5
eyni dərəcədə görməsi və qiymətləndirməsi mümkün deyil. Deməli
dövlətə.
Onun
fəaliyyətinə
münasibətdə
insanlar.
Xüsusilə
mütəxəssislər arasında fikir ayrılığının olması təbii haldır və bu həmişə
olacaqdır.
• Hər bir insanın özünəməxsus dünya görüşündən, dünyaya, cəmiyyətə
və dövlətə fərdi münasibəti mövcuddur. Bu fərqli münasibət dövlət
haqqında nəzəriyyələrdə və elmi mövqelərdə də özünü göstərir və s.
Yuxarıda qeyd olunanları ümumiləşdirsək belə bir nəticəyə gəlirik
ki, dövlət anlayışı bir neçə mühüm şərtlə əlaqədardır:
1. Dövlət insanların birgə yaşayışa yaradıcı münasibətlərinin, mədəni,
iqtisadi, siyasi, mənəvi yaradıcılığın idarəetmə təşkilatı, institutu
formasında modelləşmiş məhsuldur.
2. Bu idarəetmə institutu cəmiyyətdə mövcud olanlardan əsasən onunla
fərqlənir ki, onun əlində başqalarına xas olmayan daha güclü dövlət
hakimiyyəti orqanları və aparatı var.
3. Dövlət yalnız inkişaf etmiş ziddiyyətli strukturları olan cəmiyyətdə
yaranır.
4. Dövlət cəmiyyətin birgə həyat, fəaliyyət və davranış normalarını işləyib
hazırlayır və həyata keçirilməsini təşkil edir.
5. Dünyəvilik, demokratiklik və milliliyin düzgün əlaqələndirilməsi gənc
demokratik dövlətlərin yaşaması və normal fəaliyyətinin əsas şərtidir.
Dostları ilə paylaş: