Partiya iclasında öz nazirlərini biabır eləyib ki, «niyə bunun oğlu
instituta xüsusi maşında gedir? Niyə tək oğlan olduğu halda üç otaqdan
ibarət kvartira alıb? Niyə arvadı həkim olduğu halda heç bir yerdə işləmir?..»
[4. S. 178]. Belə təkrarlar isimə də aiddir. Emosiyalı fikirlərin verilməsində
belə təkrarlar işlənir. Özü də ki, nida ilə birlikdə özünü göstərir, məs.: D a- v u
d (dərindən ah çəkərək). Ah insanlar… insanlar… [4. S. 176].
Narazıyam – çox narazıyam quruluşlu təkrarlar: N ə r m i n. Mən
taleyimdən narazıyam… çox narazıyam [4. S. 168].
Ona görə yox ki – ona görə ki quruluşlu təkrarlar: N ə r m i n. Ona
görə yox ki, mən yüksək əxlaq nümunəsi olmaq istəyirəm. Ona görə ki, sənin
prinsiplərin mənə iyrənc, mənasız görünür [4. S. 168].
Dialoqlarda personajın nitqini müraciət (şəxs əvəzliyi ilə) cümlə başı
təkrarlanır, məs.: D a v u d (həqiqi heyranlıqla). Siz müqəddəssiniz. Siz
zəmanəmizin yüksək əxlaq nümunəsiziniz… Siz… [4. S. 173]. Situasiyadan
asılı olaraq belə təkrarların sonunda bəzən cümlə tamamlanmamış qalır.
Dialoqlarda personajların münasibətlərindən doğan təkrarlarda yüksək
emosionallıq, intensivlik yaratmaq üçün çox vaxt birinci cümlənin sonundakı
xəbər ikinci cümlədə yüksək tonla təkrarlanır, məs.: D a v u d. Təşəkkür nədi?
Siz mənə əmr eləyin! Əmr eləyin ki, get özünü at dənizə [4. S. 172].
Dostları ilə paylaş: |