Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə92/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   88   89   90   91   92   93   94   95   ...   128
3. Qaracaqoyunlu (Aydın).

Aydın sancağında yaşayan qarasaqoyunlu icması arasındakı kınık oyma­ğı əhalisi çox az olan bir təşəkküldür. 37 vergi evi olan bu oymaq kınıklar adı­nı daşıyır. Onun 11 evlik alalar adlı kiçik bir obası da vardı. Elə həmin ic­ma arasında qonuqlar adlı bir oymağa da rast gəlirik. Bunun düzgün oxu­nuş şəkli konuk­lar olmalıdır. Ancaq dəftərlərin birində k açıq halda kəsrə ilə hə­rəkələnmişdir. Ona görə də kınık kəlməsi bir işdə xüsusiy­yəti nəticə­sində bu şəkli almışdır. Mən bu xüsusda yalnız k-­nın hərəkələnməsini nə­zərə al­dım.

Fateh dövründə biri 217, digəri 65 nəfərlik iki qol halında yaşayan kı­nık­ların XVI əsrdə yeni qollara ayrıldığı və müxtəlif yerlərdə yaşadığı mə­lum olur. Bu qollardan biri (56 ev) Tirə ət­rafında, digər bir qol da Tirəyə bağ­lı Məskənçi kəndində yaşa­yırdı. Kınıkların o biri qolları isə Ayasuluğ yö­rəsindəki Qar­cı­lar, Bəylik dərə, Uzunluca, Kilsə, Boz-Alan, Kiçik Kəd­fi­yə, Yeddi bərquş kimi kəndlərdə yerləşmişdilər1.

XVI əsrdə Anadoluda Səlcuqlu adlı bəzi oymaqlara və Səlcuq və Səl­cik şəklində yer adlarına və şəxslərə də rast gəlinir. Səlcuqlu adlı oymaqlardan bi­ri Tarsus bölgəsindəki kusun boyu­nun obaları arasındadır. 925-ci ildə (1519) bu oba 45 vergi evin­dən ibarət idi. Eyniadlı bir oymağa da Afyon-Qa­rahisar böl­gəsində rast gəlinir. Bu da 30 evdən ibarət idi. Üçüncü bir oy­maq da atçəkənlər arasındadır. Bu oymağın adı səlcuqlu şək­lində yazılır. Bu oymaqların da adlarının şəxs adlarından götü­rül­düyü şübhəsizdir.2




Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin