39
2-ci şəxsin təkində felin xəbər şəkli təkrar olunur: N a r g i l ə.
Bir gün
mahnı oxumağını tələb elədim… Sən oxudun… Oxudun… Birdən susdun…
[2. S. 349].
Əmr konstruksiyaları da 2-ci şəxsin cəmində təkrar edilir, belə təkrar
təlaş, həyəcan yaradır: M e h r i c a n. Ora baxın, ora baxın! Özünü atmaq
istəyir! [2. S. 288].
Təkrar
olunan
konstruksiyanın
biri
personajların
nitqində
substantivləşir: R e y h a n. Gələcəyi kim bilir?! İ l d ı r ı m A ğ a y e v.
«Kim bilir»i əkiblər, bitməyib [2. S. 243].
Dramların dilində özümüz özümüzü, bir birimizi, hərəmiz hərəmizi tipli
əvəzliklərdən ibarət olan daxili təkrarlar da geniş yayılmışdır: S a d ı- q o v.
Biz gərək özümüz özümüzü yox, bir-birimizi tərifləyək [2. S. 272]. Sintaktik
təkrarlar komponentlər arasında antiteza yaradır: II o ğ l a n. Naryadçı qız
gələndən bəri nə gecəsi gecədi, nə gündüzü gündüz… [2. S. 352].
Təkrar müsahiblərin hər ikisinin nitqində gerçəkləşir. Burada birinci
müsahibin dediyi konstruksiyanı ikinci müsahib eyni ilə və ya qismən də-
yişdirilmiş şəkildə təkrarlayır. Təsdiqetmə, razılaşma mənası belə təkrarlarda
əsas yer tutur: N a r g i l ə. Doğru deyirəm. H ə s ə n z a d ə. Yəqin ki, doğru
Dostları ilə paylaş: