksi olan cümlələrin daşıdığı mənalar simploka vasitəsilə bir-birinə müncər edilib. Burada paraloqik cəhətdən istifadə edi­lən məntiq qanununa görə hökm və onun inkarı eyni zamanda həqiqət ola bilməz.

08) (62) Diafora (yunancadan tərcümədə diapherein – fərqləndirmək, parçalamaq deməkdir) özündə keçmişə müra­ciət etməni, daha doğrusu, indicə səslənənə doğru geriyə qa­yıt­manı əks etdirir. Amma bu geriyə qayıtma, yəni təkrar etmə mənanın dəyişdirilməsi, çox zaman gücləndirilməsi kimi təzahür edir.

Diaforanı çox zaman anadiplozis ilə dəyişik salırlar və bu heç də təəccüblü deyil. Belə ki, struktur baxımından onlar həqiqətən çox oxşardır. Amma struktur baxımından diafora ilə anadiplozis arasındakı oxşarlıq yalnız bir cümlənin sonuncu hissəsi digər cümlənin başlanğıcında təkrar edilərkən yaranır. Amma bu cəhət diafora üçün prinsipial əhəmiyyət kəsb etmir. Təkrar edilən struktur (söz, söz birləşməsi, bəzən isə cümlə) cümlənin istənilən yerində yerləşə bilər.

Diaforanı üç aspektdən təsvir etmək lazımdır. Birincisi, cümlələrin bir-birinə qonşu olması zəruri deyil: təkrarlanma (əvvəl səslənənə qayıdış) “bir qədər sonra”da həyata keçirilə bilər. Burada təkrar edilənənə kimi “əvvəl səslənənin” hələ yaddaşlarda qalması lazımdır.

İkincisi, diafora sadəcə olaraq təkrarı nəzərdə tutmur: bu­radakı təkrar yeni məna kəsb edir. Üçüncüsü, təkrar edilən struktur növbəti cümlənin başlanğıcında iştirak etmir, o, daha çox müstəqil qısa (və ya tam) cümlə kimi çıxış edir. Onun ardınca gələn növbəti cümlə onun yenidən mənalandırılması prosesini həyata keçirir.



Nümunə: Hamı soruşur ki, bu necə baş verdi: “Baş ver­di!” Bunun üçün demək olar ki, bütöv bir ömür sərf edilib.

Bu nümunədə diaforaya xas olan bütün əlamətlər öz əksini tapıb. Diafora həyata keçirilərkən çox zaman təkrar edi­lən struktur dırnaq içərisində yazılır, çünki belə təkrar ilkin nitq vahidinin ironik baxımdan yenidən mənalandırılmasını nəzərdə tuta bilər. Yeri gəlmişkən, qeyd edək ki, bəzən dia­foranı “dramaturgiya fiquru” da adlandırırlar: diaforadan dram əsərlərində çox tez-tez istifadə edilir; belə ki, o, iki bədii sü­rətin birgə yaradıcılığının nəticəsi kimi çıxış edir: onlardan biri digərinin replikasını (yəni nitqinin son sözlərini) təkrar edir.

Paraloqik baxımdan diaforanın əsasında duran məntiqi qaydaya görə düzgün qurulmuş məlumat ardıcıl olmalıdır: son­rakı fikir əvvəlki fikrə uyğun gəlməlidir.


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin