Нязяри вя практики риторика


§6.2.2.2. Destruktiv fiqurlar



Yüklə 3,92 Mb.
səhifə93/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   89   90   91   92   93   94   95   96   ...   107

§6.2.2.2. Destruktiv fiqurlar

16) (70) İnversiya (latıncadan tərcümədə inversio – yer dəyişdirmə deməkdir) sintaksis strukturun nizamını xüsusi ola­raq nəzərə çarpdıran əvvəlki fiqurlardan fərqli olaraq bütün diq­qəti “nizamlığa” cəlb edir.

İnversiya cümlənin tərkibindəki elə dəyişiklikdir ki, bu zaman konstruksiya bütövlükdə danışana lazım olan tərəfə «əyilmiş”» olur. Bu əyrilik cümlənin tərkibində onu təşkil edən hissələri, bir-bir onlar üçün “təbii” olan yerdən“ qeyri-təbii” olan yerə atılması yolu ilə təzahür edir.

Aydın məsələdir ki, nəyin isə təbii və ya qeyri-təbii olması nisbi xarakter daşıyır, daha doğrusu, paraloqik, məntiqi baxımdan biz bunu qiymətləndirə bilərik. Həm də aydındır ki, inversiyalı struktur tamamilə başqa təsir bağışlayır və bununla adi strukturdan fərqlənir. Onların məna imkanları sanki yeni­dən təzahür edir. Bu isə təəccüblü deyil: istənilən qeyri-adi struktur diqqəti nəyə isə cəlb edir.

Amma unutmaq lazım deyil ki, inversiya üçün (əslində istənilən destruktiv fiqur üçün) hər hansı sistemli sintaksis fon lazımdır: inversiya fonunda inversiya çətin ki, diqqəti cəlb etsin və lazımi qədər qiymətləndirilsin.

Model: Ağıllı fikir mən sizdən gözləyirdim, başa düşür­sünüzmü?

Nümunə: Xalqa imkan verin ki, sizi yaxından görsünlər, ey cənab xalq deputatları!

Bu nümunədə müəllif xüsusi olaraq diqqəti “xalq” sözünə yönəltmək istəyir və yeri gəlmişkən, bu məqsədlə “xalq depu­tat­ları” söz birləşməsindən də istifadə edir: xalq tərəfindən onun maraqlarını qorumaq üçün seçilmiş deputatlar xalqdan uzaq­laşmamalıdırlar. Fikir o qədər də orijinal deyil, amma da­nı­şığı düşüncələr sahəsindən duyğular sahəsinə köçürən inver­siya “ümidsiz vəziyyəti” yaxşı ifadə edir.



Sıra: Qələbəni o zaman Ağ evdə heç kim gözləmirdi; Axı, sürətlə bizim gözlərimizin qarşısında dəyişir həyat!

17) (71) Anastrofa (yunancadan tərcümədə anastrophe – çevriliş deməkdir) çox zaman inversiyanın bir növü kimi nə­zər­dən keçirilir. Bu o qədər də dərin olmayan inversiya, qonşu sözlərin yer dəyişikliyini nəzərdə tutur. Bu fiqurun semantik cəhətdən o qədər də zəngin olmamasına baxmayaraq, bəzi hal­larda onun həyata keçməsi prinsipial xarakter daşıyır. Məsələn, bu zaman sabit söz birləşməsi həddindən artıq konkret (situa­tiv) məna kəsb edə bilər (məsələn, aşağıdakı iki mülahizənin mənasını müqayisə edək: «Sizdən xahiş edirlər ki, qabağa gedəsiniz!» (Əgər geriyə getsəniz, bu qəribə təsir bağışla­ya­caq) və «Qabağa getməniz xahiş olunur»” (nə vaxtkı ki, siz geriyə gedirsiniz)).

Beləliklə, normativ sintaksis qaydalarını “bir qədər po­zan” anastrofa söz birləşməsinin və ya bütövlükdə cümlənin mə­na­sını ciddi şəkildə dəyişdirə bilər. Buna görə də anastro­fanı inversiyanın bir növü kimi deyil, ayrıca fiqur kimi bəhs etmək lazımdır.

Model: Nə olub, qız kimisən lap!

Nümunə: Konsern başçısı sevir çox, onu tənqid edəndə.

Anastrofanı (sevir çox) normativ söz birləşməsi ilə («se­vir çox»”) müqayisə edərkən firmanın başçısının əslində tənqi­də necə münasibət bəslədiyi aydın olur. Adi struktur ilə bu söz birləşməsi az da olsa, firmanın başçısının tənqidə pozitiv ya­naş­ması ehtimalını yarada bilər. Anastrofa isə bu ehtimalı ta­mamilə yox edir və mülahizənin ironik məqsədini dərhal nə­zərə çarpdırır.



Sıra: Yeni onun filmi – adicə çəynənən saqqızdır; podiumda geyinən paltar hamam xalatını xatırladır – yaxasında unudulub paltar sancağı.

18) (72) Ellipsis (yunancadan tərcümədə elleipsis – çatmama, əskik gəlmə və ya buraxılmış yer deməkdir) daha bir destruktiv fiqurdur. Bu fiqur mülahizənin bir sıra fraqment­lərinin “yox olmasını” nəzərdə tutur. Amma fraqmentlər asan­lıqla bərpa oluna bilərlər. Adətən bir-iki söz buraxılır, amma prinsipcə daha iri sintaksis bloklar cümlənin sərhədlərindən kənarda qala bilər: bu halda minimum cümlə üzvləri əsasında çoxlu sayda mənanı bir yerə yığmaq üçün bir “çərçivə” kifayət edir.

Təbii ki, ellipsin ritorik funksiyası məhz bu mənaların sayı ilə müəyyən edilir. Məsələ belədir ki, sintaksis ellipsisin bir neçə növünü nəzərdən keçirir.

Həm də nəzərə almaq lazımdır ki, ellipsisin konstruk­siyası bəzən kontekstin köməyini də tələb edir.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin