Ekoloji təhlükəsizlik 44
yaradılmasını və ətraf mühitin qorunmasını tələb edir. Elm və
texnikanın inkişafı ilə bağlı olaraq XX əsrdə cəmiyyətin
təlabatı ilə təbiətin imkanları arasında təzadlar daha güclü
xarakter almışdır. Elm və texnikanın sürətli inkişafı, sənaye
istehsalatının güclənməsi, avtomobil nəqliyyatının sayının
artması, əhalinin şəhərlərdə cəmləşməsi və kənd təsərrüfatının
kimyalaşdırılması təbii sərvətlərin istismarını artırmaqla təbii
mühitə mənfi təsirlər göstərir. Nəticədə elmi-texniki tərəqqi
dövründə insanın təbiətə təsiri qlobal miqyas alır və bütünlükdə
cəmiyyət üçün təhlükə yaradır. İnsan fəaliyyətinin ətraf mühitə
mənfi təsirlərini təsəvvürümüzdə canlandırmaq üçün bəzi
misallara müraciət edək. Məsələn, sututarların çirkab suları ilə
çirklənməsi suyun sənayenin müxtəlif sahələrində istifadəsinin
artması ilə sıx bağlıdır. Texnoloji proseslərdə istifadə olunmuş
su müxtəlif zərərli maddələrlə (neft məhsulları, turşular,
fenollar, sintetik yuyucu maddələr, yağlar, üzvi birləşmələr və
s.) çirklənərək, sonradan sututarlara daxil olur. Orta gücə
(növbədə 50t süd) malik süd emalı zavodunun çirkləndirdiyi
suyun miqdarı əhalisi 15min nəfər olan qəsəbənin
çirkləndirdiyi suya ekvivalentdir.
Atmosferin müxtəlif zərərli maddələrlə çirklənməsi böyük
miqyas almışdır. Atmosfer çirklənməsinin əsas növü qazşəkilli
və tozvari yanma məhsullarıdır. Müxtəlif növ yanacaqların
yanması nəticəsində atmosferə bir ildə 150mln.t kükürd
anhidridi, 200mln.t karbon oksidləri, 50mln.t karbohidratlar,
53mln.t azot oksidləri və s. daxil olur. Ümumiyyətlə, Yer
atmosferinə bir ildə 2,5mlrd.t-a yaxın müxtəlif maddələr
buraxılır. Ətraf mühitə əhəmiyyətli dərəcədə təsir göstərən
amillərdən
biri
də
urbanizasiyadır(əhalinin şəhərlərdə
cəmlənməsi). Hazırda ölkəmizin əhalisinin 40%-ə qədəri
şəhərlərdə yaşayır və bu göstərici daim artmaqdadır. Elmi-
texniki tərəqqi və urbanizasiya prosesi insanların mədəni-