Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə91/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   87   88   89   90   91   92   93   94   ...   128
1. Hələb türkmənləri.

Bu türkmən icması arasında yaşayan kınık oymağı bir az əvvəl haqqında danışdığımız kınıkların Şimali Suriyada qalmış bir qismidir. Bu icma Qanu­ninin ilk səltənət illərində üç qola ayrılmışdı. Bunlardan Kırım Kətxudanın buyruğunda olan bi­rinci qolun 51, Həsən Kətxudanın idarəsindəki ikinci qolun 40, kəndxudası bilinməyən üçüncü qolun da yenə 40 nəfər vergi ödə­yən əhalisi olduğu məlumdur.

II Səlim dövründə kınıkların əhalisi bir mislinə yaxın arta­raq 254-ə çat­mışdır. Həmin dövrdə onlar tək bir kəndxudaya tabe idilər ki, bu da yuxa­rı­da adı çəkilən Kırım Kətxuda idi.

Kınıklar XVII əsrin ortalarına qədər əski yaşayışlarını da­vam etdirmişlər. Sultan İbrahim dövründə onların Rum (Sivas) vilayətində Aralıq-evi adlı bir yerdə yaşadıqları məlumdur2. 1104-cü ildə (1692/1693) Hama və Xümus san­caqlarında yerləşdirilən türkmən oymaqları arasında kınık-uşaq adlı bir oy­maq da vardır. Bu oymaq bəhs etdiyimiz kınıkların köçəri qalığı yaxud baş­qa bir oymaq idi3. Hama yörəsinə yer­ləş­dirilən bu oymağın 60 nəfərlik ki­­çik bir oymaq olduğu məlum olur4.



2. Ankara.

Ankara yörükləri arasındakı kınık oymağı 123 nəfər vergi əhalisi olan bir oymaqdır. Bu kınık oymağı Səfəri-Hisar (Sivri-Hisar) nahiyəsində yaşa­yır­dı5. Daha əvvəl də bir neçə dəfə işa­rə edildiyi kimi, Ankara oğuz boyla­rı­na and ən çox yer adları olan bölgələrin arasında birinci yer tutur. Bu yer ad­ları XII əsrdə şöhrətləri Xorasanadək yayılmiş qələbəlik bir türkmən ic­ma­sının yadigarı idi. Məhz bu yadigarlar içində kınık boyuna aid 9 kənd vardır.




Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin