baxmırlar ki, baxmırlar [2. S. 182]. Bu təkrarı eyniölçülü fellərin arasındakı
ki əmələ gətirib. Ki işlənməsəydi, fellər arasındakı intonasiya zəifləyərdi.
Yazıçının dramlarında mətndə feli bağlama təsdiq və inkarda işlənərək
təkrar hadisəsini yaratmışdır, məs.: S ə d ə. Mənim üçün ən əzablı dəqiqələr
poçtalyonu gözlədiyim zamanlar olurdu. O gəlməyəndə səbrim kəsilirdi.
Gələndə də ürək eləyib səndən kağız olub olmadığını soruşa bilmirdim. Ah, o
günlər, o günlər… [2. S. 184]. Mətnin sonunda dramaturq keçən günləri
sintaktik təkrarlar vasitəsilə yada salır.
Tədqiqatçıların nöqteyi-nəzərincə, təkrarlar mətni struktur-semantik
cəhətdən təşkil edən sintaktik vasitələrdəndir. K. Vəliyev müxtəlif quruluşlu
təkrarları fərqləndirərək onların mətnin struktur-semantik təşkilində mühüm
rolunu göstərir [3. S. 20].
Feli xəbər personajın nitqini təşkil edən cümlələrdə eyni formada
təkrarlanır. Təkrar olunan xəbər mikromətnlərin qapanmasında, örtülməsində
aparıcı rola malikdir, məs.: X a n m u r a d. …Öz xüsusi inəyimi və beş
qoyunumu və iki keçimi qatıram kolxoz malına, çünki, niyə, canım, yağdı,
«bəsdi» deyincən kolxozdan alırıq. Ətdi, alırıq. Pendir alırıq [2. S. 228]. Bu
cür təkrar, fikrimizcə, fərdin psixoloji vəziyyəti, əhval-ruhiyyəsi ilə bilavasitə
bağlıdır. Yəni, personaj həmin fikri əşyaları həmcinsləşdirməklə də istifadə
edərdi, bu zaman təkrara yol verilməzdi.
Nəcəfin nitqindəki dinmədim felinin təkrarı mətnin təşkili mexanizminə
xidmət etmişdir, çünki belə təkrarlar mətnyaratma funksiyasını da yerinə
yetirir, məs.: N ə c ə f. Yoldaş Niyaz da buradadır, qoy eşitsin. «Qardaşı
briqadirlikdən çıxartdır», dinmədim. Dedin «həyətyanı torpağın çoxdur»,
tutub yarısını aldın, dinmədim. Dedin «pambıqdan sonra gəl tikintidə işlə»,
dinmədim… [3. S. 210]. Yuxarıdakı mətndə almaq və sonrakı mətndə
dinməmək fellərinin təkrarı, fikrimizcə, mövzunun açılmasında da əsaslı
mövqeyə malikdir.
Maraqlıdır ki, təkrarlarla bəzən yazıçı tipin böyüklər yanında mütiliyini,
yaltaqlığını da oxucuya çatdırır. Məsələn, Ağasəlim kolxoz sədrinin, raykom
katibinin yanında deyirsən burda ifadəsini bir neçə dəfə təkrar edir ki, bununla
da onun yarınan xarakteri açılır: A ğ a s ə l i m. Canım, ispalkom
Dostları ilə paylaş: |