Palace of Shaki Khan



Yüklə 15,82 Kb.
səhifə2/2
tarix31.12.2021
ölçüsü15,82 Kb.
#113010
1   2
Şəki xan sarayı

Şəki xan sarayı — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə fars stilində inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.

30 metr uzunluğa malik olan iki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur.

Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri hesab edilir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray Ümumdünya irsidir.

Məlumdur ki, saray, XVIII əsrdə inşa edilmişdir. Şandor Rado qeyd edir ki, saray 1760-cı ildə Hüseyn xan tərəfindən inşa etdirilmiş, qısa müddət sonra isə yenidənqurma işləri aparılmışdır. Bədii Ensiklopediyada sarayın inşa tarixi 1791/92-ci illər kimi göstərilir. Azərbaycan Sovet Ensiklopediyasında sarayın XVIII əsrin 60-cı illərində Hüseyn xan Müştaqın sifarişi ilə inşa edildiyi göstərilir.

Brokhauz və Efronun Ensiklopedik Lüğətində saray və qala divarlarının eyni vaxtda – 1765-ci ildə inşa edildiyi göstərilir. Britannika Ensiklopediyasının 1890-cı il nəşrində qeyd edilir ki, qala divarları 1765-ci ildə, saray isə həmin tarixdən bir müddət sonra inşa edilmişdir. Britannikanın 1911-ci il nəşrində isə sarayın 1790-cı ildə inşa edilməsi yazılır. Konstantinov da “Nuxa” adlı məqaləsində sarayın 1790-cı ildə inşa edildiyini yazır. Lakin, elə həmin il, başqa bir məqaləsində o, sarayın 1797-ci ildə kor Məhəmmədhəsən xan tərəfindən inşa edildiyini yazır. Rusiya diyarşünası İ.L. Seqal isə sarayın 1797-ci ildə Məhəmmədhəsən xanın sifarişi ilə inşa edildiyini, inşaat işlərinin 32.000 çervondan baha başa gəlməsi və xanlıq büdcəsini boşaltması, saray binasının isə fars şahlarının yay saraylaının birindən kopyalanmasını qeyd edir. O, həm də vurğulayır ki, inşaatın tamamlanmasından sonra Məhəmmədhəsən xan görmə qabiliyyətini itirmişdir, lakin Məhəmmədhəsən xanın gözləri Ağa Məhəmməd şah Qacarın göstərişi ilə onun Tərkeşdə olan sərkərdəsi Dəvəli Mustafa ağa tərəfindən 1795/96-cı illlərdə (hicri 1206) çıxarılmışdır.

Sonrakı tədqiqatlar əsasında müəyyən edilmişdir ki, saray, 1797-ci ildə memar Hadali Zeynalabdin Şirazi tərəfindən (Konstantinova görə “Hacı Zeynalabdin”, İ. S. Seqala görə Hacı Zeynalabdul) inşa edilmişdir. Memarlıq tarixçisi M. A. Hüseynovun sözlərinə görə, sarayın inşaat tarixi 1762-1797-ci illər arasında dəyişir. O, həm də, sarayın Şəki xanlığının banisi Hacı Çələbi xanın nəticəsi Məhəmmədhəsən xan tərəfindən inşa etdirildiyini yazır. M. A. Hüseynovun fikrincə bu xan sarayında “XVIII əsr sarayları üçün xaraketerik olan parlaq xüsusiyyətləri əks etdirir.”

AMEA Əlyazmalar İnstitutu tərəfindən 1979-cu ildə yığılaraq nəşr olunmuş “Maddeyi-tarix” adlı farsdilli əlyazmada (xəttə əsasən müəllifin Salman Mümtaz olması ehtimal edilir) verilən məlumata görə, sarayın inşası hicri 1204-cü ildə (miladi 1789-1790) başlamışdır. Həmin əlyazmadaca 1240-cı ilin ramazan ayında (aprel-may 1825) sarayda yanğın baş verməsi haqqında məlumat verilir. Əlyazmada saray həm də “Divanxana”, yəni şəhər məhkəməsi binası kimi qeyd edilir. Xanın yaşadığı saray binasının həm də şəhər məhkəməsi kimi fəaliyyət göstərməsi haqqında XIX əsr rus müxbir Nikolay Bersenov da məlumat verir. Bəzən saray, xanın yay iqamətgahı kimi də qeyd edilir.

Qalanın 1853-cü ildə tərtib edilmiş planına əsasən orada xan ailəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar yerləşirdi. Qalada saray kompleksindən başqa xəzinə, baraklar, həbsxana və 1828-ci ildə xan məscidinə çevrilmiş ortodoks kilsəsi yerləşirdi. Sarayın ilkin təsvirləri izləyicilərdə böyük təəccübə səbəb olurdu. Aleksandr Düma, Aleksandr Korniloviç, Andrey Fadeyev və Arnold Zisserman sarayı təsvir etmiş, Lev Tolstoy, Nikolay Rayevskiy, İlya Berezin, Elize Reklü və başqaları onun haqqında məlumat vermişlər.

Azərbaycan SSR dövründə saray muzey statusu almışdır. 1945-ci ildə şərqşünas və sənətşünas L.S.Bretanitskiy saray haqqında namizədlik dissertasiyası yazır. İşini tamamladıqdan sonra, o, bu mövzuya həsr edilmiş məqalə nəşr etdirmiş və sarayı “Azərbaycanın XVIII əsrgörkəmli memarlıq-incəsənət nümunəsi” adlandıran incəsənət tarixçisi B.V.Veymarna müraciət edir.



Literature – Ədəbiyyat

https://en.wikipedia.org/wiki/Palace_of_Shaki_Khans
Yüklə 15,82 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin