Aldat ki, aldadacaqsan tipli təkrarlara da replikalarda tez-tez rast gəl-
mək olur, məs.: C a n i k. Yaxşı tapmısan. Aldat ki, aldadacaqsan [4. S.
176].
Üslubi təkrarlar dialoq nitqini əlvanlaşdırır, eyni sözün müxtəlif məna
çalarları meydana çıxır, məs.: C ə m i l. Bilirəm ki, siz bir gün dar bir körpüdə
üz-üzə gəlib, heç biriniz o birinə yol verməyəcəksiniz [4. S. 176].
Salam verməsəm – salam verməz quruluşlu təkrarlar: C ə m i l (acıqlı).
«Düz deyir». Nə bilirsən ki, sabah acığı tutanda bizim haqqımızda da nə
deməz? Yekəxana fanatikin biridir. Qabağına çıxanda mən salam verməsəm,
özü birinci salam verməz [4. S. 178].
Təkrarlar dialoqun ardıcıl gələn replikalarında təkrarlanır: C ə m i l. O
vaxtdan iyirmi il keçir… İndi sənin Samir boyda oğlun var (zarafatyana). Olan
olub, keçib… N ə r m i n (fikri özündə deyil). Heç nə keçməyib… C ə- m i l
(təəccüblə). Heç nə keçməyib? N ə r m i n. Yox! (Birdən əsəbiləşərək). Heç
nə [4. S. 179–180].
Dialoqun sualındakı cümlə üzvü cavab replikasında yenidən təkrar
olunur, məs.: C ə m i l (eyni təəccüblə, mülayim). Mənim üçün qəribədir ki,
sən nə üçün belə əsəbiləşirsən? N ə r m i n (dərindən nəfəs alır, sanki şüuru
təzədən özünə qayıdır, sakit və mülayim ifadə ilə). Əsəbiləşmirəm… [4. S.
180].
44
Dialoqda modal söz təkrar olunur: C ə m i l. Doğrudan da (telefon
zəngi, Cəmil dəstəyi götürür). Eşidirəm. Sədrin yanına? Nə məsələdir ki?
Dostları ilə paylaş: |