Şahlar həSƏNOĞLU



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə1/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
  1   2   3   4   5   6   7   8   9   ...   65
2016-2403



 
ŞAHLAR HƏSƏNOĞLU 
 
 
 
 
 
T Ə L Ə B Ə L Ə R 
 
Roman 
 
 
Birinci hissə 
 
 
Sona bülbüllər 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2016


 



 

Ön söz 
 
Bu roman “Gənclik” nəşriyyatında bəyənilib 1987-ci ilin 
planına  salınmışdı.  Sovet  dövrünün  qaydası  ilə  onu  gizli  rəyə 
göndərdilər. Cəmi 10-12 sətirdən, iki bənddən ibarət mənfi rəy 
gəldi. Etiraz edib rəyin əsassızlığını sübut etdim. Romanı ikinci 
rəyə göndərdilər. İkinci rəy birincinin tam təkrarı idi: 
1. Ro
manda mürtəce, pantürkist “Ərgənəkon” əfsanəsinə 
işarət  edildiyinə  görə  onu  sovet  gənclərinə  təqdim  etmək 
olmaz; 
2. Mərkəzi Komitə spirtli içkilərə qarşı geniş kampaniya 
başlatdığı  halda  romanda  tələbələr  düşərgələrində,  pambıq 
tarlasında  harda  gəldi  yemək-içmək  kampaniyaları,  ad  günləri 
təşkil  edir,  spirtli  içkilər  içirlər.  Bu  da  Mərkəzi  Komitənin 
siyasətinə bilavasitə qarşı çıxmaq deməkdir”. 
Yenə  etiraz  etdim:  “Əvvələn  ən  azı  1500  il  öncələrdə 
yaranmış  xalq  əfsanəsi  necə  mürtəce  və  necə  “pantürkist”  ola 
bilər,  ikincisi  romanda  cərəyan  edən  hadisələr  Mərkəzi 
Komitənin spirtli içkilərə qarşı başlatdığı kampaniyadan 10-15 
il öncələrdə baş verir”. 
Rəhbərlik  haqlı  olduğumu  görüb  dedi  –  Müəllim  bu 
rəyçilər  elə-belə  adamlar  olmayıb  yuxarılarla  (yəqin  ki, 
Senzorla) bağlıdırlar. Onların bu rəylərindən sonra romanı çap 
etsək başımız ağrıyar. Sən belə elə: çap olunmuş bütün əsərlə-
rini topla, bir neçəsini də əlavə elə, gətir kitab halında çap edək. 
Beləcə “Gənclik” nəşriyyatında “Yaxan düymələ” – povest və 
hekayələr kitabım kütləvi tirajla çap edildi. 
Roman isə qaldı. Onu “Azərbaycan” jurnalına da təqdim 
etm
işdim.  Baş  redaktor  (yanılmıramsa  Zöhrab  Tahir  idi) 
oxuyub  dedi:  “Şustrıy”  əsərdir,  gətir  qısaldıb  çap  edək. 
Razılaşmadım.  Sonralar  peşman  oldum  razılaşmadığıma  görə. 
Lakin dünyanın qəfil belə dəyişəcəyini o vaxt nə bilmək olardı? 
Bu yaxınlarda o vaxt –yev, indi –zadə olan ikinci rəyçim 
televizorda  nə  desə  yaxşıdır:  “Sovet  hökuməti  70  ildə,  ondan 


 

əvvəl  də  Çar  hökuməti  200  ildə  bizə  milli  mənliyimizi  dərk 
etməyə, mədəniyyətimizi inkişaf etdirməyə hər vasitə ilə mane 
olub”. 
Paho!  Sovet  senzirasının  (KQB-sinin)  ştatdankənar 
əməkdaşı  nə  yaman  dəyişib,  milli  mənliyimizdən,  mədəniy-
yətimizdən danışır. Vətənpərvər, millətçi, türkcü olub. 
Əslində  heç  düz  də  demir:  istər  Çarizm,  istər  Sovet 
hakimiyəti nə qədər müstəmləkəçi rejimlər olsalar da, hər halda 
Qərb  sivilizasiyaları  idilər  və  bizi  Avropa  mədəniyyətinə 
qovuşdurdular. Hər iki dönəmdə Azərbaycan mədəniyyəti yük-
sək dərəcədə inkişaf etdi. XX əsrin 1-ci qərinəsindəki mədəni 
yüksəlişimizi  göz  önünə  gətirin.  Sovet  hakimiyyəti  Azərbay-
canda  ana  dilində  əvvəlcə  ibtidai, sonra yeddiillik, sonra orta 
ümumi icbari təhsili həyata keçirdi. Indi məlum olur ki, bir vaxt 
hamımızın lənətlədiyi “Gülüstan” və “Türkmənçay” müqadilə-
ləri Şimali Azərbaycanın taleyində nə qədər müsbət rol oyna-
yıb.  əgər  bu  müqavilələrlə  Şimali  Azərbaqcan  İran  imperiya-
sından  qoparılıb  Çar  Rusiyasina  birləşdirilməsəydi  nə  Çar 
hakimiyyəti,  nə  Sovet  dövründəki  o  mədəni  yüksəlişimiz,  nə 
hazırkı  Müstəqil  Azərbaycan  dövlətimiz  mövcud  olardı.  Indi 
filologiya elmləri doktoru olan həmin rəyçi  guya bunları dərk 
etmir? Gözəl dərk edir. Ancaq indi belə şeyləri söyləmək ona 
sərf  etmir.  O  vaxt  Sovet  senzurasına  (KQB-yə)  xidmət  etmək 
sərf  edirdi.  Indi  axına  qoşulub  Sovet  dönəmini,  Çarizmi 
lənətləmək  sərf  edir.  O  heç  vaxt  obyektiv  olmayıb,  sadəcə 
sərfə, fayda güdüb, onda da, indi də. 
Romana  gəldikdə  əgər  müəllif  onu  internetə  ötürə  bilsə 
ziyalı  oxucular  görəcəklər  ki,  o  Sivet  dövrü  gerçəkliklərini 
realistcəsinə  əks  etdirən  həqiqətən  də  “şustrıy”  əsərdir  və 
oxumağına dəyər. 
Sonda:  birinci  rəyçi  (indi  o  dünyasını  dəyişib)  romanın 
əlyazmasının  bir  yerində  belə  yazmışdl:  “Siz  qadını  ideallaş-
dırırsınız.  Əgər  qadın  idealdırsa  onda  küçələrdə,  evlərdə,  res-
toran  və  mehmanxanalarda,  bar  və  pritonlarda    can  alveri  ilə 


 

məşğul  olan,  ərinə  xəyanət  edən,  ərini,  uşaqlarını  atıb  başqa 
kişiyə  qoşulub  qaçan  qadınlar  nədi?  Deməli  siz  qadını  da, 
həyatı da yaxşı bilmirsiniz”. 
Mən  onun  bu  iradına  cavab  olaraq  romana  həkim  İs-
mayılovun hekayətini əlavə etdim. Göstərmək istədim ki, mən 
həyatı  da,  qadını  da  gözəl  bilirəm.  Sadəcə  olaraq  mən  qadını 
ideal  görmək  istərdim.  Ideal  qadınlar  isə  var  həyətda!  Onlar 
olmasaydı həyatın heç mənası olmazdı. 
“20  Yanvar”  faciəsində  gənc  həyat  yoldaşının  düşmən 
gül
ləsinə  tuş  gəlib  şəhid  olmasını  eşidəndə  sirkə  turşusu  içib 
özü
nü  öldürən  Fərizə  ideal  qadınlığımızın  parlaq  timsalı 
deyilmi? 
Bu qəmli hekayət “Leyli-Məcnun”, “Əsli-Kərəm” dastan-
larının  müasir,  həm  də  daha  təsirli  variantı:  “Fərizə-İlham” 
dastanıdır!.. 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin