AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə2/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   2   3   4   5   6   7   8   9   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

Bu  kitabdakı  hekayət  bir  insan  haqqındadır  ki,  maddi  və  mənəvi 

dərd-ələmli  torpaq  dünyasına  “get”  deyib  başqa  bir  dünyaya 

pərvazlanıb. Bu şəxsin başqa ölülərdən fərqi onun danışan dilidir. Bu 

dil ölümdən sonra açılmış və bizim də gözlərimizə ölümdən sonrakı 

aləmlərdən bacalar açmışdır. 

Yazıçı  bu  kitabda  gördüklərini,  eşitdiklərini,  vücudu  ilə  hiss 

etdiklərini  özünə  hekayət  edir.  O,  burada  özündən  bir  şey  ixtira 

etməmiş,  uydurmamış,  yanlışlığa  getməmişdir  ki,  Allah  eləməmiş, 

özü  yolunu  aza  və  müsahibini  də  sapdıra.  Əksinə,  bu  cərəyanların 

fikir  bünövrəsini  zəngin  İslam  mədənəyyətinin  əsasları,  Qurani 

Kərim  ayələri,  mötəbər  rəvayətlər  bütün  əsər  boyu  izləyir.  İsmət, 

günahsızlıq  yalnız  Peyğəmbər  (s.ə.v.v)  və  onun  pak  ailəsinə  layiq 

olduğundan, sair insanlar səhv və xətasız deyildir. Bu kitabın da bəzi 

sətirlərində  müəyyən  mətləblər  nəzərə  çarpırdı  ki,  müəllifin  şəxsi 

zövq  və  səliqəsindən  doğur.  Dəqiq  oxucu,  elmi  təhlil  və  onların 

sübutu  məqsədində  olmamalıdır.  Çünki  hətta  dəqiq  və  dəlilli  bir 

insan  da  həqiqətlərin  bəyanı  və  əqidənin  izharı  üçün  öz  şəxsi 

səliqəsinə  əsaslanmış  mətləblərin  bəyanına  məcburdur.  Bununla 

belə,  iddia  etmək  olar  ki,  ümumi  qaydadan  istisna  olmayan  bu 

kitabda  oxucunun  yanılmasına,  çaşmasına  səbəb  olacaq  mətləblər 

gözə  dəymir.  Lətif  və  könüloxşayan  tərzdə  həqiqətlərin  bəyanına 

sadiqanə baş vurmuş müəllifin mütaliə olunmaq dəyəri vardır. 

Bu  kitabı  bütün  həqiqət  axtaranlara,  həyatını  yaxşılıqlar  ağuşu, 

insaniyyətin  təravətli  çəmənzarı  etmək  istəyən  etiqadlı  insanlara 

təqdim  edirik.  Ümid  edirik  ki,  bu  yaxşılıq  ağaclarının  fidanlarının 

əkinində azca da olmuş olsa, bizim də rolumuz olacaqdır. 

 

 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin