Şahlar həSƏNOĞLU


*****              *****               *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə48/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   44   45   46   47   48   49   50   51   ...   65
2016-2403

 
*****              *****               ***** 
 
Sürəyya  şəhərə  qayıdıb  taksini  Nərgizin  ər  evinə 
sürdürdü. Balaca göygözü 
oynatmaq,  bir  az  da  olsa  ürəyini 
açdımaq  istəyirdi.  Qoca  şoferə  dil-ağız  eləyib  darvazanı 
döyəndə  Nərgiz  də  Zaur  qucağında  qarşısına  gəldi.  Nərgizə 
məhəl  qoymayıb  Zauru  hop  gətürdü,  qaldırıb  başı  üzərində 
yellətdi, atıb tutdu güldüdü, sanra da ağladıb anasına qaytardı. 
Zaurun  ağlaması,  ağlayanda  dodaqlarını  büzməsi  xoşuna 
gəlirdi.  Zaur  büsbütün,  başdan  başa  gözəllikdi.  Bircə  Zaur 
unutdurur dünyanı ona. 
Nərgizin  qaynanası  olduqca  şirindil,  hörmətcil  arvaddı. 
Indi də lap artıq iltifat göstərdi ona: 
-Qaynanan 
çox  istəyəcək  səni  ay  bala,  plov  qazanın  lap 
elə  indicə  götürmüşəm  dəmdən.  Gədələr  də  yoxdu  burda, 
deyirdim  elə  Allahın  öz  altında  bir  şirin  adam  gəlib  çıxaydı 
bura. 


 
251 
Nərgizin  bir  cüt  baldızı  var,  ikisi  də  bir  boyda,  bir 
biçimdə, yamanca əl-ayağa düşüb qızlar da, biri çay gətirir, biri 
konfet  gətirir,  mürəbbə  gətirib  qoyurlar  üç  dörd  cürə.  Hələ 
bunlar da bəs deyilmiş, gedib kampotlar gətirirlər rəngbərəng, 
qarpız içi çapıb gətirirlər. Stolun üstünə o qədər şey düzüblər, 
guya  stol  tutduqca  qonaqları  olacaqdı,  tək  Sürəyya  deyildi 
qonaqları.  Sürəyyanın  da  başı  qarışıb  göygözü yedirtməyə. 
Qırmızıca  dodaqları  arasına  qarpız  kəsib  içəri  itələşdirir, 
mürəbbə  qaşıqlayıb  yumşaqca  addatdırır.  Sonra  da  qayıdıb 
şirincə-şirincə  gülümsünür,  gülümsünəndə  coşub  əl-qolunu 
ye
lləyir, Sürəyyanın qabaq tellərindən tutub çəkişdirir. 
Bu yer
də bir dodağı pamadalı uca boy, kök bir qadın girdi 
içəri, əynində bahalı, əcnəbi tikilişli, fabrik istehsallı zərli xalat, 
qolları dibəcə açıq, döşü qaydalı açıq. Xanım onunla salamlaşıb 
qarşı  tərəfdə  əyləşərək.  Zauru  onun  necə  nazla  yedirtdiyinə 
tamaşa etməyə başladı. Yox amma, Zaura yox ona tamaşa edir, 
ayaqdan başa kimi diqqətlə onu süzməkdədi. Sürəyya sıxıldı bu 
şəhər  qadınının  baxışından.  Belə  çox  qəribə  baxışı  vardı 
xanımın, elə bil bir mağaza içinə girmişdi, mağazanın vitrininə 
qoyulmuş  bir  əcnəbi  istehsallı  əşyaya  dikilmişdi  gözləri, 
əşyanın  enini,  uzununu,  rəngini,  boyasını  yoxlaşdırırdı,  əlini 
sürtüb materialının yumşaqlığını, codluğunu yoxlaşdırmaq istə-
yirdi, durub Sürəyyanın arxa tərəfinə keçir, böyründən, yandan, 
profildən  göz  yetirirdi  ona.  Sürəyya  əsəbiləşib  mürəbbəni 
“göygözün”ağzı əvəzinə burnuna tökdü. Zaur hirslənib fınxırdı, 
şapalaqla  Sürəyyanın  üzünə  çəkdi,  başladılar  Sürəyya  ilə 
dalaşmağa. Bu yerdə Nərgiz əlində bir dəst bağlı serviz gətirib 
stol  üstünə  qoyaraq  Sürəyyanı  xanımın  möhtəkir  alıcı 
baxışlarından  xilas  etdi.  Xanım  servizi  açıb  bir-bir  əşyalarını 
nəzərdən keçirərək tərifləməyə başladı: 
-
Nə  gözəldir  ay  Nərgiz,  canın  yansın,  vallah  mən 
ömrümdə heç beləsini görməmişəm. Vay səni sağ olasan, niyə 
indiyəcə bunun  yerini mənə deməmisən, qardaşım Elbar üçün 
götürərdim. 


 
252 
-
Yenə götürərsən də, nə olubdu niyə dava salırsan? 
-
Qoy  maşın  göndərim  sən  Allah  bir  Tavad  da  gəlsin 
baxsın  servizə,  bəlkə  elə  o  da  bəyənib  götürəcək.  Vallah  heç 
madonna serviz də belə olmaz! 
Xan
ım  başı  yalavlı  çıxıb  yüyürə-yüyürə  getdi.  Nərgiz 
servizi götürüb yenə karopkası içinə yığmağa başladı. Sürəyya 
bir  çinisini  götürüb  əlində  o  tərəf-bu  tərəfə  çevirdi.  Yaşıl 
boyada  naxışları  olan  lakin  son  dərəcə  gözəl  işlənmiş  bir 
servizdi serviz. Hər halda mağazalarda belələri azmıdır, bunun 
nəyinə  belə  aşiq  olub  xanım?  Əlbəttə  onlar  tanıyırlar, 
qiymətləndirə  bilirlər  əşyanı.  Əşya,  ziynət,  büllur  qablar 
təşnəsidi onlar. Sürəya üçün fərq eləməz necədi, hara istehsalıdı 
qab
lar, istəsə də heç ayırıb seçə bilməz yaxşısını, pisini. Gərək 
marağın  ola,  gərək  əşyaya  həvəsin  ola,  əşyapərəstliyin  ola 
gərək.  Sürəyya  yaşda  yox  ondan  altı-yeddi  yaş  kiçik  qız 
uşaqları hər mağazaya girəndə belə-belə əşyalara göz dikərlər, 
indidən  bir-bir  toplayıb  özlərinə  cehizlik  düzəldərlər.  Amma 
Sürəyyanın  ürəyindən  qalxıbmı  heç?  Hələ  göz  dikib  bu 
servizlərə, billur qablara, güldanlara həsrətlə tamaşa edən tay-
tuş  şəhər-kənd  qızlarına  ürəyində  istehza  eləyibdi.  Nə  var  axı 
bu nəlbəkidə, bu gözəlliyinə qız belə məftunluqla tamaşa edir 
ona,  hansı  gözəllik  görüb  bu  billur  stəkanda,  bu  əcnəbi 
keramikasında? 
Sonra  da  fikirləşirdi  ki,  tale  özü  yadlaşdırıb  bu  hissiyatı 
ona.  əgər  o  da  bəxtəvər  olsaydı  hamı  kimi,  qabaqdan  toy-
düyünü  gələcək  olsaydı,  əlbəttə  o  da  mağazalara  girəndə  belə 
şey-şüylərdə  qalardı  gözləri,  zövqünə  görə  seçib  az-az  alardı 
özünə. Doluxsundu Sürəyya. Nərgiz duymasın deyə çinini atıb 
Zaurun üzünü üzünə sıxdı, elə də sıxdı ağlasın Zaur, göz yaşları 
Sürəyyanın yanağına axsın, bilinməsin kimindi göz yaşları. Nə 
qədər  sıxdı  ağlamadı  Zaur,  “ağzının  suyu  axıb”  Sürəyyanın 
yanaqlarına töküldü. 
-
Yavaş, ağzının suyu üzümü islatdı! 


 
253 
Uşaqdımı 
Nərgiz? 
Elə 
səsinin 
titrəməsindən, 
boğulmasından qandı hər şeyi. 
-Ordanm
ı gəlirsən? 
-Haran
ı deyirsən? 
-Tarlan
ı. 
-
Nə bildin Nərgiz?... 
-
Niyə, bilmirəm bu gün ayın neçəsidi? 
-
Öldürmə məni Nərgiz!... 
-
Qoy görək sən Allah! Omaxşımağına bax! Ayıbdı qızlar 
gəlir...  sabahdan  gözüm  yol  çəkirdi.  Istədim  mən  də  gedəm. 
Sonra fikirləşdim yox, qoy tək olsun, boşaltsın ürəyini. Arvada 
plovu da mən bişirtmişəm bu gün sənin anadan olan günündü 
Sürəyya! Görəcəksən indi! 
-
Yox Nərgiz, bu gün ölüm günümdü mənim!  
-
Səfekləmə, gözlərinin yaşına bax! Zaur bir şillə vur xa-
lanın üzünə! Elə yox, bərkdən... lap bərkdən! Hə, bax heylə!... 
Zauru b
ir  təlxəyə  çevirib  oyunbazlıq  etdirdi,  güldürdü 
axırda Sürəyyanı. Söz-söz dalınca, oyun-oyun ardınca, hər şeyi 
yenə unudub toxdadı Sürəyya. 
Birdən qapı yenə taybatay açılıb bayaqkı xanım, yanında 
da hələ ondan da uzun, ondan da həris baxışlı bir başqası içəri 
girdilər.  Bu  xanım  görünür  kiçik  bacıydı,  boyalamasının 
tündlüyündən  görünürdü.  Bir  də  adama  dikilmiş  gözlərindəki 
bir  mal  alverçisi  baxışlarının  daha  coşqun,  daha  nüfuzedici 
olmasından  bilinirdi.  Elə  bil  lazer  vardı  xanımın  baxışlarında, 
adamın  bu  tərəfindən  batıb  o  tərəfindən  çıxırdılar.  Bir  rengen 
kimi  bu  baxışlar  ap-açıcaq  soyundurmuşdular  Sürəyyanı,  tək 
elə  bir  zahiri  görkəmini  deyil,  boy-buxununu,  qaş-gözlərini, 
çöhrəsini deyil, mə”dəsini, bağırsaqlarını, öfkəsini, qarabağırını 
açıb  çölə  tökmüşdülər.  Canına  soyuq  bir  üşütmə  gəldi  bu 
baxışlardan.  Nə  yaxşı  Nərgiz  karobkanı  açıb  yenə  servizi 
ortalığa  tökdü,  xanımların  baxışı  indi  tək  ona  yox  həm  də  bu 
bahalı  əşyalara  dikilib  elə  bil  tən  yarı  azaltdılar  öz  lazer 
tərkiblərini, rengen sürəkliklərini. Amma bu təzə gələn xanımın 


 
254 
hələ də gözləri onu hərbələyirdi. Əlindəki gözəl servizə məftun 
olsa da elə bir gözü Sürəyyadaydı. 
-
Vay  başıma  xeyir  ay  Nərgiz,  niyə  bunun  yerini 
bildiməmisən bizə ay canı ölmüş! Nə gözəldi, nə gözəldi! Heç 
ingilistanda  belə  gözəl  olmaz,  heç  firəngistan  servizi  də  belə 
olmaz! Nə gözəl servizdi bu serviz! Neçiyə desələr götürəcəm 
vallah, yüz minə desələr götürəcəm!  
-Vallah heç inanm
ıram  bir  kənd  mağazasında  ola  bu  ay 
Nərgiz!  
-
Niyə  olmur  ay  bacı,  indi  elə  yaxşı  şeylər  hamısı  kənd 
yer
lərində olur. Vallah! 
Sürəyya xanımın baxışlarından əsəbiləşib yönünü o yana 
çevirdi, Zaurun dodaqlarından tutub büzələməyə başladı. 
-
Vallah  hər  yanı  gözəldi,  hər  çeşnisi  gözəldi.  Elə  günü 
sabah gedib alacam bunu Elbarıma. 
Bir-
birinin çiyninə vurub gülüşməyə başladılar. Nərgizin 
baldızları  plov  boşqablarını,  şoraba,  salat  qablarını  gətirib 
düzdülər.  Stolun  üstü  bir  toy  masası  kimi  bəzədildi.  Şəhər 
camaatına  xas  olan  bir  ev-əşya,  pal-paltar  söhbəti  başlandı. 
Hamı  da  ağzı  danışsa  da  gözləri  ona  baxışlıydı.  Hər  tərəfdən 
qulluq göstərilməkdəydi ona, ac olsa da Sürəyya sıxılıb yeyə də 
bilmədi,  bir-iki dindələyib  boşqabı  geri  itələdi.  Boğazından 
k
eçmədi  yemək.  Nə  yaxşı,  darvazada  bir  maşın  dayanıb 
siqnalladı.  Nərgizin  baldızı  gəlib  dedi  Sürəyyanın  qardaşıdı 
gələn. Onda da xatırladı ki, səhər evdən çıxanda deməyib hara 
gedəcək.  Tez  Zaurun  əlindən  çantasını  qapıb  eşiyə  qaçdı. 
Xudaha
fizləşməyi də unutdu. Şüşəbənddə ayaqqabılarını tələsik 
ayaqlarına keçirdiyi yerdə içəridən şən bir xanım nidası eşitdi: 
-
Heç  yemək  yeməsinə  baxdınmıTavad?  Elə  bil  vallah 
firəngistan  qızıdı,  incə-mincə!  Elə  bil  heç  kənd  yerində 
böyüməyib. Aldıq bacı bunu qardaşımıza!  
Add
ım  atıb  pilləkəni  düşmək  istəyəndə  titrəyib  əsələndi 
daş  pilləkən,  irəli-geri  qaçmağa  başladı  Nərgizgilin  evləri 
darvazal
arı. 


 
255 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin