Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə23/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Əmək mühafizəsi 
34 
-
Nəmli mühitdə işləmə metodu:
Xüsusilə tozlu iş yerlərində tətbiq olunur. Əməliyyat 
mühitinin nəmləndirilməsi ilə tozun iş otağında ətraf mühitə 
yayılmasının qarşısı alınır. Bəzi iş yerlərində döşəmə, 
divarlar və texniki vasitələr tez-tez yuyulmalı və ya nəm 
parça ilə silinməlidir.
-
Havalandırma:
İş yeri və işin mahiyyətinə uyğun olaraq həyata 
keçirilməlidir. Yerli və ümumi olmaqla iki növü var.
-
İş yerinin planlaşdırılması:
Obyektin ünvanı bəlli olduğu zaman tutula bilinəcək peşə 
xəstəlikləri nəzərə alınaraq plan qurulmalıdır. Məsələn, 
virus infeksiyaları xəstəliklərinin müalicə üçün planlanan 
dispanserlər gün şüasının çox olduğu yerlərdə tikilməlidir 
və s. 
-
İş yerində zaman-zaman analizlər aparmaq:
Bəzi iş yerlərində görülən qoruyucu tədbirlərə baxmayaraq, 
təhlükələrin tamamilə aradan qaldırıldığını ehtimal etmək 
doğru deyil. Bundan əlavə, qoruyucu tədbirlərin 
effektivliyini müəyyən etmək üçün zaman-zaman müxtəlif 
analizlər aparmaq lazımdır. Bu təhlillər nəticəsində iş 
mühitinin 
sağlamlıq 
üçün 
əlverişli 
olub-olmadığı 
müəyyənləşdirilir. 
Peşə xəstəliklərinin ümumi təsnifatı aşağıdakı kimidir: 
Kimyəvi maddələrin səbəb olduğu peşə xəstəlikləri: 
-
Ağır metallar 
-
Aromatik və alifatik birləşmələr 
-
Qazlar 
Fiziki mənşəli peşə xəstəlikləri: 
-
Səs və sarsıntı 
-
Tozlar 
-
İsti və soyuq mühitdə işləmək 


Əmək mühafizəsi 
35 
-
Aşağı və yüksək təzyiqdə işləmək 
-
Radiasiya (ion və qeyri-ion) 
Bioloji mənşəli peşə xəstəlikləri: 
-
Bakteriyalar 
-
Viruslar
Psixi-sosial mənşəli peşə xəstəlikləri: 
-
Depressiya 
-
Manik-depressiv sindrom 
Peşə xəstəliklərinin əsas qrupları: 
A - Kimyəvi maddələrin yaratdığı peşə xəstəlikləri 
B - Peşə-dəri xəstəlikləri 
C - Peşə-tənəffüs sistemi xəstəlikləri 
D - Peşə-yoluxucu xəstəliklər
E - Fiziki faktorlar əsas olan xəstəliklər. 
Bir xəstəliyin peşə xəstəliyi kimi təsbit edilə bilməsi üçün 
görüləcək işlərin mərhələləri: 
-
Xəstəlik vərəqəsinə düzgün klinik diaqnozun qeyd 
olunması, 
-
Xəstəliyin işçinin hazırda çalışdığı yerlə əlaqəsinin 
araşdırılması,
-
Xəstəliyin əvvəlki iş yerləri ilə əlaqəsinin araşdırılması. 
Qanunvericiliyə görə, peşə xəstəliklərinin diaqnozunu verə 
biləcək xəstəxanalara Səhiyyə Nazirliyinin Milli Elmi-Tədqiqat 
Tibbi Profilaktika İnstitutunun Peşə Xəstəlikləri Klinikası, Tibb 
Universiteti nəzdində olan klinikalar və Dövlət Təhsil və 
Araşdırma Klinikaları aiddir. 
Peşə xəstəlikləri əsasən bədənin giriş yolları hesab olunan 
ağciyərlər (tənəffüs), dəri (absorbsiya), ağız (həzm) vasitəsilə 
yoluxaraq işçinin əmək qabilliyətini məhdudlaşdırır. 
Klinik diaqnoz qoyularkən həmin xəstəliyin fəaliyyət 
sahəsi ilə əlaqəsinin olub-lmadığı da araşdırılmalıdır. Əgər bu 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin