Planet adları
Şairlər göy cismlərindən olan planetlərin adlarından da eyni üslubi
məqsədlərlə bəhrələnmişlər. Bu adlara Orxon-Yenisey abidələrindən
başlayaraq orta əsr türk abidələrində «Qutadğu bilig», Mahmud Kaşğari
divanında, Oğuznamələrdə, şifahi xalq yaradıcılığı nümunələrində təsadüf
olunur. Göy cismlərinin adları görkəmli türkoloqların da diqqət mərkəzində
olmuş, bu dil vahidləri haqqında maraqlı fikirlər söyləmişlər. «Türk dillərində
teonim və etnonimlər» adlı kitabın müəllifi, L. N. Qumilyovun fikrini çox
yerində xatırladır ki, etnoslar ancaq yerin deyil, ümumilikdə biosferin
övladlarıdır. Yeraltı proseslər, təbiət hadisələri, Günəş, Ay, ulduzlar etnosların
fəaliyyətinə təsir göstərir. Müəllif Şərqi Türküstanın Turfan vadisindən tapılan
VII əsrə aid yazılarda ulularımızın daşlarda səma cismlərinin – planetlərin
əlamətlərini (mavi rəngli daşda Tahirin – Merkuri, açıq rəngli daşda Hör-
müzdün – Yupiter, sarı daşda Zöhrənin – Veneranın, qara daşda Kivanın –
Saturnun, qırmızı daşda – Ayın) görmələrini çox maraqlı nümunə əsasında
göstərir [19. S. 88].
Burada «Nəsimi əsərlərinin dilində onomastik vahidlər» mövzusunda
tədqiqat aparmış müəllifin fikirləri də maraq doğurur. Müəllif Nəsiminin
əsərlərində işlənmiş kosmonimləri – göy cismlərini (Çovza, Əqrəb, Günəş,
Həməl, Hüt, Şəms, Ütarid, Zühəl, Zöhrə, Mərrix, Müştəri və s.) sadaladıqdan
sonra yazır: «Təhlillər göstərir ki, astronomiya və astrologiya elminə
mükəmməl yiyələnmiş Nəsimi kosmonimlərin ərəb, fars adlarından
bəhrələnmiş “Töhfəyəm, pakizə cövhər laməkanın xasiyam” misrası ilə
başlayan şeirdə, yaxud “Gəlir” rədifli qəsidədə bürclərin mürəkkəblikləri ilə
insanda təcəlli tapması, eyni zamanda planetlərin hərəkətinin əsasında tanrı
iradəsinin dayanması ideyasını irəli sürmüşdür. Həmçinin “Əla, ey dürri-
bəhri-laməkanım” misrası ilə başlayan qəsidədə bütün kainatla insanı
eyniləşdirən şair bəşər övladının cismində zodiak bürclərinin tam şəkildə
2 «Тцрколоэийа», № 2
18
mövcudluğu fikrindədir» [13. S. 16]. Biz Nəsiminin adı çəkilən qəsidəsində
planet adlarının hansı üslubi məqamda olduğunu nümunə əsasında veririk:
Büruc içrə əyaq, hutü həməl – baş; // Qəmər həm öfgədir, bürcü zəbanım;
// Ütarid təbimiz, böyrək bu Zöhrə; // Ürəkdir şəmsü xurşidi-tabanım;
// Dalaq oldu Zühəl, Mərrux həm öd; // Bağırsaq Müştəri, göbək Mizanım
[20. S. 635–636].
XV–XVI əsrin əvvəllərində yazıb-yaratmış şairlərin poeziyasından
topladığımız nümunələr əsasında qeyd etmək olar ki, bu dövrün klassikləri də
astronomiyanı – ulduzlar aləmini çox gözəl bilmişlər, onlardan elmi-fəlsəfi
istiqamətdə obrazlı istifadə etməyi bacarmışlar. Fikrimizi təsdiq etmək üçün
ulduzların adlarından istifadə etməklə yaranmış məcazları – təşbihləri,
epitetləri, metaforaları nəzərdən keçirək.
Dostları ilə paylaş: |