İş təhlükəsizliyi 116
üzrə imtahan verməlidir. İmtahan barədə protokolun bir
nüsxəsi zavodun əməyin mühafizəsi şöbəsinə göndərilməlidir.
Yoxlamanın nəticələri komissiyanın xüsusi jurnalında qeyd
olunmalıdır. Biliyi yoxlanılan şəxsə ümumi qiymət verliməli,
onun işə müstəqil buraxılması və ya buraxılmaması barədə rəy
yazılmalıdır.
İstehsalatın
xarakterindən
asılı
olaraq
komissiyalarda təhlükəsizlik texnikası üzrə fərdi biliyi
yoxlanılmalı olan fəhlə peşələrinin siyahısı müəssisənin baş
mühəndisi
tərəfindən
zavod
həmkarlar
ittifaqı ilə
razılaşdırılmalıdır sonra müəyyən edilir.
Dövrü təkrar təlimat: Öz peşəsi üzrə ixtisasından və iş
təcrübəsindən asılı olmayaraq, bütün fəhlələr hər rübdə işin
təhlükəsiz qaydaları və üsulları ilə əlaqədar dövrü təkrar
təlimat keçməlidirlər. Dövrü təlimatlandırma təlimata dair
biliyin yoxlanılması və fəhlələrin yaddaşında qazanılmış
biliyin möhkəmləndirilməsi məqsədi güdür. Fəhlələrin təkrar
təlimatlandırılması(sex rəisinin, yaxud müavinin göstərişi və
nəzarəti altında) rəhbərliyi altında işlədiyi usta tərəfindən
aparılır.
Təlimatlandırma canlı söhbət formasında aparılması və
biliyin yaxud sexin təcrübəsindən konkret misalların təhlili ilə
möhkəmləndirilməlidir.
Təlimatlandıran
konkret suallar
verməklə inanmalıdır ki, hər bir fəhlə təhlükəsizlik texnikası
qaydalarını dərindən mənimsəmişdir. Əgər yoxlama
nəticəsində, fəhlələrin təhlükəsizlik texnikası ilə əlaqədar
bilikləri qeyri-kafi qiymətləndirilibsə( qadağan olunmuş iş
qaydalarının tətbiqi, hasarı və mühafizə vasitələri olmayan
avadanlıqlarda işləmək) onda təlimatçı fəhləyə lazım izahatlar
verməsi iş yerində işin təhlükəsiz yerinə yetirilməsi üsullarını
göstərməli və təhlükəsizlik texnikasına dair təlimatın bütün
tələblərinin düzgün yerinə yetirməsini tələb etməlidir.