22
Cavabı sətiraltı mənada gizlənən suallar;
Mətnin ideyası əsasında oxucu mühakiməsindən yaranan suallar.
Əvvəlcə suallar tərtib edilir, sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə
doğru düzülür. Suallar aşağıdakı kimi təsnif edilir:
Ən yüksək
- Dəyərləndirməyə istiqamətləndirən suallar;
- Münasibət bildirən suallar;
- Şərhlərə istiqamətləndirən suallar;
- Məlumatların tətbiqinə yönləndirən suallar;
- Anlama
səviyyəsini yoxlayan suallar.
Ən aşağı
- Yaddaşı yoxlayan suallar.
“Ucadan düşün”
Bu üsuldan istifadə edərkən müəllim bir növ öz “beyninin pəncərəsini” şagirdlər
üçün açır və onlara oxu zamanı düşünməyin yollarını göstərir. O, əlaqələndirmə,
ümumiləşdirmə aparmaq, nəticə çıxarmaq, dərketməni yoxlamaq və s. fəaliyyətlərin
köməyi ilə şagirddə yaxşı oxucu üçün vacib olan bacarıqları formalaşdırır. “Ucadan
düşün” üsulunda dərs iki hissəyə ayrılır:
I hissə ̶ mətnin məzmunu üzərində düşünməklə oxunun təşkili;
II hissə ̶ düşünərək oxumaq üçün üsulların öyrədilməsi.
Hər dəfə bu cür oxudan sonra aparılan “Necə oxuduq ki, başa düşdük?”
fəaliyyəti şagirdlərin oxu strategiyalarını nümunələrlə mənimsəməsinə və beləliklə,
müstəqil, düşünən oxucu kimi formalaşmasına şərait yaradır.
“Ucadan düşün” üsulu aşağıdakı fəaliyyətlərdən ibarətdir:
ilkin bilikləri müəyyənləşdirmək;
əlaqələndirmək;
sual vermək;
məqsədi müəyyənləşdirmək;
23
dərketməni yoxlamaq;
təsəvvür etmək;
uşaqların münasibətini öyrənmək və
dəstəkləyici fikirlər əlavə etmək.
Dostları ilə paylaş: