Otuz biRİNCİ DӘRS


OTUZ İKİNCİ DӘRS İSLAMDA ELM VӘ ALİMİN DӘYӘRİ



Yüklə 0,82 Mb.
səhifə2/31
tarix23.06.2018
ölçüsü0,82 Mb.
#54596
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   31

OTUZ İKİNCİ DӘRS

İSLAMDA ELM VӘ ALİMİN DӘYӘRİ

ӘHLİ-BEYT (Ә)-DAN NӘQL OLUNMUŞ HӘDİSLӘRDӘ ELM VӘ ALİMİN DӘYӘRİ


1. Әli (ə) buyurur: «Ey camaat! Agah olun ki, dininizi yalnız elmə yiyələnməklə kamil edə bilərsiniz. Elmə yiyələnmək, sizin üçün var-dövlət əldə etməkdən daha vacibdir. Çünki, var-dövlət sizin üçün bölünmüş və hər birinizin qisməti əvvəlcədən müəyyənləşdirilmişdir. Allah onu sizin aranızda ədalətlə bölmüş və siz ona vəfalısınız. Lakin elm öz sahiblərinin yanında qorunub saxlanılır və sizlərə əmr olunmuşdur ki, onu elm sahiblərindən əldə edəsiniz. Elə isə elm əldə etməyə çalışın».1

2. Başqa bir hədisdə buyurur: «Elmin, var-dövlətdən yeddi üstünlüyü vardır:

a). Elm peyğəmbərlərin, var-dövlət isə fironların mirasıdır;

b). Elm verməklə azalmaz, var-dövlət isə azalıb qurtarar;

v). Var-dövləti qorumaq lazımdır, elm isə öz sahibinin qoruyucusudur;

q). Elm insanla birlikdə kəfənlənir (yəni insanla birlikdə Allahın məhzərinə çağırılır), var-dövlət isə bu dünyada qalır;

d). Var-dövləti həm kafir, həm də möminlər əldə edərlər, həqiqi elmə isə yalnız möminlər yiyələnərlər;

ğ). Dini məsələlərdə insanlar var-dövlətə deyil, alimlərə ehtiyac duyur;

e). Elm, insana sirat körpüsünü keçməkdə köməklik edər, var-dövlət isə buna mane olar (yəni, var-dövlət sahibi əldə etdiyi sərvət üçün məhşərdə Allah-taalaya hesab verməli olduğuna görə dayanmalı olur).2

3. «Bütün yaxşılıq və fəzilətlərin mənşəyi elmdir və elm ən yüksək fəzilətdir».3

4. «Elm ən gözəl mirasdır».4

«Elm möminlərin itirdiyi şeydir».5

5. İmam Zeynəlabidin (ə) buyurur: «Әgər camaat elmə yiyələnməyin nə olduğunu bilsəydilər, bütün cəfa və çətinliklərə razı olub onun ardınca gedərdi. Allah-taala Danyal peyğəmbərə vəhy edərək buyurmuşdur:

«Mənim nəzərimdə insanların ən pisi o kəsdir ki, alimlərə qarşı etinasızlıq edib onların tutduqları yolu getməsinlər. Bəndələrimdən ən sevimlisi isə böyük savaba nail olmaq istəyən alimlərin davamçıları olan pəhrizkarlardır. Onların ünsiyyətdə olduğu şəxslər alim və hikmət sahibləri olarlar».6

6. İmam Baqir (ə) buyurur: «Kim insanların hidayət olunmaları üçün elminin yalnız bir fəslini təlim verərsə, ona əməl etmiş şəxslərin savabını qazanar. Onların haqdan uzaq düşmələri üçün azacıq fəaliyyət göstərən şəxslər isə həmin şəxslər qədər günaha düçar olmuş olarlar».1

7. «Sizlərdən elmə yiyələnənlərinizin hər biri elm ardınca gedən tələbələrin savabına nail olar. Elə isə elmi, onun həqiqi sahiblərindən öyrənin, alimlər sizlərə təlim etdikləri kimi, siz də müsəlman bacı və qardaşlarınıza təlim edin».2

8. Әbu Nəsir, imam Sadiq (ə)-dan nəql edərək deyir: «Başqasına xeyirxah işləri öyrədən şəxs həmən işə əməl etmiş kəslərin savabını qazanmış olar. Әbu Nəsir deyir: İmam Sadiq (ə)-dan soruşdum: Әgər bir başqasına öyrətsə, yenə də savab qazanmış olur? Buyurdu: «Әgər bütün insanları öyrətsə, yenə də həmin savabı qazanmış olur». Soruşdum: Dünyasını dəyişsədə? Buyurdu: «Bəli, dünyasını dəyişsə də».3

ALİMİN ABİDDӘN ÜSTÜNLÜYÜ


Peyğəmbər (s) və Məsum imamlar (ə) tərəfindən nəql olunmuş rəvayətlərin bir qismində elmin ibadətdən və alimlərin abidlərdən üstün olduqları buyurulur.

1. Peyğəmbər (s) buyurur:

«Elm ibadətdən daha üstündür».4

2. «Elm məqsədilə el-obasını tərk edən və əldə etdiyi həmin elmlə batili haqq və zəlaləti hidayət ilə əvəz edən şəxsin gördüyü iş abidin qırx illik ibadətinə bərabərdir».5

3. «Elm və agahlıq ilə yatmaq, cəhl və nadanlıqla namaz qılmaqdan daha yaxşıdır».6

4. «Allah-taala elmə yiyələnməyi namaz, oruc, həcc və Onun yolunda cihad etməkdən daha üstün tutur».7

5. «Gecənin qaranlığında ay öz nuru ilə digər ulduzlardan işıqlı olduğu kimi, alim də öz elmi ilə başqalarından çox fərqlənir».8

6. «Allahı tanıyan şəxsin bir rükət namazı nadan insanın min rükət namazından daha üstündür».9

7. Әli (ə) buyurur: «Bir şəxsin həkimanə bir söz eşidib ona əməl etməsi və ya başqalarına danışması bir illik ibadətdən daha yaxşıdır».10

8. İmam Baqir (ə) buyurur: «Bir saat elm ilə məşğul olmaq, gecəni sübhədək ibadətlə keçirməkdən daha yaxşıdır».11

9. «Öz elmindən bəhrələnən alim yetmiş min abiddən daha üstündür».2

MӘSUM İMAMLARIN ELMӘ YİYӘLӘNMӘYӘ OLAN MÜNASİBӘTLӘRİ


Әvvəlki iki dərsimizdə Peyğəmbər (s) və Məsum imamlardan (ə) elmin əhəmiyyət və fəzilətinə dair nəql olunmuş bir çox hədis və rəvayətlərin, həmçinin onların alimlərə necə böyük qiymət verdiklərinin şahidi olduq. Lakin belə bir sual meydana gələ bilər ki, görəsən Әhli-beyt (ə) bütün alim və elmə meyl göstərən şəxslər barəsində eyni fikirdədirmi? Həmçinin onların hamısını böyük bir fəzilət və tərifə layiq bilmişlərmi? Başqa sözlə desək, elmin hər hansı sahəsində olursa olsun, təhsil alan bütün tələbələr və ya şəxslər rəvayətlərdə qeyd olunan fəzilətlərə yiyələnə bilərlərmi?

Cavabında deyirik:

Elmin bütün sahələri olduqca zəruri və vacib məsələlərdəndir. Lakin elmin bütün sahələrinə yiyələnmək hər bir müsəlmanın üzərinə düşən ən ümdə vəzifələrdən olsa da, alimlərin fəziləti haqda nəql olunmuş rəvayətlərdə yalnız din alimləri nəzərdə tutulur.

Bu haqda nəql olunmuş rəvayətlərə diqqət yetirin:

1. «Alimlərin ölümü islam dininə elə bir xəsarət vurur ki, aylar-illər ötüb keçməsinə baxmayaraq, onların yeri həmişə boş görünür».3

2. «And olsun Allaha! Bir alimə [elmə] dözmək İblis üçün min abidə [ibadətinə] dözməkdən daha ağırdır. Çünki abidlər yalnız özlərini, alimlər isə başqalarını düşünərlər».4

3. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub bir neçə şəxsin bir nəfərin ətrafına toplaşdığını görür.

Peyğəmbər (s) onun kim olduğunu soruşduqda: Әllamədir - deyərək cavab verirlər. Soruşdu: «Hansı elmlərə yiyələnib?» Deyirlər: Cahiliyyət dövründə yazılmış şer və baş vermiş əhvalatları, habelə ərəb qəbilələrinin ulu əcdadları haqda dərin məlumatlara malikdir. Buyurur: «Onun bildikləri nə kimsəyə xeyir verir, nə də ki, onun bilmədikləri kimsəyə zərər vurur. Elm üç şeydən ibarətdir: Әqidə əsasları, əxlaq və şəriət».5

4. İmam Cəfər Sadiq (ə) buyurur: «Həqiqətən də alimlər peyğəmbərlərin varisləridirlər. Peyğəmbərlər özlərindən sonra irs olaraq dirhəm və dinar qoymamışlar. Onların miras qoyduqları şeylər hikmətamiz hədis və buyuruqlardır. Bu hədislərdən birini öyrənən şəxs böyük mənfəət əldə etmiş olur. Bunun üçün də kimlərdən təhsil aldığınıza diqqət yetirin. Çünki bütün nəsillərdə biz Әhli-beytin (ə) adil alimləri olur ki, hədislərimizi təhrif edən və tam fərqli olaraq mənalandıran nadan və cahillərlə mübarizə edərlər».1

SUALLAR VӘ TAPŞIRIQLAR


1. Әli (ə) nə üçün elm əldə etməyi, var-dövlət əldə etməkdən vacib hesab edir?

2. Әli (ə) elmlə var-dövlət arasında hansı fərqləri görür?

3. Dərsdə qeyd olunan rəvayətlərdən istifadə edərək, deyin görək nə üçün alimlər abidlərdən daha fəzilətli hesab olunurlar?

4. İslam dini bütün elmləri eyni səviyyədə dəyərləndirirmi?



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin