Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə87/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   83   84   85   86   87   88   89   90   ...   128
2. Urmiya yıvları.

XII əsrin ilk rübündə qələbəlik bir yıva icmasının da Ur­mi­ya yörəsində yaşadığı məlumdur. Böyük ehtimala görə, onlar monqol istilası nəticəsində buraya gəlmiş Süleyman şah yıva­la­rı­nın ayrı bir qoludur. Qələbəlik olan bu yıvaların 10.000 atlısı vardı. Məhəmməd Nəsəviyə görə2, onlar Sultan Cəla­ləddini he­çə sayaraq, yollarda vahimə yaradır və hüdud ölkələrinə bas­qın­lar edirdilər. Bu səbəbə görə Cəlaləddin Axlatdan dönərək bunların üzərinə yürüş etdi. Yıvalardan bir çoxları öldürüldü və xeyli qənimət əldə edildi. Qo­yun sürülərindən ibarət olan və Mu­ğana aparılan bu qənimətin xəzinəyə aid olan qismi 30.000 dinar qiymətində idi3.

Bu hadisədən 623-cü ildə (1226) bəhs edən ibn ül-Əsir4 yı­vaların talan­çılıq fəaliyyətinə dair geniş məlumat vermişdir: Uşnu və Urmiya şəhərləri yıvaların əlində idi, üstəlik onlar Xoy şəhərindən də xərac alırdılar. Yıvalar Cəlaləddinin əvvəlcə gürcülərlə, sonra da Axlatın zəbt edilməsi ilə məşğul ol­masını fürsət sayıb, ticarət karvanlarını soymaqla yolların sakitliyini poz­muşdular. Bu arada Təbriz tacirlərinin Ərzrumdan Təbrizə gə­tirdikləri 20 min qoyunu da Təbriz yaxınlığında ələ keçirib gö­­tür­müşdülər.Yıvaların belə hərəkətlərinin artdığını görən Cə­­laləddin son səlcuqlu sultanı Toğrulun qızı olan arvadının xa­hişi ilə Axlatın mühasirəsindən əl çəkib yıvaların üzərinə yürüş etdi.

Yıvalar Cəlaləddinin Axlatdan əl çəkməyəcəyinə əmin ol­duqları üçün sərt dağlara çəkilməyərək öz yurdlarında qayğısız yaşayırdılar. Məhz belə bir şəraitdə Cəlaləddin onları çəmbərə saldı, çoxunu öldürdü, arvad-uşaq­la­rını əsir etdi, mal-qaraları­nın əksəriyyətini əlinə keçirdi5. Bu hadisədən 6 il sonra mon­qol­ların gəlməsi ilə əlaqədar onlar da Azərbaycandakı türkmən­lər kimi Qərbə getməyə başladılar.




Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin