öldürürlər qoy öldürsünlər! [2. S. 45].
Adi danışıq dilindən gələn digər təkrara (barışmır ki, barışmır, düzəlmir
ki, düzəlmir və s.) personajların nitqində təsadüf olunur: I o ğ l a n. Ancaq
qızın olunla ulduzu barışmır ki, barışmır… [2. S. 353]; II o ğ l a n. Onun
ürəyi düzəlmir ki, düzəlmir… [2. S. 342]. Təkrar olunan üzv frazeoloji
birləşmənin bir hissəsidir (ulduzu barışmır, ürəyi düzəlmir).
İ. Əfəndiyevin dramaturgiya dilində sintaktik təkrarlar mühüm, vacib
işlərin xəbər verilməsi ilə bağlı da ortaya çıxa bilir, məs.: Ş a h s u v a- r o v.
Sabah axşam düz yeddinin yarısında təzə parkda olarsan. Sənə çox mühüm
bir şey xəbər verəcəyəm. S a d ı q o v. Ola bilməz ki, indi deyəsən? Ş a h s u v
a r o v. Sabah axşam düz yeddinin yarısında! [2. S. 271]. Belə təkrarlar
təkidli təkrarlardır; dəqiqlik burada gözlənilir. Təkidli təkrar Sadıqovun
replikasında da özünü göstərir: S a d ı q o v. Yoldaş Şahsuvarov, onu bilin ki,
siz aktı yazmasanız da, mən bu işi lap bu saat hər yerə… hər yerə xəbər
verəcəyəm! [2. S. 279].
Qoşmaların təkrarı iki komponentdə görünür, cümləyə xüsusiləşmə
çaları verir, məs.: H ə s ə n z a d ə. Mənim deməyim başqa, sizin ürəyinizdən
olmağı başqa [2. S. 299]; H ə s ə n z a d ə. Ancaq bilirsinizmi, heylə işləmək
Dostları ilə paylaş: |