yeri gəlmişkən, bu söz bizim "dəvə" kimi tərcüma etdi-yinıiz sözün daha düzgün tərcüməsidir - (kursiv bizimdir - Ə.B.) iynənin gözündən keçməsi daha asan olar, nəinki varlınm cənnətə girmosi." (Генри Фильдинг. Избранные произведения. В 2-х т. Т. 1, М.: 1954,0641).
Məlumdur ki, burada Quranın 7-ci surəsinin 40-cı ayəsinə oxşar Incil ayəsindən söhbət gedir və ən əv-vəl aydm olan odur ki, xristian ilahiyyatçıları arasında da "dəvə" obrazına şübhə ilə yanaçıb, onu qəbul etməyənlər vardır. Daha sonra qarşıya müşkül bir sual çıxır: hansı dildən edilmiş tərcümədən söhbət gedir ki, о dildə də, ərəb dilində olduğu kimi, yazılışı eyni olan bir söz müxtəlif oxu-nuşu etibarilə həm "dəvə", həm də "buraz" mənasmı verir? Bu sualın cavabı ilə əlaqədar mülahizəmi oxuculara təqdim edirəm.
Məlum olduğu kimi, Bibliyanın Incil (Əh-di-cədiq) hissəsi qədim yunan dilində yazıl-mışdır. Bibliyanm Əhdi-ətiq (Tövrat və s.) his-səsi isə qədim yəhudi, qismən arami dilində (arami dili qədim yəhudi dilini sıxışdırıb ara-dan çıxardıqdan sonra) yazılmışdır.
Aramilər Ərəbistan yarımadasında yaşa-mış köçəri sami tayfalan idi. Ehtimala görə, ərəb xalqınm təşəkkülündə əsas rol oynamış qədim sami tayfaları hələ e. ə. 2-ci minillikdə Ərəbistan yarımadasmda yaşayırdılar. Belə fi-kir də mövcuddur ki, e. ə. təqribən 1-ci minilli-yin əvvəllərində Cənubi Sami qrupunun şi-mal yarımqrupu (lihyani, səmud və başqa tay-falar) ərəblər adı altmdabirləşmişlər.
Arami dili Yaxm və Orta Şərqdə beynəlxalq dil olmuşdur. Arami dili Sami dillərinin qərb, ərəb dili cənub qrupuna daxildir. Ərəb yazısı arami yazısının əsasında yaradılmışdır. Arami yazısmda yalnız samit səsləri ifadə edən hərf-lər varidi.
Səmavi kitablar üçün ehkamların oxşarhğı
və bu ehkamların bu'və ya digər şekildə bir sə-
mavi kitäbdan digərinə keçməsi səciyyəvidir.
Arami dilində də "dəvə" və "buraz" sözlərinin
ərəb dilində olduğu kimi eyni yazılışda ifadə
edildiyini və Tövratdan Incilə "dəvə" şəklində
keçdiyini ehtimal etmək olar. Əgər ərəblərin
məişətində dəvə yox, dənizçilik və gəmiçilik
əsas yer tutsaydı, çox güman ki, ayədəki sözü
də "əl-cəməl" yox, "əl-cümməl" oxuyardılar.
Hər halda, Fildinqin keşiş Abraham Adamsın
dili ilə ifadə etdiyi mülahizəsini nəzərə
almamaq düzgün olmazdı. Və düşünürəm ki,
ayədəki sözünün məhz "cümməl" kimi
oxunaraq "buraz" kimi anlaşılması və tərcümə olunması həqiqətə daha uyğundur.
Dostları ilə paylaş: |