Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR


Adana. XVI əsrdə bu bölgədə yaşayan qara isalu boyu arasında ey­mir ilyaslı adlanan çox kiçik bir təşəkkülə təsadüf edilir. 6. Söyüt



Yüklə 6,75 Mb.
səhifə59/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   55   56   57   58   59   60   61   62   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

5. Adana.
XVI əsrdə bu bölgədə yaşayan qara isalu boyu arasında ey­mir ilyaslı adlanan çox kiçik bir təşəkkülə təsadüf edilir.
6. Söyüt.
XVI əsrdə söyüt yörükləri arasında eymürlü adlı bir oymaq vardı. Bu oy­maq 59, 13 və yenə 13 vergi evi olmaq üzrə üç qo­la ayrılmışdı1.
7. Aydın.
Aydın yörəsindəki qaraca qoyunlular arasında eymirlər və Sarı Eymir oğlu İsa adlı iki oymaq vardı. Bunlardan eymirlər yaxud imirlər adını daşı­yan oymaq 111 nəfər, Sarı Eymir oğlu İsa oymağı isə 71 nəfər vergi verən əhalidən ibarət idi2.
8. İran eymirləri.
Səfəvi dövründəki əsas qızılbaş boylarından birinin zül­qə­dər (dulqədir) boyu olduğu məlumdur. Bu boyun adı onun Tür­kiyədəki dulqədir ulusundan ayrılmış bir qol olduğunu açıqca göstərir. Zülqədər boyunu meydana gətirən obalardan biri də eymür obası idi. Elə buna görə də eymür obası dulqədirli ulusu arasında gördüyümüz böyük eymür təşəkkülünün İrana gəlmiş bir qo­ludur. Təhmasib dövründəki zülqədər əmirlərindən İir Hüseyn bəyin eymür oba­sına mənsub olduğu məlumdur. Qa­nu­ni 942-ci ildə (1535-1536) Azər­bay­candan İstanbula qayı­dar­kən Vanı zəbt etməyə gə­lən Şah Təhmasib Qa­car Qara bəy­lə eymür Şir Hüseyn bəyi ön keşikçilər kimi qabağa göndər­mişdi3. Şah Abbas dövründə dulqədir əmirlərindən Kəlbəli Sul­tan ilə oğlu Xəlil Sultanın da eymürlərdən olduğunu bilirik4.
9. Xəzərarxası türkmənləri.
Eymürlərin mühüm bir qolu qərbə köçməyərək Manqışlaqda qalmışdı. Onlar da hər halda manqıtların istilası üzündən köh­nə yurdlarını buraxıb cə­nuba endilər. XVI əsrin sonlarına doğru biz eymürləri Gürgan və Ətrək bo­yunda yaşayan yaxa türkmənləri arasında görürük. Osmanlı sənədlərində də onlar yaxa türkmənləri adlanırlar. Onların əsasən göklən, ohlu (oxlu) və sa­lur­lardan ibarət olduqları məlumdur. Eymürlər əhali baxı­mından köklən və ohlulardan daha az idilər. Onların bir qismi Gurgan boyunda əkinçilik edirdi. Şah Təhmasibin ölməsi nəti­cə­sində baş verən daxili ixtilaf və çəkişmələr üzündən Asta­ra­bad bölgəsi səfəvilərin nəzarətindən çıxmışdı. Həmin dövrdə ey­mürlərin başçısı Əliyar bəyin bacarığı sayəsində yaxa türk­mən­lərinin di­gər qolları onunla hesablaşırdılar. Abbas hökmdar olanda çağatayların Asta­r­abad bölgəsini də əllərinə keçirmə­mələri üçün eymür Əliyar bəyi xan ün­vanı ilə Astarabad valisi təyin etdi.
Əliyar xan 1005-ci ildə (1596) öldü və Astarabad valiliyi onun oğlu Mə­həmmədyara verildi. Ancaq oxlu türkmənləri onu tanımadılar və çarpışma za­manı hələ 20 yaşı olmayan bu gənci öldürdülər (1007/1598). Bu səbəbdən Şah Abbas Məhəmməd­yarın qardaşı Qılınc bəyi Astarabada vali qoydu, an­caq o da ox­luları ram edə bilmədi. Məcbur qalan Şah Abbas Qacar Ziyad xan oğlu Hüseyn xanı Astarabada vali göndərdi, özü də həmin il Gurgana gəl­di. Bu bölgədə asayiş yaradan səfəvi hökmdarı geri qayıdanda eymür Qı­lınc xanı ailəsi və nökərləri ilə birlikdə paytaxta apardı. Eymürlər və salur­ların əyan-əşrəfi də Astara­bad hakimi Hüseyn xanın məiyyətinə daxil oldu­lar1. Hazırda Gürgan çayı sahilində eymürlərdən 200 evlik bir qrup yaşayır. Bunlar həmin eymürlərin qalıqlarıdır2.
19. ALA-YUNTLU
Bu boya aid XVI əsrdə 44 yer adına rast gəlinir3. Bunlardan başqa, hə­min əsrdə xüsusilə Orta və Qərbi Anadoluda bəzi ala-yuntlu oymaqları nə­zərə çarpır.


  1. Yüklə 6,75 Mb.

    Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin