Oğul sözlərimə yaxşı qulaq as



Yüklə 281,08 Kb.
səhifə30/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   56
Şair Bicolu Abdulla
Bicolu şair Abdulla XIX əsrdə yaşayıb yaratmışdır. O, coşğun təbə malik, öz dövrü üçün səciyyəvi şeirlər qoşan el sənətkarlarından biri olmuşdur. Şair indiki Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Yusiflilər tayfasının əsasını qoyan Yusifin kötükcəsi Qurbanın oğlu, Soltanın nəticəsidir. Xalq arasında Abdullanı "Şair Abdulla", "Qurbanoğlu Abdulla" da çağırırmışlar. Lakin şeirlərini ya "Abdulla", ya da "Bicolu Abdulla" kimi adla yazmışdır.

Abdulla Şirvan xanı Mustafa xanla yaxınlıq etmiş, hətta bir müddət onun sarayında yaşadığı və bir sıra səfərlərdə Şirvan xanın müşayət etdiyi, bəzən isə Şirvan xanının müxtəlif xanlıqlara gedən nümayəndə heyətinə rəhbərlik etdiyi də rəvayət olunur. Deyilənə görə Qarabağ xanının - qızının toyunda Abdulla Şirvan xanının səlahiyyətli nümayəndəsi kimi iştirak edib. Son dərəcə qiymətli ziynət əşyalarını Şirvan xanının adından ağaya təqdim etmişdir.

Bicolu Abdulla uzun bir yaradıcılıq yolu keçmişdir. Onun şeirlərinin, demək olar ki, hamısı itib-batmışdır. Əldə olan şeirlər də ağızdan-ağıza keçərək şairin nəvə və nəticələrinin yaddaşına həkk olunmuşdur. Bu şeirlərdə dövr, zəmanə, insan haqqında düşüncələr, yeri gəldikcə bunlara münasibət ifadə olunmuşdur. Abdullanın şeirlərindən biri "Dünya" haqqındadır. Əlinə qələm alan bütün şairlər dünya haqqında şeir yazıblar. Həyatın məhək daşı, insan münasibətlərinin və talelərinin ən amansız hakimi, məhəbbətin və nifrətin, səmimiyyətin və ülfətin, qəzəbin, kinin və küdurətin şahidi olan bu dünya ağlı az-çox kəsən, duyan, düşünən hər bir bəşər oğlunun, söz sahibinin diqqət mərkəzinə olub, onu vəsf də ediblər, tənqid də, alqışlara da rast gəlinir, qarğışlara da.

Abdullanın "Dünya" haqqındakı şeirinin konkret obyekti var. Şairin düşüncələrinin sap düzümündə gördüyü, müşahidə etdiyi bir hadisənin, faciənin təsiri olub. Xatirini dünyalar qədər istədiyi elin-obanın yaraşıqlı gəlininin qəflətən vəfatı şairin üsyankar təbini yerindən oynadır. Səhər-səhər obaşdan işə gedən şairin urcahına çıxan bu gözəl şairə yaxşı yol arzulamamışdır, indi ikindi çağı isə şair onu qəbir evinə yola salmağa hazırlaşır. Yer də, göy də Hürünün vəfatı üçün ağlayır, şair də ağlayır:


Fani dünya sənə yoxdu etibar,

Sənə gələn neçə canlar gedibdi.

Kimini yoxsul etdin, kimini varlı

Əhli təqva müsəlmanlar gedibdi.


Hanı Cahanbəxş, hanı de Bürcü

Eşqin atəşinə yandırma bizi.

Məğribdən Məşriqə atardı gürzü

Rüstəmi-Zal kimi pəhləvanlar gedibdi.


Bicolu Abdullayam, demərəm yalan,

Dəryada balığın xəracın alan

----------- götürüb tufan aparan

Taxt üstündən Sülyemanlar gedibdi.


Diqqət yetirilərsə görünür ki, Abdulla Hürünün vəfatı üçün nə qədər iztirab keçirirsə də, bunu dünyanın vəfasızlığı ilə bağlayırsa da, eyni zamanda həyatın gedişatının dinməzliyi kimi qəbul edir. Amma Cahanbəxşdə, Bürcü də, Süleyman peyğəmbər kimi tarixi şəxsiyyətlər də dünyada bir can borcludurlar, Hürü də!.. Və Hürü də vətən torpağının artması naminə torpağa qovuşur. Çünki torpaqdan yaranan torpağa qovuşmalıdır. Lakin ölümü və ömrü ilə ölümsüz misraların yaranmasına səbəb olan ellər gözəli əbədi ömür qazanıb. Həyatda yaşamaq budur. Nə qədər Abdullanın şeiri xatırlanacaqsa, o qədər bicolu Hürünün gözəlliyi, taleyi qəfil ölümü xatırlanacaq və rəhmətlə yad olunacaq.

Bicoda, ümumiyyətlə, o dövrdə Şirvan mahalında baş verən bütün hadisələrə, hətta məişət, xırda məsələlər belə Abdullanın nəzərindən yayınmır. bütün Azərbaycan miqyası üçün əhəmiyyətli hadisə – Seyidəhməd Haraminin cəsarəti və fəaliyyəti də onun diqqət mərkəzindədir, bicolu pəhləvan Hacı Bəkirlə ləzgi Kərimin qurşaq tutması da. Bunlar hamısı istedadın miqyasını müəyyən edir. Adicə həyat materialından şeir üçün mövzu götürmək, adi həqiqətləri poetik yüksəkliyə qaldırmaq istedadın böyüklüyünə dəlalət edir.


İki nərgiz soltan güştə çıxmışlar,

Onlar bir-birini atar qıjhı-qıj.

Dəryada sədəflər ağzın açmışlar

Abi-leysan göydən tökər qıjha-qıj.


Göydən yerə endi ayətül-quran

Muradını versin qiblədə duran

Biətin üstündə kafiri qıran

Əli Zülfiqarın çəkər qıjhı-qıj.

Ay Abdulla, sinən niyə ağardı,

Vaxtın yetişdi,ömrün azaldı.

Vədən tamam oldu, yarpaq saraldı,

Əsər badi-səba tökər, qıjha-qıj.


Qüvvət və güc mülkünün pəhləvanı ilə söz mülkünün pəhləvanı üzləşib. İki pəhləvanın bir-birinə gəldiyi fəndlər, özünü XIV əsr Şirvanında şeirləri ilə, söz-söhbəti ilə tanınan şair təsirləndirir, söz mülkünün pəhləvanı təkliyi, tənhalığı, gücsüzlüyü hiss edir, ölümün uzaqda olmadığını duyur, həyatın heçliyi- puçluğu haqqında kədərli bir nəğma oxuyur.

Axırıncı beytdəki peyzaja fikir verin:


Nə qədər ustalıqla çəkilmiş bir lövhə...

"... yarpaq saralıb, əsər badi-səba tökər, qıjha-qıj."


Ömrün payızında sabah yeli dəyən yarpağın yerə düşməsi nə qədər təbii və doğru, ustalıqla verilib.

Təəssüf ki əlimizdə Abdullanın sevgi, məhəbbət şeirləri yoxdur. Onlar zaman-zaman itib-batıb, başı minbir müsibətlər görmüş bicoluların yaddaşında qalmayıb.

Layin şeirlərindəki ayrı-ayrı misralar sübut edir ki, şair böyük eşqə, sevgiyə layiq ürək sahibi imiş. Onun çox çətin növdə – dodaqtutmaz növündə yazdığı şeirində bunun şahidi oluruq. Burada "Hicran kəllahına sariban olan, Hümməti-Rəsulun qulu, eşqə, dərdə pasiban, mərifətdə pəhləvan Abdullanın" hissləri çox məharətlə verilib.
Titrəmə çəkmişəm, qızdırmalıyam,

Cismim lərzə gələr, zəban edər: - Tru!

Hicran gəllahına sarvan olmuşam,

Neçə mərəkədə eyləmişəm: - Tru!


İstəyirəm hünərimi göstərəm

Hümməti-Rəsulun qulu Heydərəm.

Yenicə yetişmiş bir əsrik pərəm

Deyərəm xətibə mən eylərəm: – Tru!


..... Nərman, cəngi, qəhrəman.

Mərifətdə Abdulladır pəhlivan

Eşqə, dərdə, qəmə odum pasiban.

Meydani-əlada söyləmişəm: – Tru!


Şeirin axırıncı bəndindəki birinci misra təəssüf ki, orijinaldakı kimi deyil, təhrif olunmuş şəkldə bizə çatıb.

Şairin çox mürəkkəb formada yazdığı şeirlərindən biri də "Ha-ha-ho" şeiridir. Abdulla bu şeirdə də, digər şeirlərində olduğu kimi, qisimlənmədik biliyə malik olduğunu, dünya insan haqqında dərin fəlsəfi düşüncələrə malik şair kimi çıxış edir, bəşər tarixi onun ən parlaq nümayəndələri Adəm peyğəmbər, dünyada zülmün, əziyyətin zirvəsi olan Həllac Mənsur həyatı haqqında fikirlər söyləyir.


Həzrəti Adəmə bir hey verildi

Yetmiş iki millət eylər: «ha-ha-ho»,

Bir palişah qail olsa yerində

Ovçusu müjgahı eylər: «ha-ha-ho».


Qatır harda, şütür handa, ov handa,

Ov titrəşər ovçu ovun atanda.

Həllac Mənsur bu dağlara yatanda

Toxmaq dəyər, giriş eylər: «ha-ha-ho».


Ay Abdulla, bu dünyadan dur yeri

Qiyamətdə çalınanda sur, yeri…

………………………………….

Şairin əldə olan şeirlərlə yaxından tanış olanda hiss edirsən ki, o dövrünün heç bir siyasi-ictimai hadisəsinə biganə qalmamışdır, təkcə Biconun və onun yaxınlığında yerləşən kəndlərin deyil, eyni zamanda, bütün Şirvan mahalında baş verən hadisələrə özünün fəal münasibətini bildirirdi.

Məlumdur ki, XVIII-XIX əsr Rusiyada, onun ucqarlarında kəndli hərəkatının gücləndiyi bir dövrdür. Hələ XVIII əsrdə Azərbaycanda xanlıqlar dövründə ictimai zülm həddi ziyada çox idi və təbii olaraq bu da o zamanın siyasi həyatında mühüm rol oynayan amillərdən biri kimi diqqəti cəlb edir. Zülmün, əzabın artdığı əyalətlərdən biri də Şirvan xanlığı olmuşdur. Məsələn, belə rəvayət edirlər ki, Bicoda xanlıq zülmünə qarşı çıxan bicoluların qarşısını almaq üçün xan onların nisbətən fəallarına tutdurur, onların qol-qıçlarını bağlatdırır və onların üstündən vəl qoşulmuş atların və öküzlərin sürülməsini əmr edir. Öldürülənlərin birinin bu məşum hadisədən sonra oğlu olur. Həmin uşağa bu hadisəni lap körpəlikdən başa salırlar və düşmənə, mövcud quruluşa qarşı intiqam ruhunda tərbiyə edirlər. Uşağın adı Seyidəhməd olur. Seyidəhməd böyüyür, boya-başa çatır, Şirvan xanına qarşı fəal mübarizəyə başlayır. Bütün bunlar Abdullanın həyatı ilə eyni vaxta düşmüşdür.

Abdulla Seyidəhməd Haramiyə (Seyidəhməd Haramı ləqəbi ilə tanınırdı. Harami Bico yaxınlığındakı dağın adıdır) iki şeir həsr etmişdir.


Bir yerin Rəncbərdi, bir yerin tağlı

Durursan pusquda yarlı-yaraqlı.

Düşməni edirsən qolları bağlı

Ellərin igidi, xanı, haramı.


Sınıq körpü nərəsindən oyanar,

Hay vuranda sıra-karvan dayanar.

Qoç igidi xalqı daima yanar

Xalqın canı, xalqın qanı haramı.


Abdulla söyləsin təriflər sənə

meydana girəndə meydan öyünə.

Bico igidinə, Bico soyuna

Şöhrətlər yaratmış hamı haramı.


Şair Abdullanın ikinci şeiri haramı Seyidəhmədin vəfatı münasibətilə yazılmışdır. Bu şairin xalq qəhrəmanının ölümü münasibəti ilə yazdığı rekviyev təsiri bağışlayır:
Haramının igidliyi, sorağı,

Təsadüfi deyil, bil olacaqdır.

Seyr edirəm, gəzə-gəzə öylağı

Bu çöl-çəmən qəmdən bil solacaqdır.


Yalda basdırdılar öz gediyində

Dikdə asdırdılar, öz seçdiyndə.

Nə qədər ki, dürür öz keçdiyində

Ellərə umudgah, sığınacaqdır.


Şeirim ağlar, elimizin könlündən

Dağlar ayrılarmı öz sevdiyindən

Bicolu Abdullanın heç vaxt dilində

Haramı çıxmacaq, bil qalacaqdır.


Şirvan dünyanın ən qədim tarixə və mədəniyyətə malik insan məskunlarındandır. Həm 2500-3000 il bundan əvvəl Şamaxı, Qəbələ, Şabran kimi şəhərlər olub bu vilayətdə. Şəhər varsa, deməli, şəhər mədəniyyəti var, hələ tərəkəməçilikdən, kəndistanlıqdan şəhər həyatına, sənətkarlığa qədər təkamül dövrü keçilmişdir. Bunu təsəvvürə gətirmək belə çox çətindir. Həyat var, onun qayğıları, qayda-qanunları var. Qonaqpərvərlik Şirvan camaatının canında-qanındadır.

Şair Abdulla da Şirvan camaatının qonaqpərvərliyini tərənnüm etmiş, aşağıdakı yığcam, mənalı şeiri yazmışdır.


Bizim elin adətidir

Qonaq saxlar, qədrin bilər,

Öz elinin hörməti üçün

Qonaq saxlar, qədrin bilər.


Edər əlindən gələni

Saxlayar qədrin biləni

Bizim diyardan ötəni

Qonaq saxlayar, qədrin bilər.


Abdullayam, el ustadı

Sözlərimin dildə dadı

Bizim ellərin övladı

Qonaq saxlayar, qədrin bilər.


Ulu Şirvan Azərbaycanımızın elə guşələrindəndir ki, burada müxtəlif xalqların nümayəndələri yaşayır. Rus da var, erməni də, ləzgi də var, tat da.

Bico erməni kəndləri ilə qonşudurlar.

Biconun şimalında Alpout, Kərkənc, Mədrəsə, Kalaxanı, Xankənd kimi erməni kəndləri var idi. Düzü, o kəndlərin erməni kəndləri olmasına mənim şübhəm var. Çünki onlar vaxtilə Alban Dövləti dövründə xristianlığı qəbul etmiş azərbaycanlılardır. Sonradan müxtəlif səbəblər üzündən erməni kimi formalaşmışlar. İndi mən bu sətirləri yazdığım vaxt artıq o kəndlərdə Ermənistandan qaçıb gələnlər və Özbəkistandan qovulan türklər yaşayır. Alpout - o Alban dövlətinin ənənələrini və toponimini özündə yaşadan bu kənd isə 1918-1920-ci illərdə məhv oldu. İzi yer üzündən itdi.

Bicolular uzun illər o erməni dediyimiz zümrə ilə sıx əlaqədə olublar.

Abdulla da Mədrəsəli Xaçaturla çlx yaxın dost olmuşlar. Mən bunu mədrəsəlilərdən də eşitmişəm, bicolulardan da. Abdullanın Xaçaturla deyişməsi xalq arasında rəvayət kimi gəzir.

Belə rəvayət edirlər ki, bir gün Bicoya aşıq gətirirlər. Abdulla gəlir görür ki, bir erməni aşığı məclis aparır. Yaxınlaşır, salam verir ki:

– Salam əleyküm, ey ağası kim?

Aşıq başa düşmür, elə bilir ki, Abdulla onu ələ salır. Ona cavab qaytarır. Abdulla ona deyir ki, sən bu hünər və mədəniyyətlə aşıqlıq etmə. Mən sənə sual etdim ki, sənin ağan, yəni müəllimin, ustadın kimdir? Sən isə bunu başqa cür başa düşdün. Xaçatur hiss edir ki, səhv edib, onunla söhbət edən qeyri-adi adamdır. Dolandırıb onu. Odur ki, qarşısında diz çöküb, camaat qarşısında üzr istəyir. Bundan sonra onlar deyişirlər. Belə deyirlər ki, Xaçatur Abdullaya yazıb göndərir ki,bəs, ay Abdulla, mənim üçün bir öküz al, nə boz olsun, nə qonur, nə çal, nə ala, ümumiyyətlə, heç bir rəngdə olmasın.

Abdulla cavabında yazır:

– Öküz hazırdır. Tövlədə yatır. Sən də nə birinci, nə ikinci, nə üçüncü, ümumiyyətlə, həftənin heç bir günü gəlmə.

Başqa bir rəvayətə görə xaçatur yazır ki:

Arandasan tut göndər

Moruq göndər, tut göndər.

Bar vermiəyə ağacdan

Dərilməmiş tut göndər.
Abdulla cavabında yazır ki:

Yaylağdasan yağ göndər,

Pendir göndər yağ göndər.

Sağılmayan düyədən

Çalxanmamış yağ göndər.
Onların toyda deyişmələri də məlumdur:


Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin