****** ****** ******
Pedaqoji institutunun filologiya fakültəsinin düşdüyü orta
məktəb binası on-oniki kəndi birləşdirən kolxoz təsərrüfatının
ort
ada yerləşmiş kiçicik bir kəndi yanındaydı. Kolxoz çox
böyük təsərrüfat olub sədri də qadındı. Pedaqoji fakültəsinin
34
tələbələri indi orta məktəb olan köhnə bir bəy evində
yerləşdirilmişdi. Dördüncü sinifdən yuxarı bütün şagirdlər
yığıma cəlb edildiklərindən məktəb bağlanmış,sinif otaqları
tələbələrin yataq otaqlarına çevirdilmişdi. Partalar qalaq-qalaq
koridorlarda üst-
üstə yığılmış, birinci-dördüncü siniflərin
dərsləri aşağı mərtəbənin dəhlizlərinə, lap həyətə, açıq hava
altına keçirilmişdi. Məktəbin gözəl bağçası, idman qurğuları ilə
bölüklənmiş geniş həyəti, hasarın o tərəfində, kəhrizlə məktəb
arasındakı düzənlikdə futbol meydançası vardı. Burada
tələbələrin marağını cəlb edəcək daha bir çox şeylər - genişlik,
a
sudəlik, suyunda xırdaca balıqlar süzüşən gur sulu kəhriz olsa
da tələbələr onlara gözlərindən baxılı qalmışdılar: nə balıq
tutmağa vaxtları vardı, nə futbol oynamağa girəvələri. İntizam
burada olduqca möhkəm idi. Gündəlik orta yığımı 50-60
kiloqramdan aşağı olan qrupları kolxoz sədri göstəriş verib o
günü yığımdan çıxarırdı. Əmək qəhrəmanı olan bu adama çox
vaxt katibin sözü də keçmirdi, sırf iş adamı idi, hər şeydə də
yalnız kolxozun maddi mənafeini rəhbər tuturdu. Pambıq
yığımını siyasi kampaniya kimi qələmə verən adamlara nifrət
edir, onları dinləmək belə istəmirdi: "pambıq yığımı iqtisadi
tədbirdir deyirdi, -boş-boş danışmaqdansa yığıma maddi maraq
yaratmaq, itgiyə, tarlaların korlanmasına yol verməmək
lazımdır". Oktyabrdan başlayaraq bir kiloqram pambığa on beş
qəpikdən qiymət qoymuşdu. Hər üç gündən bir bütün
avralların, o cümlədən tələbələrin də yığım pulu paylanırdı. Üç
günə 60-70 manat pul alan tələbələr vardı.
Cəmilə kurslarında hamıdan çox yığırdı. Əhməd müəllim
hər pul paylananda onu öndə saxlayıb tərifləyir, bəzən on-on
beş dəqiqə danışırdı. Cəmilə də ayaqüstə, tələbələrin önündə
pul kimi qızarır, pörtüb tərləyirdi. Xüsusilə Əhməd müəllim
onun indiyənədək qazandığı pulu hesablayanda Cəmilə lap pərt
olurdu:
-
Bax, Cəmilənin yığımdan qazandığı bu dəfə dör dyüzü
addadı. iyirmicə gündə dörd yüz manat. Bu, mənim kimi bir
35
dosentin bir aylıq maaşından yüz manat artıqdır. Görürsünüz,
işləmək, zəhmət çəkmək nə şeydir? Həm başın uca olur, həm...
Cəmilə pərtliyindən az qalırdı aldığı o dördyüz manatı
çıxarıb hamının gözü qabağında havaya səpələyə. Axı bu nə
pul, qazanc söhbətidir? O pul üçün ha öldürmür özün. Əhməd
müəllimin xatırınə belə yığır. Bir də heç özünə artıq zəhmət də
vermir axı, yığışı, işləyişi belədir, Allah özü belə yaradıb onu,
bir az ağır işləyəndə yuxu basır, yıxılıb bir qalınlıqdaca yatmaq
istəyir. İti yığdıqda isə tay da açılır, şənləşir, halı yaxşılaşır.
Əgər Əhməd müəllimin o pul söhbəti olmasa vallah
yığdığından artıq da yığar. Əhməd müəllim yox, ayrı bir
müəllim eləsəydi bu pul söhbətini Cəmilə institutdan qovsalar
belə təhqir eləyərdi onu, topasıyla çıxarıb başına vurardı pulu,
deyərdi götürün sizin olsun, sizsiniz pulgir, mən pul üçün
yığmıram. Əhməd müəllimə isə Cəmilənin qəlbində dərin
məhəbbət vardı. Cəmi üç-dörd dəfə onlara dərs demiş olsa da,
Əhməd müəllim elə danışırdı, elə şeylərdən danışırdı,
Cəmilənin lap ürəyini çəkib aparırdı. Ömründə heç yanda, heç
kəsdən hələ o belə gözəl sözlər eşitməmişdi.
Amma iclasda dönüb başqa adam olurdu Əhməd müəllim.
Bezdirici şeylərdən danışır, quru nəsihətlər verir, ağlıkəmləri
yelləyib daha çox pambıq yığmağa həvəsləndirirdi. Deyirdi bu
il Azğrbaycan öz pambığı ilə bütün ölkəni heyrətləndirəcək.
Sahələrdə görünməmiş məhsul yetişdirilib. Respublika planı
artıq yerinə yetirib, indi də öhdəçiliyi yetirmək üzrədir... Düz
bir saat bu qəbildən sözlər danışırdı. Cəmilə az qalırdı desin, ay
müəllim bütün bunları biz özümüz də bilirik, nolar o
auditoriyada danışdıqlarından söyləsən, biz də dinləyək həzz
alaq. Əhməd müəllim isə onun qəlbindən keçirdiklərini
üzündən oxuya bilmir, indi də onları hava bürosunun məlumatı
ilə qorxudurdu:
-
Hava bürosu da xəbər verib: Oktyabrın üçüncü ongün-
lüyü
ndə şiddətli yağışlar gözlənilir. İndi hamı var qüvvəsini
sərf edib kənd zəhmətkeşlərinin alın tərilə yetişdirdiyi məh-
36
sulun bada getməsinin qarşısını almalı, yağışlar başlananadək
mümkün qədər daha artıq pambiq toplamağa çalışmalıdır.
Respublikada bu saat hamının nəbzi pambıq yığımıyla döyünür.
Adlı sanlı adamlar: yazıçılar, şairlər, aktyorlar dəstə-dəstə olub
tarlaları gəzir, əmək adamlarını ruhlandırırlar. Bir dəstəsi də
bizim rayona gəlib. Mütləq də onlar birinci növbədə filoloqlarla
maraqlanacaqlar. Ona görə də sabah yeni bir qüvvə ilə işə
girişməliyik!..
-
Arxayın olun Əhməd müəllim, bayraq etibarlı əllərdədir!
- Bi
rincilik axıraca bizimdir, Əhməd müəllim!
-
Sabah düz 200 kiloqram yığmasam bu papaq mənə
haram olsun, Əhməd müəllim!
Vahidin bu sözünə Cəmiləni gülmək tutdu. Rəşidlə Nəsib
isə ciddi qarşılamışdılar Vahidin vədini:
-
Mənə də haram olsun müəllim!
-
Mənə də! -Nəsib vədinin qeyri ciddiliyindən təşvişə
düşüb yanında əyləşmiş Nəcibəyə pıçıldadı:
-
Düzəldə bilməsəm mənə kömək edərsən, eləmi?
Yalnız Cəmilə eşitdi bu pıçıltını, heç Nəcibə özü də
eşitmədi. Üzündə bu pıçıltının doğurduğu gülümsəyiş, Cəmilə
iclasdan
çıxıb hamı kimi o da öz marağı ardınca qoşdu. İkinci
mərtəbədə balkonda qoyduğu kürsüsünə gəlib əyləşdi. Hava
hələ qaralmamışdı, çox-çox uzaqlarda sıra dağlar başındakı
yayğın buludlarda şər çağının qızartıları cilvələnirdi. Cəmilə
gözlərindən bu füsunkar qızartılara ilişib, onlar ta göy üzündən
yox oluncayadək beləcə onlara yapışılı qaldı. Qızartılar yox
olanda artıq uzaqda heç nəyi seçmək olmurdu. Bir azdan qap-
qatı qaranlıq çöksüdü. İndi Nərgiz də unutmuşdu onu, gəlib
çıxmırdı. Binanın balkon tərəfindəki həyətində elektrik lampası
da neçə gündür sönüb gecələr yanmırdı. İdeal bir aləm yarat-
mışdı bu da Cəmilə üçün. İşıqlıq yatmırdı qəlbinə. İşıqlıqda
hamı, hər şey necə var eləcə görünüb faş olur adama. Sirrli,
mübhəm heç nə qalmır aydınlıqda. Qaranlıqda isə bir sirr,
mübhəmlik var. Romantika var qaranlıqda, heç kəsin görmə-
37
diyi, anmadığı bir küncə qısılıb gözlərini gecənin qaranlıqlarına
zilləyir, göylərin dərinliklərində yumub açan, sayrışan əcayıb-
qərayib görüntülərə-ulduz bürclərinə dikilirsən, xəyali bir
aləmə uçub gedirsən, kainatın sonsuzluğuna qovuşursan.
Lakin bu axşam Cəmilə balkon içindəki tənhalığının adəti
halına uça bilmirdi. Düşüncələrində bir çox anlaşılmaz qaranlıq
nöqtələr vardı. Gördüyü, yaşadığı hadisələrdən doğan
müəmmalı sorğulaonu öz aləminə uçmağa bu axşamüstü heç
imkan vermirdilər. İclasın ab-havası beynindən silinib getmək
istəmirdi. Axı pambığa bu sitayiş adamlarda görəsən hardandır?
Nə qədər insan iş-gücündən, dərd-sərindən ayrılıb pambıq
yığımına gətirilib. İş elə qələmə verilir, guya Vətənə nəsə çox
böyük, çox əvəzsiz və çox... müqəddəs bir xidmət edilir. Lap
dini ayələrə döndəriblər işi. Oruc tutmaq, namaz qılmaq kimi
vacib dini borclara, mərasimlərə çeviriblər. Mətbuatda pambıq
planının ödənilməsi şan, şərəf işi hesab edilir. Görən nə sirr var
bu pambıqda? Bəlkə ölülərə kəfən tikirlər pambıq parçadan,
ona görə? Hanı deyirlər heç kəfənlik ağ tapılmır indi
mağazalarda. Ölüsü ölən rayon icraiyyə komitəsinə ərizə verib
beş metr ağ alır ölüsünü bükməyə. Bəs onda nədəndir bu "ağ
qızılın" müqəddəsliyi? "Ağ qızıl", "Qara qızıl", "Sarı kəhrəba"-
mətbuatda pambığın, neftin, üzümün sinonimləridir. Gülmək
tuturdu Cəmiləni rastına çıxdıqca. Çörəkdən, yağdan, süddən
artıqmıdı bunlar? Niyə buğda, çəltik, ət, yağ belə
müqəddəsləşdirilmir, bu yeyilməyən pambıq, içilməyən neft,
içilib bəla gətirən üzüm belə müqəddəsləşdirilir? Cəmilə özü bu
pambıq yığımı işinə bir istehza ilə yanaşırdı, ona müqəddəslik
donu geydirmək istəyən adamlara da bir riyakar kimi baxırdı.
Lakin bəs Əhməd müəllim? Əhməd müəllim kimi ağıllı, ciddi
olan başqa adamlar? Yazıçılar, şairlər, sənət adamları? Düzdü
əsərlərindən Cəmilə hiss edir ki, onların da arasında çoxlu
riyakar adamlar var. Lakin dərin düşüncəli, böyük adamlar da
az deyil
aralarında. Bəs onlar niyə qoşulur bu riyakarlıq,
yalançılıq kampaniyasına? Özü də özlərini belə ciddi tutaraq,
38
təhqir olunmuş hesab etməyərək. Baş aça bilmirdi Cəmilə, nə
qədər baş sındırsa da baş aça bilmirdi.
O bu düşüncələrlə üzülərkən, aşağıdakı skamya üstünə üç
qaraltı gəlib əyləşdi. Səslərindən Vahid, Nəsib, Rəşid
olduqlarını anladı. Söhbətlərini eşitməmək üçün istədi qalxıb
yavaşca keçə içəri, ancaq danışıqlarına cəlb olub keçə bilmədi.
-
Komsomolun ayağı kəsilib bizdən!
-
Həsssənöll! Tay gəlmir!
-
Qızlarımızdan birinə gözü düşübmüş.
-
Mənnölüm kimə?
-
Yəqin Lalə olar, atası milis rəisidi!
-
Öz atası zavministirdi, neylər qız atasının vəzifəsini?
-
Bəs qızın gözəlliyi? Həm də gərək ailələrinin səviyyəsi
uyğun olsun də!
-
Nə bilim, deyirlər ağıllı oğlandı Fərman.
-
Onda yəqin Əzizədi!
-
Əzizə özü fır-fır fırlanır onun böyür-başında.
-
Afaq deyil görən, Modabaz, layka plaş!
- Yox, o da deyil!
-
Bəs kimdi əə? Qalan qızlarımız kənd uşaqlarıdı.
-
Noolar kənd uşağı olanda?
-
Sənölll mən bildim!
-
Mən ölüm mənə də de!
Xahiş edirəm ad çəkməyin. Yavaşca qulağıma pıçılda...
-
Həəə!... Ağlın nə kəsir?
-
Qəti baş tutan sövda deyil osa!
-
Boy,... Mən də bildim!...
Bir dəstə qız onlara yanaşdıqda söhbətləri kəsildi.
-
Vahid? Sizsiniz? Fərman gəlib sizi çağırır, deyir
komsorq seçəcəyik. Cəmilə hardadı, bilmirsiniz? Deyəsən onu
seçəcəklər!
Vahid qızlara qoşulub binanın qabağına hərləndilər, Nəsib
Rəşidin qolundan tutub saxladı, əlini Rəşidin üzünə şappıldadıb
qəh-qəhə ilə güldü:
39
-
Bu sən öl mən onu tutmuşdum ürəyimdə!
Görünür sillə bərk dəymişdi Nəsibin üzünə, qaçıb əkilmək
istəyən dostunun qolundan yapışıb buraxmırdı, süpürləşmə
gedirdi aralarında. Nəhayət Nəsib də Rəşidin üzünə sillə çəkə
bildi:
-
Bussənöl mən də!
Amma bu sillə bayaqkından deyəsən bərk olmuşdu; indi
Nəsib qaçır, Rəşid qovurdu.
Onların bu zarafatına gülməyi tutdu Cəmilənin, lakin
birdən elə bil ilan çaldı qızı: bəlkə onu nəzərdə tuturmuş
oğlanlar? Lap yəqin onu nəzərdə tuturmuşlar! Hirslə ayağa
qalxıb qırmızı guşəyə gəldi. Arxada əyləşib işin axırını
gözləyə-gözləyə bu komsomolu necə pərt eləyəcəyini
fikirləşməyə başladı. Lakin başında fikir deyilən bir şey yoxdu,
Yalnız sancmaq, iynələmək, acılamaq əzmi vardı. Səbrsizliklə
komsomolun sözü hərləyib onun üstünə gətirməsini gözləyirdi.
O da pambıq yığımında fərqlənənlərin adlarını söyləmək
məqamı gəlib birinci Cəmilənin adını çəkdikdə hirslə ayağa
qalxıb:
-
Bir də mənim adımı çəkmə bildinmi? - deyərək iclasdan
çıxdı. Çıxanda da qapını elə bərk vurdu özü də səksəndi
səsindən, istər-istəməz başını əydi, guya tavan uçub üstünə
töküləcək!
Otağa qalxıb səbrsizliklə Nərgizin gəlib çıxmağını
gözlədi. Doğrudan da hamıdan qabaq gəldi Nərgiz:
-
Dəlisən vallah!
-
Dəli-zad deyiləm, çəkməsin adımı!
-
Səni komsorq seçəcəydi ay başıboş, onunçun
tərifləyirdi.
-
Komsorqluq bəyəm çox pambıq yığmaqladı? Niyə
Vahidi s
eçmir, həm pambığı çox yığır, həm əsgərliyə gedib
gəlib!
-
Vahidi ceçdi elə, qorxma!
40
-
Vahid də seçilməliydi! Mənim zəhləm gedir belə
adamlardan! Bir vəzifə keçdimi əllərinə, ondan bir mənfəət
götürməyə, istifadə etməyə çalışırlar. Nə var, fikirləşir Vahid
kimi ağlıbaşında bir oğlanı seçincə, qoy bir qız seçim, bəlkə
məndeyənlərdən oldu! Puff, özzün öləsən!
Cəmilə belə decək hirsi soyudu, balkona çıxıb öz
kürsüsündə əyləşdi, qapını da bağladı qoy içəridən işıq
düşməsin, göyün qatı qaranlıqlarına dikilib yenə öz ulduzlu
dünyasına, ona gizli sirrlər açıb, hər şeydən onu duyuq salan,
düzgün yol göstərib onu aydınlıqlara çıxaran o sirrli - soraqlı, o
xəyal yelkənli kainatına qovuşsun. Bu ulduzlu göylərin, bu
işaran bürclərin on yeddi yaşına həzin-həzin pıçıldadığı, qərinə
ömrünə sayrışa-sayrışa təlqin etdiyi bir nağıl dünyasına, nağıl
oluşluğuna gömülsün.
Dostları ilə paylaş: |