Boyun adı
|
Mənası
|
Ət qismi
|
Onqonu
|
1.Qayı
|
möhkəm
|
sağ qarı
yağrın
|
şahin
|
2.Bayat
|
dövlətli və
neməti bol
|
“-----“
|
“----“
|
3.Alkaravlı
|
haraya varsa,
başarı göstərər
|
“----“
|
“----“
|
4.Qara ivli
|
qara otaqlı
|
“----“
|
“----“
|
Ay xan oğulları
|
5.Yazır
|
çox ölkəyə hakim
|
aşuqlu
|
qartal
|
6.Döyər
|
toplamaq üçün
|
“-----“
|
“-----“
|
7.Dodurğa
|
ölkə almaq və
xanlıq etmək
|
“-----“
|
“-----“
|
8.Yaparlı1
|
2
|
“-----“
|
“-----“
|
Yıldız xan oğulları
|
9. Avşar
|
çevik və vəhşi hey-
van ovuna həvəsli
|
sağ umaca
|
dovşancıl
|
10.Qızıq3
|
qüvvətli,
yasaqda ciddi
|
“-----“
|
“-----“
|
11.Bəgdili
|
böyüklər
kimi əziz
|
“-----“
|
“-----“
|
12.Qarqın
|
çox və
doyuran aş
|
“-----“
|
“-----“
|
ÜÇ-OXLAR
|
Göy xan oğulları
|
13.Bayandır
|
daima nemətlə
dolu olan yer
|
sol qarı
yağrın
|
sunqur
|
14.Beçənə1
|
iyi çalışar,
qeyrət göstərər
|
“-----“
|
“-----“
|
15.Çavuldur
|
şərəfli, ünü
yayqın
|
“-----“
|
“-----“
|
16.Çəbni
|
harda yağı görsə,
dərhal savaşar
|
“-----“
|
“-----“
|
Dağ xan oğulları
|
17.Salur
|
haraya varsa,
qılınc və çomağı
iş görər
|
ucayla
|
uç
|
18.Eymür
|
son dərəcə iyi,
zəngin
|
“-----“
|
“-----“
|
19.Ala yuntlı
|
heyvanları iyi
|
“-----“
|
“-----“
|
20.Ürəgir
|
daima iyi iş və
düzən qurucu
|
“-----“
|
“-----“
|
Dəniz xan oğulları
|
21.Yigdir2
|
iyilik, böyüklük,
igidlik
|
aşuqlu
|
çağır
|
22.Bügdüz
|
hər kəsə təvazö
göstərər və
xidmət edər
|
“-----“
|
“-----“
|
23.Yıva
|
dərəcəsi hamıdan
üstün
|
“-----“
|
“-----“
|
24.Qınıq
|
harda olsa, əzizdir3
|
“-----“
|
“-----“
|
III. YAZIÇIOĞLUNDAKI OĞUZ BOYLARI SİYAHISI4
BOZ-OX QÖVMLƏRİ Kİ SAĞ QOLDURUR
|
Gün xan oğlanları ki dükəli oğlanların ulusudur
|
Boyun adı
|
Mənası
|
Sümük
|
Quş
|
Əvvəl, qayı
|
yəni möhkəm
|
sağ qarı
yağrın
|
şahin
|
Duvum, bayat
|
yəni dövlətli
və neməti
|
“-----“
|
“----“
|
Sevvum,
alka övlı
|
yəni hər yerə
yürürlər
|
“----“
|
“----“
|
Çəharum,
qara övli
|
yəni evləri qara
|
“----“
|
“----“
|
Ay xan oğlanları ki II oğuldurur
|
Əvvəl, yazır
|
yəni çox vilayət
onun ola
|
aşuqlu umaca
|
qartal
|
Duvum, dögər
|
yəni yığılmaq üçün
bir yerə gələlər
|
“-----“
|
“-----“
|
Sevvum,
dodurğa
|
yəni mülk tutmaq,
hökm etmək
|
“-----“
|
“-----“
|
Çəharum,
yaparlı
|
yəni....... 1
|
“-----“
|
“-----“
|
Yıldız xan oğlanları ki
III oğuldurur
|
Əvvəl, avşar
|
yəni cüst calaq və
ava və canavara
və quşa həvəsli
|
sağ umaca
və adlu
|
dovşancıl
|
Duvum, qızıq
|
yəni qüvvətli və ya-
saqda cidd-cəhd
edən
|
“-----“
|
“-----“
|
Sevvum, bəgdili
|
yəni bəylər
sözü əzizdir
|
“-----“
|
“-----“
|
Çəharum, qarqın
|
yəni ulu aş
və doyurucu
|
“-----“
|
“-----“
|
|
Göy xan oğlanları ki
IV oğuldurur
|
Əvvəl, bayandur
|
yəni həmişə bay
və nemətli ol
|
sol qarı
yağrın
|
sunqur
|
Duvum,
beçənə
|
yəni iyi dürüşücü,
yaxşı döyüşçü
|
“-----“
|
“-----“
|
Sevvum, çavındır
|
yəni namuslu
və iraq çavlı
|
“-----“
|
“-----“
|
Çəharum,
çəbni
|
yəni harda yağı
görsə, dərhal
savaşar və çarpar
|
“-----“
|
“-----“
|
ÜÇ-OX Kİ SOL QOLDURUR
|
Dağ xan oğlanları ki
V oğuldurur
|
Əvvəl, salur
|
yəni sal (v)ur, yəni
harda ki yetişsən,
qılınc və çomağın
rəvan olsun
|
ucayla adlu
|
uç quş
|
Duvum, eymür
|
yəni hədsiz
iyi, bay ol
|
“-----“
|
“-----“
|
Sevvum,
ala yundlu
|
yəni qısraqları ala
və iyi atlı
|
“-----“
|
“-----“
|
Çəharum, ürəgir
|
yəni həmişə iyilik
və ehsan edici
|
“-----“
|
“-----“
|
Dəniz xan oğlanları ki
VI oğuldurur
|
Əvvəl, iğdır
|
yəni iyilik, ululuq
və bahadurluq
|
aşuqlu
və qıç
|
çağır
|
Duvum,
büğdüz
|
yəni dükəlinə
təvazö
və xidmət edər
|
“-----“
|
“-----“
|
Sevvum,
yıva
|
yəni mərtəbəsi
dükəlindən üstün
|
“-----“
|
“-----“
|
Çəharum,
qınıq
|
yəni dükəlindən hər
yerdə bunlar əziz
ola
|
“-----“
|
“-----“
|
Təhrir dəftərlərində tez-tez «Oğuz» yer adına rast gəlmək mümkündur. Fərat və Adalar dənizi arasındakı sahədə bulunan bu yer adının (yəni Oğuzun) mühüm bir qisminin şəxs adları olduğu bilinir. Doğrudan da, XV əsrdə və XVI əsrin birinci yarısında oymaqlarda və kəndlilər arasında Oğuzun şəxs adı kimi işləndiyini bilirik. Digər türk qövmlərinin (qıpçaq, karluq, çigil, uyğur kimi) adlarına gəlincə, bunlar nadir hallarda müşahidə edilir. Bu sahədə aparılacaq tədqiqatın çox da sevindirici bir nəticə verməyəcəyini qəti bir şəkildə söyləyə bilərik.
Təhrir dəftərlərindəki oğuz boylarına mənsub oymaqlar 24 boydan 21-nin Anadoluya gəlmiş olduğunu göstərir. Tərtib edilən cədvəl bu xüsusu inamla təsdiq etməklə bərabər, buraya bir boyun adının da (qara-evli) əlavə olunmasının zəruriliyini göstərmişdir. Hətta Çarıklu və Çarıklar adlı kəndlər Kaşğaridəki çarukluğ boyu ilə əlaqədardırsa, 23-cü boyun da Anadoluya gəldiyini söyləmək mümkün olacaq. Kaşğarinin alka-bölük, Rəşidəddinin alkaravlı (şübhəsiz, alka-evli) şəklində xatırlatdığı boya aid hər hansı bir yer adı və ya təşəkkülə rastlamamaq onun Anadoluya gəlməmiş olduğunu ifadə etmir. Çünki bu boy Xəzərarxası türkmənləri arasında da görünmür. Əslində, Xəzərarxası türkmənlərinin meydana gəlməsində birinci dərəcəli rol oynamış salur, çavuldur (çavundur), karkın, iğdır və yazırlardan xüsusilə ilk dördü Anadoluda da öz varlığını qüvvətli şəkildə göstərmişdir. Hətta onlardan salur, eymür və karkınların Anadolunun məskunlaşmasında birinci dərəcəli və ya ona yaxın bir rol oynadıqlarını söyləmək mümkündür. Yenə Xəzərarxası türkmənlərinin təşəkkülündə fəal iştirak etmiş kayı, bayındır və bəydililərə gəlincə, onlardan kayının Anadolunun fəthində və məskunlaşdırılmasında ən mühüm rol oynadığı tərəddüd edilmədən söylənə bilər. Bayındırın da həmin ölkədəki yerləşmədə fəal iştirakı məlumdur. Bəydili boyu isə cədvəldə xeyli arxada-16-cı yerdə dursa da, həmin əsrdə Anadoluda ona mənsub köçəri və yarıköçəri qələbəlik təşəkküllərin yaşadığını görürük. Xülasə, bir boyun Xəzərarxası türkmənlərinin təşəkkülündə iştirakı onun Anadoluda öz varlığını qüvvətli şəkildə göstərməsinə mane olmur. Anadoluda digər boylara nəzərən daha zəif bir vəziyyətdə görünən peçeneq, yıva, bügdüz, dodurğa, kızık və ala-yundlulara mənsub oymaqlara Xəzərarxası türkmənləri arasında heç rast gəlmirik. Bu da şübhəsizdir ki, qədim zamanlardan bəri oğuz boylarının əhalisi arasında fərqlər vardı.
Cədvəldə ən çox yer adına sahib boy oğuzların ən əsas təşəkkülü olan kayılardır. Həmin əsrdə bu boya mənsub çoxsaylı oymaqlar da yaşayırdı. Kayının ardınca əfşar (avşar) gəlir. Bu boyun da XVI əsrdə Türkiyədə və bu ölkənin türk oymaqları baxımından davamı olan İranda mühüm oymaqlara sahib olduğu barədə sonra söhbət gedəcəkdir. Oğuz rəvayətlərində əfşarların da kayılarla bir vaxtda hökmdar yetirən boylardan biri, olduğu söylənir.
Əfşarlardan sonra səlcuqluların kınık boyu gəlir. Yetirdiyi böyük xanədanın idarəsi altında geniş bir bölgəyə yayıldığı ehtimal edilən kınıklara aid Anadoluda üçüncü yer tutacaq miqdarda yer adına təsadüf olunması təəccüblüdür.
Cədvəldə dördüncü yerdə eymürlər, beşinci yerdə karkınlar durur. Halbuki Mahmud Kaşğari bəzi xüsuslarda digər boylardan fərqləndiklərini və kalaç adını daşıdıqlarını söyləyərək karkını və digər bir boyu öz siyahısına salmamışdı.
Cədvəl üzrə daha sonra bayındır (altıncı yer) və salur (yeddinci yer) gəlir.
Tədqiqatların bu günkü səviyyəsində bütün türk-oğuz tarixində (eyni zamanda Anadolunun fəthi və məskunlaşdırılmasında) mühüm rol oynamış boylardan kayı, kınık, əfşar, bayındır və salurların ən əhəmiyyətli boylar olduqları anlaşılır.
Cədvəldəki yer adları ümumiyyətlə XII-XIV əsrlərdən qalma xatirələrdir. Bunların daha çox rastlandığı Anadolu sahəsi Fəratla Adalar dənizi arasındakı yerdir. Bu sahə səlcuqluların əsil yurdu ilə Danişmənd ölkəsini və uc türkmənləri tərəfindən fəth edilən Qərbi Anadolu və Mərmərə bölgəsini əhatə edir. Boyların hər biri ilə bağlı yer adları bu sahə daxilində səpələnmiş bir şəkildədir. Digər tərəfdən, hər bölgədə boylardan çoxuna aid yer adları kompakt deyil. Bu xüsus boylara mənsub obaların müxtəlif zamanlarda Anadoluya gəlməsi və buraya gəldikdən sonra siyasi və iqtisadi səbəblər üzündən yenidən parçalanmaya məruz qalması ilə əlaqədardır. Bununla bərabər, bəzi boyların bir bölgədə digərinə nəzərən daha qələbəlik halda yerləşmiş olduğunu cədvələ əsaslanaraq söyləmək mümkündür. İndi bunu göstərək.
Kayı: Sivas (8 yer adı), Kütahya (8), Kenqiri-Çankırı (7), Konya (6), Məntəşə-Muğla bölgəsi (6), Bolu (6), Kastamonu (6), Hamid-İsparta və Burdur bölgəsi (5), Amasya (4), Çorum (4), Ankara (4).
Bayat: Konya (7), Xudavəindigar-Bursa bölgəsi (4), Qara Hisari-Sahib-Afyon (4), Karasi-Balıkesir (4).
Qara-evli: Bolu (4), Kastamonu (2), Sivas-Tokat (2).
Yazır: Hamid (5).
Dodurğa: Bolu (7), Kastamonu (5).
Əfşar: Bolu (17), Kastamonu (9), Konya (9), Kütahya (5), Ankara (4), Qeysəriyyə (4).
Karkın: Sivas (8), Qara Hisari-Sahib (6), Saruxan-Manisa (5), Karasi (4).
Bayındır: Bolu (6), Hamid (5), Xudavərdigar (5).
Peçeneq: Ankara (4).
Çauldur (çavundur): Kastamonu (4), Konya (3), Sivas (3), Ankara (3).
Çəpni: Trabzon (yörə), Kastamonu (6), Bolu (5).
Salur: Sivas (9), Konya (9), Saru-Xan (4), Hamid (3).
Ala-yundulu: Ak-Saray (5), Saru-Xan (3), Sivas (3), Ankara (3).
Eymür: Xudavəndigar (10), Kastomonu (8), Sivas (7), Ankara (5), Kütahya (5), Çorum (4).
Əfşar: Bolu (17), Kastamonu (9), Konya (9), Kütahya (5), Ankara (4).
İğdır: Kastamonu (8), Təkə (6).
Bügdüz: Hamid (4), Kastamonu (3).
Kınık: Adana (yörə), Ankara (9), Kütahya (9), Sivas (8), Konya (5), Kenqiri (5), Qara Hisari-Sahib (5), Malatya (4), Karasi (4).
Oğuz boylarına aid bugünkü yer adlarına gəlincə XVI əsrdən bu yana bütün boyların yer adları azalsa da, bu xüsusda aralarında bəzən böyük nisbətlər müşahidə edilir. Məsələn, XVI əsrdə 29 yer adına sahib ala-yundlu boyunun Daxili İşlər Nazirliyinin «Türkiyədə məskun yerlər qılavuzu» kitabına görə ala-yundlu şəklində bu gün tək bircə yer adı qalmışdır. XVI əsrdəki 44 yürəgir yer adı əvəzinə həmin kitabda 9 və ya 10 («Yürəyil» şəklində) yer adı görünür. Kayı boyu da XVI əsrdəki 94 yer adından üçdə ikisini itirərək 25-ə düşmüşdür. Kınık isə 81 yer adından 35-ni itirmişdir. Əfşara gəlincə, XVI əsrdə bu boya aid 86 yer adı təsbit edilmişdir. Bu gün isə «Əfşar» və «Avşar» şəklində olmaq üzrə həmin kitaba görə 53 yer adı var.
Bu rəqəmlə əfşar indi birinci yerdədir. Ancaq bu yer adlarından bəzilərinin XVI əsrdən sonra yerləşən əfşarlara aid olduğu məlumdur. Bu gün həqiqi oğuz boylarına aid neçə yer adı olduğu bu sahədə aparılacaq əsaslı araşdırmalardan sonra bilinəcək. Aşağıda oğuz boylarını bir-bir araşdırmağa başlamazdan əvvəl diqqəti bir məsələyə cəlb etmək istərdik. O da XV və XVII əsrlərdə Anadoluda, hətta İranda da boylardan bir çoxlarının adlarının (əfşar, bayat, çavundur, salur, eymür, bayındır) Oğuz kimi daha ziyadə türk oymaqları arasında şəxs adı olaraq işləndiyinin müşahidə olunmasıdır. Bunun daha əvvəl də göstərildiyi kimi, Türkiyədə oğuzçuluq cərəyanı ilə əlaqədar olduğu aşkardır. Bu hal bizi tarixi həyatını izləyə bilmədiyimiz çox az əhalisi olan və oğuz boy adını daşıyan bir oymağın eyni adlı boydan olduğu barədə şübhəyə salır. Məsələn, XIII əsrin ikinci yarısının əvvəllərində Antalya-Dənizli tərəfindəki hüdud bəylərindən Salur bəy kimi1. Oğuz boy adını daşıyan bir şəxsin adını daşıdığı boya mənsub olduğuna dair mütləq hökm vermək doğru deyil, çünki belə bir şəxs o boydan olmaya bilər (necə ki, Bayındır adlı kürd bəyləri var). Daha çox Boz-ulus və Hələb türkmənləri kimi icmalarda oğuz boyuna mənsub bir oymaqda başqa bir oğuz boyunun adını daşıyan şəxslər olmuşdur. Məsələn, Boz-ulus və Yeni-eldəki əfşar oymaqları arasında Bayat, Salur adlı adamlar, çavundur oymağı arasında isə Bayat adlı şəxslər var. Eyni zamanda bunun tədqiqatları çətinləşdirə biləcək dərəcədə yayğın bir ənənə olmadığını da söyləyək. Mütəxəssis olmayanlara xatırlatmaq istədiyimiz bir xüsus da Osmanlı dövründə Anadoludakı kənd və şəhərlərdə yaşayan oturaq türk xalqının və oğuz boy adını daşımayan türk oymaqlarının da bəhs ediləcək bu 24 oğuz boyuna mənsub olduqları, onlardan çıxdıqlarıdır.
Bizim Osmanlı dövründə görəcəyimiz oğuz boy adlarını daşıyan təşəkküllər ancaq böyük və qədim oğuz boylarının adlarını hələ dəyişdirməmiş və ya yerləşməmiş qalıqlarından başqa bir şey deyildir.
Nəhayət, hər hansı bir oymağın yerləşdiyi bir yerə öz adını verməsinin də bir qayda olmadığını bildirmək istəyirik. Elatlar halında yörələrə yerləşmiş oğuz boylarına mənsub böyük təşəkküllərin belə yerləşdikləri yerlərdə öz adları ilə bağlı xatirə qoymamış olduqları da görünmüşdür1.
1. KAYI
Kayı boyu, göründüyü kimi, Rəşidəddinin siyahısında birinci yerdə durur.
Bu siyahı oğuz boylarının islamiyyətdən əvvəlki dövrdəki siyasi və ictimai mövqeləri əsas tutularaq tərtib edildiyindən kayıların siyahıda birinci olması onların bu baxımlardan (siyasi və ictimai mövqe etibarilə) oğuzların ən mühüm və əsil boyu sayıldığını göstərir. Kayılar oğuz hökmdarları yetirən beş boyun başında zikr olunduğu kimi, yenə Rəşidəddinin «Oğuzların tarixi» fəslində bir oğuz yabğu sülaləsinin də bu boya mənsub olduğu göstərilir1. Şübhəsiz, kayılar oğuzların ən qədim, ən köklü və ən şərəfli boylarından biri idi.
Yenə həmin fəsildə yazıldığı kimi2 müsəlman oğuz hökmdarı Əli xan dövründə Amunun (ehtimal ki, Ceyhunun) sol sahilində yaşayan və döyüşə 40.000 atlı çıxaran oğuzların başçısı kayıdan Qorqud bəy idi. Elə o fəsildə səlcuqlu ailəsinin Qorqud bəyin rəislik etdiyi bu oğuz elatından çıxdığı söylənir. Ancaq əsərlərdə bu boydan heç bəhs edilmir. Əvəzində XVI əsrdə yazılmış osmanlı təhrir dəftərlərində kayılara aid çoxlu yer adına və təşəkküllərə rastlanılır. Bir qədər əvvəl yazdığımız kimi, oğuz boylarına aid yer adlarını ehtiva edən XVI əsr dəftərləri üzərində apardığımız araşdırmaya görə tərtib olunan siyahıda bu boy 94 yer adı ilə birinci yeri tutur3. Şəbin Qarahisar və Kemaxdan başlayan bu kayı yer adları Muğla və Manisaya qədər yayılmışdır.
Kayı adlı oymaqlara gəlincə, kayılar bu xüsusda da ən çox təşəkküllərə sahib olan iki boydan (digəri əfşardır) biridir. Yer adlarında olduğu kimi oymaqlar xüsusunda da kayı ilə əfşar bir-biri ilə tən gəlirlər. Bu kayı oymaqları əfşar, bayat və digər bir çox boyun əksinə olaraq yörüklər arasında, yəni Anadolunun orta və qərb tərəflərində yaşayırdılar. İndi onları yaşadıqları bölgələrə görə tədqiq edək:
1. Atçəkən. Konya bölgəsindəki kayı oymağı atçəkən icmasına mənsub olub Larəndə (indiki Qaraman) qəsəbəsinin şimal və şərq tərəflərindəki torpaqları əhatə edən Bayburt qəzasında yaşayırdı. Bu oymağın II Bəyazid dövründə 260 evi, 343 nəfər vergi verən əhalisi, I Səlim zamanında isə 475 evi, 680 nəfər vergi verən əhalisi vardı. Digər tərəfdən, bu kayı oymağının bütün əhalisi sipahi uşaqları idi. Bəhs edilən dövrdə oymağın əlindəki əkinliklər, yəni becərdikləri yerlər (məzrə) bunlar idi: Yastı Üyük, Ərəncə, Arslanlu-Virani, İnlu-Virani, Bəstanlu, Günü, Qaraca Qaya, Kınık, Gəncək adlı əkinliklər. Axsaqlu oymağı isə qədim zamanlardan bəri yaşadıqları yurdları idi. Konya kayılarının 1547-ci ildə Kapanlar, Göy göy, İbrahim, Divanələr, Gəbəçilər və (bəlkə də) Kayı Hüyüyü adlı kəndlərdə yerləşdikləri bilinir1. Bu kayı oymağının yaşadığı zamanda Konya bölgəsində Kayı adlı 6 kənd vardı2.
2. Ankara. Göründüyü kimi, Ankara sancağında Kayı adlı 4 yer adı olmasına baxmayaraq3, əhalisi sıx bir kayı oymağı yoxdur. Bu adda Ankara yörükləri arasında çox kiçik bir oymaq vardı ki, o da Kayıcıq adlı bir kənddə yaşayırdı4. Bu Kayıcıq kəndi Ankara ilə Ayaş arasındakı Mürtəzaabad qəzasına bağlı Kayıcıq kəndi olmalıdır. XVI əsrdəki bu kiçik kayı təşəkkülünün qədim və olduqca böyük bir kayı oymağının qalığı olması ehtimalı var.
Dostları ilə paylaş: |