Orta ümumtəhsil məKTƏBLƏrində kimyadan sinifdənxaric işLƏrin mahiyyəTI, TƏŞkili və keçirilməsi V. H. Əsgərov

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 50.87 Kb.
tarix14.01.2017
ölçüsü50.87 Kb.

Kimya məktəbdə




ORTA ÜMUMTƏHSIL MƏKTƏBLƏRINDƏ KIMYADAN SINIFDƏNXARIC IŞLƏRIN MAHIYYƏTI, TƏŞKILI VƏ KEÇIRILMƏSI
V.H. Əsgərov

Lənkəran Dövlət Universitetinin baş müəllimi
M.M. Abbasov

AMEA Neft Kimya Prosesləri İnstitutu, p.e.d.
Azərbaycan respublikasının 2009-cu ildə qəbul etdiyi təhsil qanununda, eləcə də respublika müəllimlərinin son qurultayının materiallarında orta ümumtəhsil məktəblərinin qarşısında duran mühüm vəzifələrdən danışılarkən şagirdlərə nəzəri və praktik əhəmiyyətli bilik verilməsi, onlarda əməli xarakterli bacarıq və vərdişlərin aşılanması, məktəblilərdə elmi dünyagörüşün formalaşdırılması kimi mühüm məsələlərin vacibliyi tam ciddiliyi ilə irəli sürülmüşdür. Təhsil qanununda göstərilən bu mühüm və hazırki dövr üçün vacib sayılan məsələlərin həyata keçirilməsində orta ümumtəhsil fənlərindən biri hesab olunan kimya fənni mühüm rol oynayır. Bu baxımdan kimya müəllimləri həm təlimin əsas təşkilat forması olan dərsdən, həm də köməkçi formalarından dərnək məşğələlərindən, kimya axşamlarından, kimyaya aid mütaliələrdən və sual-cavab gecələrindən, kimya oyunlarından, kimya olimpiyalarından və s. qüvvətli təsir vasitəsi kimi istifadə etməlidirlər.

Kimya təlimim köməkçi formaları içərisində dərsdənxaric işlərin kütləvi formaları olduqca mühüm əhəmiyyət kəsb edir. Doğrudur bütünlükdə sinifdənxaric işlərin təşkili və keçirilməsi haqqında bir sıra nəzəri xarakterli əsərlər (dərslik, dərs vəsaitləri və metodik xarakterli məqalələr) yazılmışdır. Əvvəla qeyd etməliyik ki, həmin əsərlərin bir çoxu xeyli vaxt (30 il) bundan əvvəl nəşr edildiyi üçün onların (müəllimlər (xüsusən gənc müəllimlər) tərəfindən əldə edilməsi müəyyən dərəcədə çətinlik törədir. Ikincisi, sözügedən əsərlərdə məktəb həyatı ilə bağlı məsələlərə demək olar ki, toxunulmur. Üçüncüsü, kimyadan sinifdən xaric işlərin kütləvi formalarına aid işin təşkili və keçirilməsi üzrəelmi-tədqiqat işi aparılmamış və müəllimlərə bu haqda istiqamətverici vəsait yaradılmamışdır. Bütün bunları nəzərə alaraq biz kimyadan sinifdənxaric işlərin kütləvi formaları ilə əlaqədar işin təşkili və keçirilməsi üzrə elmi-tədqiqat işi aparılmamış və müəllimlərə bu haqda istiqamərverici vəsait yaradılmamışdır. Bütün bunları nəzərə alaraq biz kimyadan sinifdən xaric işlərin kimyəvi formaları ilə əlaqədar işin təşkili və aparılması üzrə elmi-tədqiqat işi üzərində işləməyi və müəllimlərə müəyyən dərəcədə kömək edəcək metodik vəsait hazırlaşağı məqsədəuyğun hesab etmişik.

Kimya təliminin köməkçi formalarına başlıca olaraq təlim ekskursiyaları, fakultativ məşğələlər (maraq dərsləri) və dərsdənxaric işlər daxildir. Bu üç mühüm formadan başqa, geridə qalan şagirdlərlə aparılan əlavə məşğələlər, fərdi və qrup şəklində verilən məsləhətlər, şagirdlərin ev işləri, zacotlar və orta əhsil haqqında attestat almaq üçün verilən buraxılış imtahanlarında kimya müəlliminin sinifdənxaric işlərin köməkçi formalarına aid edilir.

Şagirdlərin kimya biliyini dərinləşdirmək və genişəndirmək məktəbliləri praktik fəaliyyətə hazırlamaq baxımından sinifdənxaric işlər mühüm əhəmiyyət kəsb edir. Kimyadan dərsdən sinifdənxaric işlər həm istiqaməti, məzmunu və xarakterinə, həm də aparılması forması və üsullarına görə kimya dərslərindən, başqa sözlə desək sinif məşğələlərindən əsaslı surətdə fərqlənir. Sinifdənxaric işlər könüllülük əsasında qurulur, şagirdlərin müstəqil iş üsullarına, təbii yaradıcılıq arzularına, kimya təliminə olan hədsiz maraqlarına əsaslanır, müxtəlif formalarda təşkil olunur və keçirilir, məktəblilərin biliyindəki çatışmayan cəhətləri aradan qaldırmaq istiqamətinə deyil, sinifdə öyrəndikləri proqram materialını dərinləşdirməyə, dərs zamanı əldə etdikləri biliyin məktəbin tətbiqi-təcrübə sahəsinə, istehsalata tətbiqi yollarına öyrətməyə doğru yönəldilir. Sinif məşğələlərindən fərqli olaraq kimyadan sinifdənxaric işlərdə müəllim rolu təmamilə başqadır. O yalnız şagirdlərin müstəqil işlərinə rəhbərlik edir, onlara məsləhətlər verir, lazım gəldikdə köməklik göstərir, apardıqları təcrübələrdən düzgün nəticə çıxartmalarına doğru istiqamətləndirir.

Məktəb həyatında böyük və uzun müddət yadda qalan təcrübələr sırasında mühüm yerlərdən birinibütün məktəb üçün təşkil olunan kimya axşamları tutur. Düzgün təşkil edilib keçirilən kimya axşamları aşağıda qeyd edilən bir sıra təlim-tərbiyə vəzifələrinin həllinə kömək edir:


  1. Şagirdlərin kimya biliyini çox maraqlı və elmi cəhətdən olduqca faydalı faktlarla zənginləşdirilir. Başqa sözlə desək, kimya axşamları məktəblilərin

  2. Şagirdlərdə kimya elminə maraq oyadır və onu getdikcə dərinləşdirir.

  3. Məktəblilərin yaradıcılıq qabiliyyətini aşkara çıxarır.

  4. Gənclərin bilik və bacarıqlarını möhkəmləndirir

  5. Şagirdlərin tanınmış kimyaçıların həyat və yaradıcılıq fəaliyyəti, həmçinin müasir kimyanın nailiyyətləri ilə geniş miqyasda tanış olmalarına imkan verir.

Kimya axşamlarında adətən şagirdlər kimya və digər fənn (biologiya, fizika və s.) müəllimləri iştirak edirlər. Lakin bəzi hallarda kimya axşamlarına valideynlər də dəvət oluna bilər. Komya axşamlarında valideynlər iştirak etdikdə bu iş növü həm məktəblə ailə arasında sıx əlaqə yaradan, həm də şagirdlərin yaradıcılıq fəaliyyəti üçün baxış olan gözəl bir vasitəyə çevrilir. Orta umumtəhsil məktəblərində ən çox yayılmış kimya axşamları sırasında aşağıdakıları göstərmək olar:

  1. əyləncəli kimya axşamları;

  2. yubiley axşamları.

  3. şagirdlərin öz fəaliyyətlərinə yaradıcılıq baxışları;

  4. müasir kimyanın və kimya sənayesinin müvəffəqiyyətlərinə həsr olunan kimya axşamları.

Müəyyən məqsədə nail olmaq istəyən kimya axşamları bir tərəfdən şagirdlərin biliyini ümumiləşdirməyə, dərinləşdirməyə və genişləndirməyə kömək edir, digər tərəfdən məktəbli gəncləri praktiki fəaliyyətə hazırlayır, həm şagirdlər, həm də valideynlər arasında kimya elminə zidd olan ideyalara və təsəvvürlərə qarşı yaxşı mübarizə vasitəsi olur.

Kimya elminə zidd olan ideyalara və onunla uyğun gəlməyən fikirlərə (məsələn, üzvi maddələrin laboratoriyada alınmasının qeyri-mümkünlüyü haqqında vitalizm nəzəriyyəsi, onun mənşəyi və s.) qarşı mübarizə məqsədi güdən kimya axşamlarına misal olaraq “Elmin təbiətlə yarışı”, “Kimya müalicə edir”, “Od və onun insana xidməti”, “Elementlərin çevrilməsi” və s. Mövzulara həsr edilən kimya axşamlarını göstərmək olar. Şagirdlərin praktiki həyat üçün hazırlanması işinə “Neftin emalı üsulları”, “kimya və həyat”, “Kimyanın kənd təsərrüfatına köməyi”, “Məişətdə kimya”, “Kimya və gözəllik”, “Hava xammal mənbəyidir”, “Kimya və süni qida problemi”, və s. Bu kimi mövzulara həsr olunan kimya axşamları əhəmiyyətli dərəcədə kömək göstərir. M.V.Lomonosov, D.İ.Mehdiyev, Ə.M.Quliyev, Y.H.Məmmədəliyev, V.S.Əliyev və s. Kimi dünya şöhrətli Azərbaycanın kimyaçılarının həyat və fəaliyyətinə həsr olunan və yaxud “Elementlər aləminə səyahət”, “Azərbaycanda kimya elminin inkişafı”, “Respublikamızın kimyəvi xammalları” mövzularında kimya axşamları əsasən şagirdlərin biliyini möhkəmləndirməyə, dərinləşdirməyə köməklik göstərir. Belə düşünmək səhv olardı ki, göstərilən kimya axşamlarının hər biri yalnız bir məqsəd güdür. Məsələn, kimya elminə zidd olan və onunla bir araya sığmayan baxışlarla mübarizəyə həsr olunan mövzular həmin baxışların əsasssızlığını açıb göstərməklə bərabər həm də şagirdlərin biliyini dərinləşdirir və möhkəmləndirir, onları müəyyən dərəcədə praktiki həyat üçün hazırlayır. Həmçinin şagirdləri praktiki həyat üçün hazırlamaq məqsədi güdülən kimya axşamlarında və digər problemlərin (kimya elmi ilə uyğunlaşmayan baxışlarla mübarizə, biliyin möhkəmləndirilməsi və genişləndirilməsi və s.) həlledilməsinə nail olmaq mümkündür. Burada əsas fərq (yuxarıda qeyd etdiyimiz məqsədlərdən birinə) üstün yer verilməsindən ibarət olur.

Bizim fikrimizcə kimya axşamları başlıca olaraq üç formada təşkil olunub, üç formada keçirilə bilər:


  1. Ümumi məktəb miqyasında şagirdlər üçün;

  2. Valideynlər üçün;

  3. Müəyyən siniflərin şagirdləri və valideynləri üçün.

Onu da qeyd etmək lazımdır ki, valideynlər cəlb olunan kimya axşamlarında əyləncəli təcrübələrlə bağlı mövzuların daha çox müxtəlif olmasına yol verilə bilər. Lakin məktəbin şagirdləri üçün təşkil olunan kimya axşamlarının yalnız bir mövzuya həsr edilməsi fikrimizcə daha münasib və daha düzgündür.

Kimyadan dərsdənxaric kütləvi iş formalarının ən mühüm növlərindən biri tematik gənclər toplanışıdır. Onu da qeyd edək ki, bu mühüm tədbir məktəbin digər fənn müəllimləri tərəfindən həyata keçirilir. Fərq, hər fənnin özünün spesifik xüsusiyyətindən ibarətdir. Düzgün təşkil edilmiş gənclər toplanışları nəinki kimya tədrisi prosesinin, eyni zamanda şagirdlərdə kimya elminə maraq, əməyə məhəbbət, kollektivə dərin hörmət, təşkilatçılıq müstəqil işləmək bacarığı və bir sıra başqa xüsusiyyətlər tərbiyə edir. Bütün bunlar ölkəmizdə gedən quruculuq işlərində fəal iştirak edən gənclər üçün olduqca vacibdir. Təəssüf ki, kimya üzrə tematik gənclər toplanışları ya heç keçirilmir, ya da çox az hallarda (təsadüfdən təsadüfə) keçirilir. Gənclər toplanışında kimya müəllimi müasir kimya elminin köməyi sayəsində nələr əldə etməyin mümkünlüyünü, Kimyanın bizə nələr verə biləcəyini gənclərin nəzərinə çatdıraraq, onlarda bu elmi dərindən öyrənməyə həvəs və maraq oyadır. Bundan sonra gənclərin nəzərdə tutulan xüsusi toplanışlarını kimya elminin maraqlı hadisələrini, dünyanın və Azərbaycanın məşhur kimyaçılarının elmi-tədqiqat işlərini, kimya elminin yeniliklərini öyrənməyə həsr etməyi məsləhət görür. Kimya müəllimin irəli sürdüyü bu tövsiyyə və təklifləri həyata keçirməkdən ötrü gənclər təşkilatının rəhbəri müəllimlə iş həmçinin məktəbin dərs hissə müdiri ilə məsləhətləşərək əvvəlcə gənclər toplanışı üçün mövzu seçir, sonra isə mövzuya aid materialı ayrı-ayrı gənclər və ya manqalar (manqa 3-4 gəncdən ibarətdir) tərəfindən hazırlanacaq hissələrə ayrılır. Həhayət hər hissə üçün material seçir, ayrı-ayrı gənclərə və ya manqalara həmin material ətrafında hazırlaşmaq təklif olunur və toplanışın keçirilmə vaxtı müəyyən edilir. Gənclər onlara tapşırılmış materialı öyrənir, ona uyğun sxem və şəkilləri hazırlayırlar. Nümayiş etdirəcəyi təcrübələrin texnikası və metodikası ilə tanış olur (özünü yoxlayır).

Gənclər toplanışının “Kimya ətrafımızda”, “Dünya şöhrətli alim Y.H.Məmmədəliyev”, “Kimyanın yenilikləri”, “Müasir kimyanın müvəffəqiyyətləri”, “Təəccüblü çevrilmələr”, “Od və yanma” və s. Mövzulara həsr olunmasını məsləhət görürük.

Dərsdənxarici kütləvi işlərin ba.qa formaları sırasında kimyaya aid mütaliə, kimya oyunları, kimyadan sual-cavab axşamları, kimya olimpiadaları, kimya həftəlikləri, ongünlükləri, aylıqları və s. aid edilə bilər. Onların bəziləri üzərində qısaca dayanaq:

Kimyaya aid mütaliə. Dərsdənxaric kütləvi işlərin ən mühüm, eyni zamanda hamı üçün vacib və həyata kecirilməsi mümkün olan formalarından biri kimyaya aid mütaliədir. Dərsdənxaric mütaliə həm şagirdin elmi görüş dairəsini genişləndirir, həm də onun həyat istiqamətini müəyyən edir və özünə gələcək üçün ixtisas seçməsinə müəyyən dərəcədə köməklik göstərir.

Kimya olimpiadaları. Kimya fənninin tədrisinin daha da yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlərdən biri də hər il keçirilməsi bir ənənə şəklini almış kimya olimpiadalarıdır. Təlim-tərbiyə işində çox böyük rolu olan kimya olimpiadaları şagirdlərdə kimya fənninin nəzəri materialına marağı xeyli artırır, onların yaradıcılıq qabiliyyətinin inkişafına səbəb olur, şagirdlərdə bir sıra mühüm praktiki bacarıq və vərdiş yaradır, diqqətlilik, dözümlülük, inadcıllıq, başlanan işi axıra çatdırmaq və s. Keyfiyyətlər tərbiyə edir. Kimya olimpiadalarının vəzifələrindən biri də gənc kimya kadrları yetişdirmək işinə, bu sahədə həvəsi, bacarığı və istedadı olan gəncləri aşkar edib, məktəblilər içərisindən ayırmaq, onları kimya elminin müxtəlif sahələri (qeyri-üzvi kimya, üzvi kimya və s.) üzrə ixtisaslaşmağa cəlb etməkdən ibarətdir. Bütün bunlarla yanaşı kimya olimpiadaları müəllimin özünə də əhəmiyyətli dərəcədə kömək edir. Belə ki, müəllim olimpiada üçün (məktəblər üzrə keçirilən tur nəzərdə tutulur) sual və məsələri tərtib edərkən ciddi hazırlaşmalı olur:dərsliklərə, kimyaya aid metodik ədəbiyyatı ətraflı şəkildə nəzərdən keçirərək sanki özünü yoxlayır. Yalnız bu halda şagirdlərin olimpiada üçün hazırlıq səviyyəsini daha da dəqiq şəkildə müəyyənləşdirə bilir.

Hal-hazıra qədər çap olunmuş kimadan metodik vəsaitlərdə, eləcə də elmi-metodik vəsaitlərdə məqalələrdə kimyadan təlim ekskursiyalarının təşkili ilə əlaqədar müəssisələrdə (zavod və fabriklərdə) xammalın tərkibi, emal üçün hazırlanması, emalı və bu zaman gedən kimyəvi proseslərin mahiyyəti, aparatların quruluşu və iş prinsipi haqqında demək olar ki, məlumat verilməmişdir. Bu səbəbdən də kimya müəllimləri ekskursiyaların təşkili və və keçirilməsi ilə əlaqədar elmi-metodik cəhətdən müəyyən çətinliklərlə qarşılaşırlar. Kimya təliminin köməkçi formaları içərisində istehsalata və xammal mənbələri olan yerlərə ekskursiyalar xüsusi yer tutur. Çox böyük təlim tərbiyə əhəmiyyəti olan ekskursiyalar hazırda nəzəriyyə ilə praktikanı əlaqələndirən politexnik təlimin həyata keçirilməsində, məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsində olduqca böyük rol oynayır. Təsadüfən deyil ki, görkəmli pedaqoqlar hələ vaxtı ilə şagirdlərin politexnik hazırlığında istehsalat ekskursiyaların əsas vasitələrindən biri olduğunu qeyd etmişlər və onun təşkilinə böyük əhəmiyyət vermişlər.

Kimya ilə əlaqədar istehsalat ekskursiyaları şagirdlərin məktəbdə və digər kimyəvi proses haqqında əldə etdikləri bilikləri əhəmiyyətli dərəcədə genişləndirir və dərinləşdirir, kimyəvi və texnoloji proseslərin getməsi qanunauyğunluqlarını dərindən başa düşməyə kömək edir. Istehsalat prosesinin mahiyyətini təşkil edən prinsipləri bilavasitə nümayiş etdirməyə imkan verir, nəhayət sənaye və kənd təsərrüfatı müəssisələrinə, elmi-tədqiqat idarələrinə təşkil edilən ekskursiyalar şagirdlərin peşə yönümündə (bu və ya digər peşələrə istiqamətləndirilməsində) politexnik görüş dairəsinin artırılmasında və əmək tərbiyəsində mühüm rol oynayır. Belə ekskursiyalar zamanı şagirdlər istehsalat fəaliyyətinin (mühəndis, texnik və s.) əsas növləri ilə tanış olub müxtəlif peşələrin real məzmunu haqqında təsəvvür əldə edir, elm və texnikanın nailiyyətlərini öyrənirlər.

Kimya təlimi təşkilinin köməkçi formalarından biri olan ekskursiya ilə əsas forması hesab edilən dərs arasında həm oxşar, həm də fərqli cəhətlər vardır. Məsələn, zavodlara xammal bazalarına, texnika evinə xatirə (memorial) və minerologiya muzeylərinə, kimya ilə bilavasitə əlaqədar olan müəssisələrə təşkil edilən təlim ekskursiyaları köməkçi formaya daxil edilməsinə baxmayaraq, onlara məktəbdən kənarda keçirilən dərs kimi baxılır. Bu səbəbdən də müəllimin tapşırığı ilə tədris işini yerinə yetirən qrupun (sinfin) bütün şagirdlərinin dərsdə olduğu kimi ekskursiyada da iştirakı məcburdur.

Tədris işinin xüsusi forması hesab edilən ekskursiya ilə dərs arasında fərqli cəhətə gəldikdə demək lazımdır ki, dərs əsasən 45 dəqiqə ərzində (şəraitdən asılı olaraq 40, hətta 35 dəqiqə də ola bilər) müəllimin rəhbərliyi ilə sinifdə həyata keçirilir, ekskursiya isə məktəbdən kənar hər hansı bir obyektdə təşkil olunur. Onun keçirilməsinə 3-6 saat, bəzən isə daha çox vaxt sərf edilir. Ekskursiya zamanı rəhbərliyi əksər hallarda müəssisənin mütəxəssisi və ya muzeyin işçisi öz öhdəsinə götürür. Əgər müəllim kimya istehsalatında kimyəvi və texnoloji proseslərin mahiyyətini, orada istifadə olunan aparatların quruluşunu və iş prinsipini yaxşı bilirsə, müdriyyətin razılığı ilə rəhbərliyi öz üzrəinə götürə bilir. Bütün bunlardan kimya tədrisi prosesində ekskursiyadan nəinki təlim işinin köməkçi forması, həmçinin təlim üsulu kimi də istifadə edilir. Kimya fənni üzrə ekskursiyalar müxtəlif obyektlərə təşkil edilə bilər:



    1. Kimya istehsalatına və xarakterinə görə ona yaxın olan istehsalat müəssisələrinə;

    2. Metallurgiya zavodlarına;

    3. elmi müəssisələrə (elmi tədqiqat institutlarına, elm mərkəzinə, bu və ya digər müəssisənin nəzdindəki kimya laboratoriyalarına);

    4. Kənd təsərrüfatı istehsalatına (fermer təsərrüfatlarına);

    5. Təbiətə (xammal bazalarına)

    6. Ali məktəblərin kimya laboratoriyalarına;

    7. Sənaye, xalq təsərrüfatı, kənd təsərrüfatı sərgilərinə;

    8. Xatirə və minerologiya muzeylərinə və s.

Ekskursiyalar, keçirilməsi üçün tələb olunan vaxtdan asılı olaraq iki növü olur:

  1. qısa müddətli ekskursiya

  2. uzunmüddətli ekskursiyalar

Qısa müddətli ekskursiyalar adətət 3-6 saat (bəzən çox da ola bilər) müddətində başa çatır. Uzunmüddətli ekskursiyaların təşkili və keçirilməsinə ən azı 3-4 gün vaxt tələb olunur.

Ekskursiya təlim-tərbiyə işinin xüsusi forması olduğu üçün onun keçirilməsinə qabaqcadan ciddi hazırlaşmaq lazımdır. Çünki ekskursiyanın müsbət nəticə verməsi ona yaxşı hazırlıqdan əhəmiyyətli dərəcədə asılıdır. Bunun üçün hər şeydən əvvəl müəllim ekskursiyanın təşkili və keçirilmsi planını tutmalı və şagirdləri onunla ətraflı surətdə tanış etməlidir. Ekskursiyanın əsas məqsədi planda öz əksini tapmalıdır. Məsələn, sutəmizləyici stansiyaya ekskursiya təşkil etməklə əsas məqsəd şagirdləri suyun durulması, məqsəd şagirdləri suyun durulması, süzülməsi və xlorlaşdırılması üsulu ilə tanış etməkdən, haqqında aydın və dolğun təsəvvür yaratmaqdan ibarətdir.



Kimya obyektlərinə ekskursiyanın planı tərtib olunduğundan sonra müəllim həmin planı şagirdlərə çatdırmalıvə onları təhlükəsizlik texnikası qaydaları ilə tanış etməlidir. Sonuncu, yəni təhlükəsizlik texnikası qaydaları ilə tanışlıq şagirdlərin ekskursiyada olarkən müəyyən olunmuş qaydalara ciddi riayət etmələri üçün olduqca vacibdir. Bundan sonra müəllim ekskursiya üçün şagirdlərin özləri ilə nə kimi şeylər götürmələrini və ekskursiya zamanı şagirdlərin intizama tabe olmalarının lazım gəldiyini söyləməlidir. Məsələn, şüşə zavoduna ekskursiyanın təşkili zamanı şüşə istehsalına şagirdlər xammalın götürmlidirlər. Şagirdləri ekskursiyaya aparmazdan əvvəl müəllim sinifdə (dərs zamanı, ən yaxşısı dərsdən sonra) onlarla müsahibə aparıb, bu cür tanışlıqlarla bərabər zavod haqqında ümumi məlumat verməlidir.


İstifadə edilmiş ədəbiyyat:


  1. Abbasov V.M., Abbasov M.M. və b. Ümumtəhsil məktəblərinin VIII sinfi üçün dərslik. Bakı, Azpoliqraf, 2010, 127 səh.

  2. Abbasov V.M., Abbasov M.M. və b. Ümumtəhsil məktəblərinin IX sinfi üçün dərslik. Bakı, Azpoliqraf, 2010, 127 səh.

  3. Əliyev R.Y., Əsgərov V.H. Kimyadan dərsdənxaric işlərin müasir tələblər səviyyəsində təşkili və keçirilməsi. Lənkəran Dövlət Universitetinin xəbərləri. 2001, №1, s.119-122.





В.Г.Аскеров, М.М.Аббасов
Организация, проведение и значение внеклассных работ по химии в среднеобщеобразовательных школах
АННОТАЦИЯ
В статье в процессе обучения для лучшего усвоения теоретических знаний по химии обстоятельно объясняется организация, проведение и значение химических кружков, химических вечеров, экскурсий.


V.H.Asgarov, M.M.Abbasov
The essence, organization and implementation of extracurricular activities in chemistry at secondary schools
ANNOTATION
In the article the essence, organization and implementation of chemical associations, party and excursions comprehensively explained for better mastering theoretical knowledge of chemistry.


Açar sözlər: dərnək, məşğələ, praktiki iş, ekskursiya

Ключевые слова: кружок, занятие, практическая работа, экскурсия.

Key words: circle, training, practical work, excursion.




Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə