******** ******* *******
Pedaqoji institut tələbələrinin pambıq yığdıqları bu
rayonla qonşuluqdakı digər rayona Tibb institutu tələbələri
gətirilmişdi. Müalicə profilaktika fakültəsinin yerləşdirildiyi
uşaq bağçası, internat məktəbi, köhnə klub binası və çiy
kərpicdən tikilmiş iki uçuq daxma geniş bir həyət içində olub
kəndin bir kənarında, asfalt yola çıxan daş yolun sol tərəfində
idi. Qızlar internat məktəbi və uşaq bağçasının rahat
çarpayılarında, oğlanlar isə köhnə klub binasının otaqlarında
narahat açma-
bükmə çarpayılarda yatırdılar. Klub binası
yanındakı çiy kərpicdən tikilmiş uçuq daxmalar müharıbə
illərinin göz ağrıdan yadigarları kimi həyətin bir tərəfini
korlayıb görkəmdən salsa da onları uçurub həyətin bu hissəsini
də yaraşığa mindirmək, səliqəyə salmaq görünür heç kimin
ağlına gəlməmişdi. İllərlə istifadəsiz qalan küləyin, yağışın
19
üstünün qamış örtüyünü didib keçəllətdiyi, divarlarının palçıq
suvağını üçürüb tökdüyü bu daxmalar indi tələbələrin bu gəlişi
ilə işə yaramışdı: tələbələr onları silib süpürüb, içinə masa,
kürsü düzüb istirahət otağı kimi bir şeyə oxşatmışdılar. Tez-tez
bunlarda şən məclislər qurulur, qonaqlıqlar, ad günləri keçiri-
lirdi.
Pambıq yığımının lap o qızğın vədəsində, gündüz saat üç
ilə dörd arasında bu daxmalardan birində beş nəfər tələbə masa
arxasında əyləşib yemək içməklə məşğul idi. Masanın bir
kənarında buğlanan alüminium qzandan boşqablara xörək
çəkən ağbəniz, orta boylu oğlan qaşlarını dartıb çox ciddi, çox
rəsmi bir görkəm almışdı. O hər boşqabı verdikcə masa üzə-
rində düzülmüş boşqabların, çəngəl bıçaqların, topa-topa
qoyulmuş yumurta - kartof soyutmalarının, göy-göyərti dəstə-
lərinin, ağızları kəsilib açılmış konserv qutularının, əllə kəsilib
parçalanmış çörək qalıqlarının, şərab şüşələri və stəkanlarının
əvvəlki düzülüşü pozulub dəyişdirilir, boşqablar üçün yer
düzəldilirdi. Hamının boşqabı çəkilib qabağına qoyulanda
süfrənin ilkin görünüşündən əsər-əlamət qalmamışdı. Bayaq
ağbəniz oğlanın qazan yanında qoyduğu çəngəl indi gedib
süfrənin o başına çıxmışdı və çox çətinliklə tapılıb "aşpaza"
qaytarıldı. Hər şey hazır olanda masa başında "aşbazla" üz-üzə
dayanıb tost deməyə hazırlaşmış, o biri tələbələrdən xeyli yaşlı
görünən üzünü tük basmış boz kepkalı, xoş görünüşlü oğlan
çox qısa elədi:
-
İçək bu badələrimizi aşpazımızın sağlığına!
Stəkanlarını bir-birinə toqquşdurub içərək hamı yeməyə
girişdi. hərə ağzına iki-üç loğma qoymağa macal tapmamış
üzündə iri-iri xalları olan qarayanız, dolu bədənli oğlan
stəkanlara şərab süzüb özününkünü də əlinə alaraq ayağa
qalxdı:
-
Bax, qardaş, mən bu gün anadan olmuşam, siz də
bununçün toplaşmısınız mənim başıma, hərə bir növ işdən
yayınıb. Musa hamıdan ağsaqqaldı, yaxşı da tost dedi, sağ
20
olsun. Qaçıb gəlib. Axşam Rafael müəllim iclasda üzünün
abrını tökəcək. Musa da başını aşağı salıb verəcək peysərinə.
Kimdən ötrü? Sahibovdan ötrü! Çünki, Sahibov bu gün anadan
olub. Lap əcəb eləyib doğulub. Ya bəlkə qələt eləyib?
-
Əcəb eləyib?
-
Əcəbdən əcəb eləyib! Sahibov olmasa bizim bu günkü
şən məclisimiz, bu yemək-içmək olardımı? İndi hamımız günün
altında yana-yana pambıq yığırdıq, acından da mədəmiz
quruldayırdı. Neyləyirdi Zahid mən ölüm?
-
Quruldayırdı...
-
Gördünüz təsdiq etdi. Deməli mən düz eləyib
doğulmuşam!
-
Sahibovun sağlığına!
-
Sağ ol Sahibov!
Bu badələri də içib yerə qoyan kimi Adil dedikləri
ağbəniz, başının tükləri seyrək, üzündə çiçəkdən qalma
çökəkləri olan ciddi görünüşlü oğlan stəkanlara şərab süzüb
ayağa qalxdı:
Hamınız bilirsiniz mən Rəfael müəllimin özündən icazə
almışam. Amma icazəm olmasaydı da mütləq bu məclisdə
iştirak edəcəydim. Zor, xoş. Zahidin də Allaha şükür, o
böyüklükdə dayısı var, istəsəydi heç pambığa gəlməzdi, kim
ona nə deyəcəkdi? Demək beş nəfərin içində bu məclisə
gəlməkdə ən çox çətinlik çəkən kim olur?
-
Əlbəttə Musa!
-
Düz demədiniz. Orxan!
-
Nöş, alə, Musanın axşam boynu ardına verəcəyini heç
qara kəl çəkə bilməz!
-
Yox, Zahid, düzdü Musanın da əzabı ağır olacaq, amma
bədən arısı çəkməyəcək. Orxan amma qan itirib, çayır otunu
salıb burnunun içinə, üstündən də dombuzla vurub! Rafael
müəllim də qan gördü qurtardı. Buraxıb, deyib get xəstəxanaya
“vikasol” al atginan. Kimdən ötrü itirib qanını Orxan?
- Sahibovdan ötrü.
21
-
Yox, “kəmşirin” şərabından ötrü!
-
Yox Musa, Sahibovdan ötrü, dostluq, yldaşlıq naminə.
İçək cəfakeş dostumuzun sağlığına! Şəxsən mən yüz dəfə
Rafael müəllim danlasa dözərəm, amma burnumu qanatmağa
dözmərəm.
-
Mən heç dözmərəm. Bir il içki içməməyə də dözərəm,
amma burnumu qanatmaram.
-
Neyləmərəm Zahid?
- Qanatmaram!..
-
Beşyüz adamın içində Rafael müəllim on beş dəqiqə
Musa
ya, gupuyacaq, Musanın üz kapilyarları nə qədər qızarıb
dolsa da qa
nla, partlayacaq kapilyarları? Əlbəttə yox! Qan
itirəcək Musa? Yenə yox! Içək sənin sağlığına cəfakeş qardaş,
dünyada bir dostluq qalacaq insana, bir belə-belə məclislər
qalacaq, bir də bir ala gözlü, lalə yanaqlı, incə belli qalacaq.
-
Alə dayan Sahibov, təzədən təsvir elə görüm!
-
Sahibov sən dayan, mən deyim: bir uca boylu, incə
belli...
-
Yox, mənölüm, ucaboy mən istəmirəm, qısalt boyunu!
-
Adə, sənin boyun var istəyəsən? Törə şeysən sən.
-
Yaxşı sonrasını davam elə!
-
Alma yanaqlı...
-
Dayan! Almalığı özündən, ya sürtmə?
-
Necə olsa olar alə, təki gözəlliyi olsun!
-
Musa sən de mən ölüm!
-
Əlbəttə özündən, lap sizin Quba alması kimi, təbii!
-
Öpürəm səni. Nə qanır bu, qədəşdi. Bəs rəftarı, danışığı
necə olsun Zahid qağa?
-
Mülayim, meyxoş, həmişə nazlı-qəmzəli, həmişə can
alıcı! İşvə bilən, küsüb barışan, yandırıb yaxan!..
-
Ta deynən bazar lotusu də! – Musa əsəbiləşdi.
-
Bəs nə təhər alə, qaraqabaq? Burun sallamış? Quru
taxta? Zövqünüz y
oxdur alə sizin!
22
-
Zahid düz deyir! Qız can alan olmadı tulla getsin! Mən
ölüm!
-
Bir dayan a Sahibov. Siz elə belə gəzib oynamaq qızı
deyirsiniz, ya bir həyat yoldaşından danışırsınız?
-
Lap elə həyat yoldaşı! Gülüb oynamayacaqsan həyat
yoldaşınla? Bir məzələnməyəcəkcən heç, qaradinməz
oynayacaqsan? Kefin gələndə bir bu şərab piyaləsi kimi gözün
önündə tutub boyuna-buxununa tamaşa etməyəcəksən,
oynatmayacaqsan?
-
Avara olma a Sahibov, həyat yoldaşıyla arada məsafə
saxlasın gərək kişi, aranı açmasın, pərdə saxlasın!
-
Paho, sən lap qocaltdın bizi!
-
Qoca, cavan fərqi yoxdur, ailə ailədi!
-
Əlbəttə! Bunlar nə qanır belə şeyi, biri cazpərəstdi, biri
baz!
-
Sən nə pərəstsən alə, qaz! Ha-ha-ha.
-
Səfehləmə ha!.. – Musa gözünü ağartdı.
Tələbələr arasında kəskin mübahisə başlayıb bir-birinə
tam əks olan iki zehniyyət səngər qurdu masa arxasında: Musa,
Adil bir tərəfdi, Sahibovla Zahid bir tərəf. Orxan mat-mat
onlara baxırdı.
-
Onda siz gedin təhsili-zadı olmayan bir kənd qızı alın!
Bu oxumuş mədəni qızlardan əl çəkin!
-
Yüz il qala evlənmərəm mən onların heç biriylə! Əlbətdə
kənd qızı alacam. Yüz üz görüb bunlar, yüz gözə baxıblar, yüz
baxışa irişiblər!
-
Neynəmək istəyirsən bəs Musa qağa, arvadı sandığa
qoymaq istəyirsən, evə qapamaq istəyirsən? Başı xarab olub alə
bunun!
-
Yox, niyə? Kənddə evə qapanır qadınlar? Intəhası abır-
həya var kənddə, hər baxan gözə irşməz kənd qızı!
-
Noolub ə-ə şəhər qızına, gəl apardı elə?
-
Burda oxuyanlar çoxu elə kənddən dəyil?
23
-
Yox, şəhər mühitinə düşüb pozulub bunlar! Bu küçədən
o
küçəyə keçincə yüz uxajor baxışa ürcah olurlar. Birinə cavab
verməsələr də o birinə istər-istəmə süzülüb axmalı olurlar...
-
Sən niyə belə mat-mat baxırsan alə, kişi döyülsən sən?
-
Düz deyir, siz kiriyin görək bu nə fikirdədi. –Musa
üzünü Oxana çevirdi. –
Di bir söz de görək.
-
Nə bilir alə, nə desin, görmürsən yatılıdır?
-
Mən ölüm yatılıdır!
-
Yatılını ayıltmaq biz ziyalıların borcudu.
Orxan sarıyanız, qırmızıya çalan arıq bir tələbəydi. Boyca
bunlardan bir qədər hündürdü. Amma Orxanın belə-belə
məsələlərdə bir təcrübəsi, bir qandığı şey yoxdu. Nə desin axı?
-
Düzü mən bu barədə heç fikirləşməmişəm!
-
İndi fikirləş de, səni gözləyirik!
-
Mən bilmərəm necə olacaq: qaraqabaq olacaq, deyib
gülən olacaq? Sevsəm mən onu hər necə olsa sevərəm. Təki
ürəyim istəsin, təki başa düşüb anlayaq, duyaq bir-birimizi...
-
Mən ölüm düz deyir!
-
Alə lap peşəkarmış bu?!
-
Axı nə deyir ey o? Sizin sualınızdan qaçır, ay avaralar!
Siz də özünüzü elə tutursunuz, guya siz deyəni təsdiqləyir.
-
Əlbəttə təsdiqləyir. əgər ürəyi naz-qəmzəli qızı tutsa
onunla evlənəcək. Deməli bizim idealımız ona yad deyıl! Mən
ölüm!..
Birdən qapını döydülər. Tələbələr mübahisəni kəsib şərab
butulkalarının hərəsini bir yerə dürtdülər. Masanın üstü
səhmana düşcək Adil durub qapını açdı:
- Buyurun...
Tələbələr rahat nəfəs aldılar: gələn Rafael müəllim
deyildi, qızlardı gələnlər. Natella, Fəridə, Zərifə - kurs
yoldaşları.
-
Paho, dəsgah var ə-ə, burda!
-
Yox ay Natella, kasıbçılıqdı.
-
İşginiz-zadınız hanı ə-ə bəs?
24
-
Sizdən qorxub gizləmişik ay Natella.
-
O nəydi ə-ə bəs, qırırdınız bir-birinizi! Biri deyir şəhər
qızı belə, biri deyir kənd qızı heylə. Noolub ə-ə, şəhər qızına!
Kimdi ə-ə, o şəhər qızını bəyənməyən? ə-ə keçəl, yoxsa səndin?
-
Mən? – Musa çox ciddi, çox təəccüblü bir baxışla baxdı.
Elə baxış ki, Adili gülmək götürdü. – Şəhər qızına canım
qurban a-a-az!
-
Goplama ə-ə, sən öl yaf sən idin! Yalvarsan da heç bu
keçəl başla bir şəhər qızı yaxın düşməz sənə! Bəs o birisi kimdi
sənə qəhmər çıxan?
-
Natella, siz əvvəlcə öz hərəkətinizdən ayıb eləyin. Qapı
dal
ında gizlənib içki içən oğlanların danışığını pusmaq! Bəlkə
bir pis söz ç
ıxaydı birimizin ağzından. Çox ayıbdı sizə! – Adil
ciddiləşib bozara-bozara sərtləndi. Lakin o Natellaya deyil
Zərifəyə baxırdı. Zərifə pörtüb eşiyə çıxdı. Hamı kirikmiş
durduğu yerdə, əlində gül buketi qayıdıb gəldi:
-
Biz Sahibovu təbrik eləməyə gəldik. Bu da hədiyyəmiz!
Zərifə çələngi Sahibovun qarşısında masa üstünə qotdu.
-
Bura bax ə, qoca, nə qoca-qoca danışırsan? Demək o
birisi də səndin şəhər qızlarını pisləyən?
Natella hirslə yumruğunu masaya çırpdı. Əli ağrıyıb
ufuldandı, qab-qaşıq bir-birinə dəyib cingildədi.
Natella bərk əsəbiləşmişdi, göz bəbəkləri yerindən
oynayıb az qala çıxmaq istəyirdi. Di gəl, əsəbiləşməsi yamanca
yaraşırdı ona, həm də gülməli gəlirdi tələbələrə. Qızın ağ-appaq
incə üzü vardı, sap-sarı ipək saçları vardı. Dəyirmi qara gözləri,
totuq ağ biləkləri, yerində boy-buxunu, bir musiqi kimi şirin
səsi vardı. Bütün Tibb institutunda tək gözəldi Natella, heç kəs
bəhs eləyəməzdi onunla. Incəlikdə incəydi, gözəllikdə gözəldi,
dilli-
dilavərdi həmdə, deyib gülən idi. Acısı da şirin gəlirdi
hamıya.
-
İndidən bir sandıq alın ə özünüzə, sandığa qoyun
arvadınızı. Utanım yerinizə! Mən də deyirəm sakit oğlandı
Adil, ağıllı oğlandı. Demə qurd-quş vıjıldayırmış bunun içində!
25
-
A Natella mən deyildim elə eyən, Musaydı Allaha-
T
anrıya bax!
-
Bumu? Nəəzirsən ə, keçəl burda? Pambıq yığımının bu
xod vaxtında? Uşaq-muşağı başına yığıb pozursan yığım
kampaniyasını! Axşam Rafael müəllimə deyərəm, bilərsən
onda! Gəlin bəri qızlar, Sahibovun xətrınə gəlmişdik biz. Bir
bunlara baxın, şəhər qızlarını bəyənməyənlərə baxın!
Tələbələr cavab verə bilməyib don qaldılar yerlərində,
qızlar tap-turup, qapını örtüb getdilər. Ortaya sükut çökdü.
Dilxor olmuşdu hamısı. Nəhayət Adil sükutu pozdu:
-
Gəlin oturun a Musa, Natelladı də hap-gop eləyir.
Xətrinə dəyib eləyən dəyil, məzəllik eləyir heylə.
Bu sözdən qırışıqları açılıb yenə masa arxasında əyləş-
dilər. Şərab şüşələrini çıxarıb masa üstünə qoydular. Töküb
içmək istəyəndə Musa udqundu, şərab getmədi boğazından:
-
Nə məzəllik ə, sən öl Rafael müəllimə bircə kəlmə
qandısa qanım getdi. Bir töhmət almışam, birini də versələr lap
düzələcəm.
-
Deməz qorxma, mən xahiş edərəm deməz.
-
Doğrudan? Eşidər səni? Yox əşi, qanmaz şeydi, deyəcək
sən öl!
-
Deməz, mənim sözümü yerə salmaz. Narahat olma.
-
Onda mən ölüm Adil, sən dur get minnətə!
-
A kişi, çaxırını iç, qorxma, axşam başa salacam onu.
-
Yox Adil, bu mən ölüm dur indi get de. Sən öl çatan
kimi vızdayacaq Rafael müəllimi, o da qıyaq əyrisidi mənnən,
dur mən ölüm yeri minnətə.
Adil könülsüz qalxıb qapıya tərəf gedəndə qapı açılıb
Natella girdi içəri:
-
Minnətə-zada baxan deyiləm sən öl, Musinka, satajam
səni! Ya deynən qələt eləmişəm, şəhər qızları yüz dəfə
tərbiyəli-qanacaxlıdı kənd qızlarından, ya sən öl satajam səni!
-
Boy yüz dəfə nədi a-a-z, vallah lap min dəfə tərbiyəlidi.
Kənd qızı hara, şəhər qızı hara!
26
Musa o dərəcədə ciddi, o dərəcədə gerçəkdən deyirdi
Adili gülmək yenə götürdü.
-
Hansı yaxşıdı ə?
-
Şəhər qızı yaxşıdı! Özzüm ölüm!
-
Hansı tərbiyəlidi!
-
Əlbəttə şəhər qızı!
-
Deynən babamın goru haqqı ürəkdən deyirəm!
-
Babamın goru haqqı!
-
Düz deyirəm...
-
Düz deyirəm!
-
Nəyi deyirsən ə, düz?
-
Şəhər qızının tərbiyəli olduğunu! Boy, şəhər qızı hara,
kənd qızı hara! Bayaq heylə dolayırdım bunları!..
-
Yox sən öl, dilin dolaşdı ortada, babanın goruna and
içəndə!
- Yox a-a-
z, loxmam qalmışdı boğazımda!
-
Tay bir də heylə zarafatlar eləmiyəsən.
- Musa ölsün yox!
-
Onda demərəm Rafael müəllimə.
- Dey
nən Adlin ölmüşünə demərəm.
-
Özzün öl ə, Adilin canı üçün demərəm!
-
Bu yerlinin də canına and iç onda.
-
Yerlimlə işin yoxdu, sırtılmayıb sənin kimi! Sən ki, belə
dedin, əl çəkmərəm sən öl səndən, deyəcəm!
- A-a-
z, Orxannan dostam ey, elə bilirsən sataşıram?
-
Onda gedək bizim otağı süpür!
-
Süpürrəm vallah, gedək!..
Musa Natellaya qoşulub dil tökə-tökə getdi. Adil
gülməkdən güclə özünü saxlayıb stəkanlara şərab süzdü:
-
Ayə, vallah seyrək imiş bu Musa!
-
Qınama onu qardaş, heç kafər düşməsin Rafael
müəllimin dilinə!
Lakin masanın əvvəlki şuru yoxdu. Həm yeyib içib doy-
muşdular, həm də Musanın aqibəti maraqlandırırdı onları. Yır-
27
yığış eləyib, masanı səliqəyə salıb həyətə çıxdılar. Dördü də
yan-
yanaşı taxta oturacaq üstündə əyləşib qızların olacağına
tuşlandılar.
Uşaq bağçasının böyük bir otağında Musa belinə mezər
bağlayıb döşəmə süpürürdü. Natella əlini belinə qoyub göstəriş
verirdi. Bir də belə baxıb gördü Adilgil oturuşub taxta üstündə
onlara baxırlar. Dostlarını Musaya göstərib gülmək tutdu
Natellanı:
-
Ona bax ə, həmkarların nə təhər düzülüblər boy
sırasına? Lap o “bəlkə də qaytardılar”dakı kimi. Bax, dilini
farağat qoysaqdın indi sən də onların içindəydin!..
Ailə, ev-eşik, oğul-uşaq qayğısından, iş-güc, təsərrüfat,
idarə məsuliyyətindən, hər dərd-sərdən azad, zarafatla, deyib
gülməklə, oynamaqla keçər tələbəlik. Lakin bunlar elə belə
zarafatlar, elə belə deyib gülməklər də deyil, hər zarafatın, hər
gülüşün arxasında bir ciddilik, bir dünyabaxışı yatar. Diqqət
edən olsa bu gülüşlərin, zarafatların arxasında çeşid-çeşid
görüşlər, fəlsəfələr seçib ayıra bilər, dəyişik həyat yollarına
çəkib aparacaq dəyişik arzular, amaclar aşkara çıxara bilər.
Axşam-sabah bir yerdə olub eyni otaqda, yanaşı çarpayılarda
yatışan eyni süfrə arxasında əyləşən, gəzişi, görünüşü bir olan
iki dost başında yollar haçalaşar, həyat haqqnda, sevgi
haqqında, gələcəyə yanaşım barəsində görüşlər, düşüncələr,
dünyabaxışları çəpləşər. Loğmasını, tikəsini, son qəpik pulunu
verər dostuna, yoldaşına, fəqət öz bildiyini, düz bildiyini
bölməz tələbə, verməz tələbə, güzəşt edib dostuna, yoldaşına,
a
tmaz tələbə!
|